Gənc nazir bunları bilsə, yaxşıdır... - İLGİNC İDDİA
Gündəm / Siyasət / Hadisə
Oxunub: 243
9 Ekm 2021 | 10:12
Gənc nazir bunları bilsə, yaxşıdır... - İLGİNC İDDİA

capar.info : - Aylardır ki, müdirsiz qalan Abşeron Təhsil şöbəsinə rəhbərlik etmək üçün müxtəlif şəxslər hərəkətə keçiblər. Yaxın-uzaq əlaqələrindən istifadə edərək müdir olmaq istəyənlər arasında Abşeron təhsilində “silinməz izləri” olan bir nəfər xüsusilə fərqlənir. Rayon təhsil işçilərinin “qorxulu yuxusu” olan Sevil Əliyevanın bu posta iddiaçı olması məktəb direktorları və müəllimlər arasında əməlli-başlı təlaşa səbəb olub. Çünki onlar Sevil Əliyevanın şöbədə metodistliyindən o qədər zülm yaşayıblar ki, onun müdir olandan sonra yaşananları heç təsəvvür belə etmək istəmirlər. Necə deyərlər, görünən dağa bəldədçi lazım deyil.
Öncə ondan başlayaq ki, S.Əliyevanı bu vəzifəyə təsdiq etdirmək istəyən şəxs hələ də Azərbaycan təhsilinə “məhəbbəti” ölməyən Məhəbbət Vəliyevadır. Öz kadrlarını direktor təyin etdirməklə paytaxtın təhsil sistemini tamamilə nəzarətdə saxlayan bu xanım görünür indi də Abşeron təhsilini gözaltı edib. Onun bütün “kriteriyalarına” cavab verən S.Əliyevanın təyinatı üçün hərəkətə keçən M.Vəliyeva istəyini reallaşdıra bilsə Abşeronda təhsil tragikomediyasının yaşanacağı şübhəsizdir.
Kimdir Sevil Əliyeva və onun Abşeron təhsilində silinməyən izləri hansılardır?
Bircə gün də olsun müəllim kimi əlinə jurnal alıb sinifə girməyən, uşaq baxçasında musiqi dərnək rəhbəri olan S.Əliyeva birdən birə Abşeron Təhsil Şöbəsində ibtidai siniflər üzrə metodist vəzifəsinə gətirilir. Pedaqogikadan heç bir xəbəri olmayan bu şəxsin metodist kimi əməllərinə baxdıqda onun məhz hansı keyfiyyətlərinə görə metodist təyin olunduğu aydın olur. S.Əliyevanın hər hansı məktəbə gəlişi kollektiv üçün mütləq qanqaraçılıq və yağmalama ilə başa çatırdı. Düşünməyin ki, o tədris prosesində hər hansı nöqsanlar tapar və aradan qaldırılması üçün çaılaşardı. Əsla. S.Əliyevanın metodist kimi “ xüsusi metodlarına” nəzər yetirdikdə sadəcə dəhşətə gəlirsən. Belə birisinin təhsil şöbəsində necə at oynatdığına heç cür haqq qazandırmaq olmur.
Təsəvvür edin ki, sinif jurnallarını yoxlayan S.Əliyeva jurnala yazılan həftə arası günləri qaralayaraq bazar və bayram günlərinə uyğun gələn tarixlər yazmaqla “ÇP” çıxardır və bu yolla direktorları və müəllimlərin gününü göy əskiyə bükürdü.
Yaxud şagirdlərin şəxsi işlərini yoxlayarkən müxtəlif sənədlər yoxa çıxırdı. Yenə də məktəb rəhbərliyi, sinif rəhbərləri günahlarını yumalı olurdular. Sonradan yoxa çıxan sənədlər məhz S.Əliyevanın kabinetindən tapılardı.
Metodist olduğu zamanlar birinci siniflərə qəbul zamanı S.Əliyevanın kabinetinin önündə həmiş uzun növbələr yaranıb. Çünki bu proses sırf onun nəzarətində olub və toplanan vəsait onun kassasında cəmləşir.
İndi düşünün ki, belə bir xarakterə, metoda malik olan birisi Təhsil Şöbəsinə müdir gəlmək arzusundadır. Metodist olarkən jurnalları qaralayan birisinin müdir olandan sonra bütün rayon təhsilinin üstündən qara xətt çəkəcəyi şübhəsizdir.Verilən məlumatlarda bildirilir ki, S.Əliyeva zamanında Abşeron təhsil şöbəsinə rəhbərlik etmiş Nadir Ağayevin, Kamran müəllimin dövründə onların “görən gözü, vuran əli” olub. Mənbə bildirir ki, Kamran müəllimin müdirliyi dövründə Abşeron məktəblərində hər müəllimdən 100 manat yığılmasına isə şəxsən rəhbərlik edib.
Hal-hazırda həm də Güzdək məktəbində direktor vəzifəsini icra edən S.Əliyeva eyni əməllərini burda da davam etdirir. Məktəbdə el diliylə desək “ölü canlar” saxlamaqla hər ay dövlətin bir xeyli vəsaitini ələ keçirən S.Əliyeva rəhbərlik etdiyi kollektivdə də ciddi narazılıqlar formalaşdırıb. Məktəbdə ingilis dili müəlliməsi Bahar Nəcəfovanın, texnologiya müəlliməsi Sevda Əmirovanın adına hər ay maaş yazılsa da onları görən olmayıb. Texniki işçilər arasında da ən azı 2-3 nəfər belə kartı direktorda olan əməkdaş var.
Gördüyünüz kimi heç bir pedaqoji əxlaqa, qanuna sığmayan əməllər sahibi olan birisi indi də bütöv bir rayon təhsilinə rəhbərlik etmək üçün hərəkətə keçib. Onu bu işdə dəstəkləyən isə vəzifədən uzaqlaşdırılsa da təhsil sistemindən əl çəkməyən, müxtəlif intriqalar, metodlarla öz mövqelərini qoruyub saxlayan M.Vəliyevadır. M.Vəliyevanın kadrlarının əməlləri barəsində mediada kifayət qədər məlumatlar verilir. İndi isə məktəbləri ələ keçirməklə kifayətlənməyən xanım Vəliyeva Abşeron təhsilini nəzarətə götürməyə can atır. Bu dəfəki namizədi isə Abşeron təhsili üçün real təhlükədir. Vəliyeva-Əliyeva ittifaqı baş tutarsa Abşeronda nələrin olacağını sadəcə təsəvvür etmək istəmirsən. Yəqin ki, Təhsil nazirliyi Abşeron təhsilini iki nəfərin bitməz-tükənməz ambisiyalarına qurban verməz.
Rubrika.Az
27-09-2021, 12:16
"25-dən çox qohum və rəfiqəsini direktor təyin edib..." - NARAZILIQ!
2-09-2021, 11:11
İsmayıllı təhsilində bazar qaydaları yaxud qohumların bir müəssisədə işləməsinə qanun nə deyir?
24-08-2021, 16:01
Diplomlu işsizlər: müəllim çox, iş yeri yox! - PROBLEM
3-02-2021, 15:22
Məhəbbət Vəliyeva ilə bağlı HİCAB söhbəti və nazirlikdən CAVAB
3-12-2018, 12:12
Abşeron təhsilində dəhşətlər: pulyığma, zorlama, döymə, şantaj… - nazirə dosye
26-11-2018, 12:46
Daha bir ali təhsil ocağında qalmaqallı olaylar - İDDİA
Bugün, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
Bugün, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
Bugün, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
Bugün, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
Bugün, 18:05
Putinə görüş təklif edib
Bugün, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
Bugün, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
Bugün, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
Bugün, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
Bugün, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir