Diplomlu işsizlər: müəllim çox, iş yeri yox! - PROBLEM
capar.info : - Bu il Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanları müəllim peşəsinə yiyələnlərin sayının vakant yerlərlə müqayisədə həddindən artıq çox olması problemini üzə çıxartdı. Qeyd edək ki, bu il üçün məktəblərdə müəllim peşəsi üzrə 8000-ə yaxın vakansiya olsa da, MİQ imtahanlarında iştirak üçün 60 minə yaxın müəllim qeydiyyatdan keçmişdi. Onlardan 46 930 nəfər MİQ imtahanlarında iştirak edib. Ümumilikdə bu il ötən illə müqayisədə MİQ imtahanında iştirak edərək müəllim işləmək arzusunda olanların sayı 18 min nəfərdən 60 min nəfərə qədər artıb. Müəllim ixtisası üzrə vakant yerlərin sayının müəllim işləmək istəyənlərin sayından dəfələrlə az olması isə müəllim peşəsinə yiyələnənlərin harada işləyəcəyi barədə sual yaradıb. Sputnik Azərbaycan müəllim peşəsi üzrə kadr hazırlığının təlabatdan çox olması problemini araşdırıb.
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Nadir İsrafilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 1990-cı ilə qədər müəllimlər imtahana cəlb olunmayıb. O, müəllim işləmək üçün problemin məhz müəllimlərin biliyinin sınağa çəkilməsindən sonra yaşandığını bildirib. N.İsrafilov deyir ki, hazırda ölkədə mövcud tələbatdan 3 dəfədən artıqdır müəllim var:
"Müəllim peşəsi üzrə kadr hazırlığı məsələsində tələb-təklif prinsipi pozulub. Müəllim bolluğu yaranıb. Ölkədə müəllim artıqlığının yaranması müşahidə olunur. Sovet dövründə təlabat öyrənilir, hər fənn üzrə nə qədər müəllimə ehtiyac vardısa kadr hazırlığı da ona uyğun aparılırdı. Bizdə hazırda müəllim ştatında vakansiya ancaq müəllim təqaüdə getdiyi hallarda yaranır. Müəllimin dərs yükü isə 18 saatdır. Məsələ ondan ibarətdir ki, müəllim 18 saatdan az dərs deməməlidir. Burada süni vakansiya yaratmağa ehtiyac yoxdur. Bir məktəbdə üç müəllim varsa, əmələ gələn vakansiya onların arasında bölüşdürülsün. Amma məktəblərdə süni vakansiyalar yaradılır. Halbuki dərs saatlarını müəllimlər arasında bölüşdürmək olar. İndi isə dərs saatı keçid balına görə tənzimlənir".
Nadir İsrafilov onu da deyir ki, bu gün müəllim peşəsi üzrə kadr hazırlığını təlabata uyğun sayda hazırlamaq mümkün deyil. Çünki, ali təhsil müəssisələri üçün buna hər hansı bir məhdudiyyət yoxdur. Əlində diplom olan müəllimlərin işsiz qalmasının digər səbəbinin şagird sayının il-ildən azalması ilə əlaqəli olduğunu söyləyir. Onun sözlərinə görə, hazırda ölkəmizdə müəllim- şagird nisbəti 13.5 -dir. Yəni orta hesabla hər müəllimə 13 şagird düşür.
Təhsil eksperti Kamran Əsədov Sputnik-ə bildirib ki, Azərbaycan-ın 4447 orta ümumtəhsil müəssisəsində 150 min müəllim çalışır. Onun sözlərinə görə, hal-hazırda ölkəmizin 4447 orta təhsil müəssisəsində 1,6 milyon şagird təhsil alır:
"Hər 10 şagirdə bir müəllim düşür. Bakıda bu rəqəm daha aşağıdır. Paytaxtda orta hesabla 9 şagirdə bir müəllim düşür. Hər il ali məktəblər 12 minə yaxın pedoqoji kadr hazırlayır. Onların işlə təmin olunmasında ciddi problem yaranır. Amma bu o demək deyil ki, Azərbaycanda pedoqoji kadr hazırlanmamalıdır. Çünki, digər sahələrdə, özəl sektorda da ali təhsilli şəxslərə ehtiyac var", - deyə K.Əliyev bildirir.
Ekspert deyir ki, ölkəmizdəki ümumtəhsil müəssisələrində vakant yerlərin yaranması üçün müəllimlərin də vahid maaşı olmaldır:
"12 saat dərs deyən müəllim vəzifə maaşı almalıdırlar. Bu zaman yerdə qalan dərs saatları vakant yer kimi çıxardılacaq. Həmçinin müəllimlərin təqaüdə çıxma yaşı dəyişdirilməlidir. Müəllimlər əmək haqları müqabilində təqaqüdə çıxardılmalıdır ki, gənc müəllimlər üçün vakant yer yaransın".
Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev öz açıqlamasında bildirib ki, Azərbaycanda müəllim olmaq istəyənlərin sayı kəskin artıb.
"60 minə yaxın namizəd qeydiyyatdan keçsə də, MİQ imtahanlarında 46 930 nəfər iştirak edib. Onların heç də hamısı işsiz müəllimlər deyil. 10259 nəfər dövlət müəssisələrində işləyən şəxslərdir. Bu il ilkin ehtimal edilən vakant yerlərin sayı 7718 olub. Orta hesabla hər il 3000 vakant yer təkrar olaraq müsabiqəyə çıxarılır. Orada da ya müddətli vakant yerlər olur, ya da ucqar yerlər olduğu üçün o yerlərə getmirlər", - deyə nazir vurğulayıb.
Emin Əmrullayev həmçinin deyib ki, Bakı, Sumqayıt, Abşeron üzrə 1055 vakant yer müsabiqəyə çıxarılıb.
4-08-2021, 11:49
Bu, faktiki olaraq Əmrullayevin YARITMAZLIĞIDIR... - NARAZILIQ VAR!
30-09-2020, 12:02
Peşə məktəblərində müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ
14-08-2020, 11:04
Bu fənlər üzrə müəllim işləmək istəyənlər üçün imtahanların TARİXLƏRİ açıqlandı
3-08-2020, 11:01
46 mindən çox müəllim işə qəbul olunmaq istəyir
24-07-2020, 11:59
"Məktəbdə dava gedir, müəllim uşağı vurur..." Mənzurə Musayev
14-12-2018, 12:06
Şagirdi ilə evlənən müəllim: Məni söyənləri mən də söyürəm - VİDEO
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
20-07-2026, 12:58
Biləcəridə hoteldə meyit tapılıb
20-07-2026, 12:32
İranda 5 dəqiqədə 2 güclü zəlzələ...
20-07-2026, 12:14
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
20-07-2026, 12:11
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 11:30
Neft qiymətləri kəskin dönüş etdi
20-07-2026, 11:29
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş
20-07-2026, 11:26
Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək
18-07-2026, 23:21
Bu ölkə tamamən boşaldılır