Qazaxda Vətən müharibəsi şəhidləri kapitan İmamverdi İsmayılov və əsgər İlqar Hüseynovun ildönümlərində xatirələri anılıb
Gündəm / Siyasət / Hadisə
Oxunub: 163
30 Eyl 2021 | 10:13
Qazaxda Vətən müharibəsi şəhidləri kapitan İmamverdi İsmayılov və əsgər İlqar Hüseynovun ildönümlərində xatirələri anılıb

capar.info : - 44 günlük müharibədə tarix yazan Azərbaycan! 2020-ci ilin 27 sentyabrından başlayan və Azərbaycanın şanlı tarixinə 10 noyabr – Qələbə Günü kimi qızıl hərflərlə daxil olan böyük Zəfərimiz. Bu, o tarixi zəfərimizdir ki, 44 gün davam edən hərbi əməliyyatlarda Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Bütün dünyaya səs salan Azərbaycanın Vətən müharibəsində əldə etdiyi böyük Qələbəni bizlərə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri yaşatdı. Göstərdikləri şücaətlərlə, qəhrəmanlıqlarla dövlətin, xalqın, yaşadıqları rayonun, kəndin, qəsəbənin, bütöv Azərbaycanın adını ucaldan igid Vətən oğulları ilə bu gün hər birimiz fəxr edir, onlarla qürur duyuruq. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu minnətdarıq. “Qarabağ Azərbaycandır!” deyərək Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirən, Vətən torpaqlarının işğaldan azad olunması uğrunda döyüşən və qəhrəmancasına şəhid olan igid Vətən oğulları - kapitan İsmayılov İmamverdi Yoloğlu oğlu və əsgər Hüseynov İlqar Yaşar oğlunun ildönümləri qeyd olunub.

Mediaxeberleri.Az xəbər verir ki, ildönümü mərasimlərində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhid İmamverdi İsmayılovun vaxtilə təhsil aldıdğı İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin, şəhid İlqar Hüseynovun vaxtilə təhsil aldığı Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbin direktorları, müəllimləri, şəhidlərimizin sinif rəhbərləri, ailə üzvləri, yaxınları, doğmaları, rayon sakinləri iştirak ediblər.

Şəhid İmamverdi İsmayılovun Ağköynək kənd və İlqar Hüseynovun şəhərdəki şəhidlər qəbiristanlığında yerləşən məzarları ziyarət olunub, tər qərənfillər düzülərək ruhlarına dua oxunub, əziz xatirələri böyük ehtiramla yad edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidlərimizin məzarları başında çıxış edərək hər iki şəhidimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. 44 günlük Vətən müharibəsindən söz açan icra başçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həmin müharibədə qazanılan şanlı Qələbədə kapitan İmamverdinin və əsgər İlqarın da payı olduğunu bildirib. Qəhrəman şəhidlərimizin keçdikləri döyüş yolundan, göstərdikləri şücaətdən söz açan icra başçısı illər keçsə də şəhidlərimizin və onların qəhrəmanlıqlarının unudulmayacağını vurğulayıb.

“Şəhidlərimizin döyüş meydanında göstərdikləri şücaət onu deməyə əsas verir ki, igid Vətən oğulları yaşlarının az olmasına baxmayaraq şərəfli bir yol keçiblər. Bu gün İmamverdi İsmayılovun, İlqar Hüseynovun igidlikləri Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilib. İmamverdi İsmayılov 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları, İlqar Hüseynov “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunublar. Bu orden və medallar şəhidlərimizin qəhrəmanlığından, Vətəni canları bahasına qorumaqlarından xəbər verir”, - deyən icra başçısı belə igid Vətən oğulları ilə fəxr etdiyini dilə gətirib.

Rayon rəhbəri Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan Qazaxın igid oğullarının sırasında dayanan İmamverdinin, İlqarın təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın, işğaldan azad etdikləri torpaqların övladları olduğunu, onlarla hər kəsin qürur duyduğunu bildirib. Savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bir daha söyləyib.
"Ölkə Prezidentinin də söylədiyi kimi, şəhid ailələrinin qayğıya, diqqətə ehtiyacı vardır. Əgər bu gün Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinə, qazilərimizə yüksək səviyyədə qayğı göstərirsə, şəhid ailələrinin qazilərimizin qarşısında baş əyirəm söyləyirsə, bu, hər kəsə örnək olmalıdır”, - deyən icra başçısı Qazaxda bu amilin hər zaman əsas götürüldüyünü qeyd edib. Şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb.

İcra başçısı Qazaxda bütün şəhidlərimiz kimi, Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi istiqamətində görülən məqsədyönlü işlərdən söz açaraq həmin işləri igid Vətən oğullarına olan hörmət və ehtiram kimi qiymətləndirib. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində 338 nəfər şəhidin şəkillərindən ibarət guşənin yaradılmasını bu sahədə atılan nümunəvi addımlardan biri kimi söyləyib. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin şəkli əks olunmuş lövhələrin vurulduğunu, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində xatirələrini əbədiləşdirən Abidə Kompleksinin yaradıldığını qeyd edib. Bu gün həmin Abidə Kompleksinin Şəhidlər xiyabanından sonra hər kəsin ziyarət etdiyi müqəddəs ünvana çevrildiyini bildirib.

Daha sonra rayon rəhbəri və qonaqlar igid Vətən oğullarının ata ocağına gələrək torpaq uğrunda canından keçən şəhidlərimizə bir daha Allahdan rəhmət, ailələrinə səbir diləyib, əziz xatirələrini ehtiramla yad ediblər.

Şəhid atası Yaşar Hüseynov, şəhid anası Gözəl Orucova şəhid ailəsi kimi hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladları və onlar kimi igid Vətən oğulları ilə hər zaman qürur duyacaqlarını söyləyiblər.
27-09-2021, 17:29
Prezident İlham Əliyevin yürüşdə həyat yoldaşımın fotosunu daşıdığını görəndə çox təsirləndim - Nargül İbrahimli Tarix: Bu gün, 17:08 | Çap et
4-08-2021, 14:53
Azərbaycan ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir - Hərbi ekspert
16-03-2021, 11:39
2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı - Baş nazir
3-02-2021, 15:30
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında yetişən qalib gənclərlə hər birimiz qürur duyuruq - Könül Nurullayeva
13-11-2020, 14:21
Azərbaycanın müstəqillik və hərb tarixinə qızıl hərflərlə yazılan qələbə salnaməsi
11-11-2020, 15:25
Azərbaycan dövlətinin şanlı Qələbəsi
Dün, 20:57
Dostunu diri-diri yandırdı: 20 dollara görə
Dün, 20:46
Bakıda kişi özünü turnikdən asdı
Dün, 20:42
Sərnişinin xuliqanlığına görə metroda qatarların hərəkəti yubandı
Dün, 20:35
"Barselona"nın keçmişq baş məşqçisi vəfat edib
Dün, 20:30
Qazaxıstanlı milyarder İngiltərə futbol klubunu aldı
Dün, 20:25
Dörd bürcü uğursuzluq və məyusluq gözləyir – XƏBƏRDARLIQ
Dün, 15:03
Madonna çimərlikdə 1,6 milyon insana pulsuz konsert verdi
Dün, 15:00
“Bayer” “Benfika”nın rekordunu təkrarladı
Dün, 14:59
Ronaldonun 2016-cı ildən bəri ən məhsuldar mövsümü
Dün, 14:50
“6 ay ayaqlayın gəzmişəm”- Çingiz Mustafayev
Dün, 14:47
Qar, leysan, güclü külək - Sabahın HAVASI
Dün, 14:42
Azərbaycanda Məhərrəmlik ayı BU TARİXDƏ BAŞLAYACAQ
5-05-2024, 19:14
Küçədə qadının boğazını kəsib öldürdü
5-05-2024, 19:11
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir
5-05-2024, 19:09
Trampın qızı mini ətəkdə ictimaiyyət qarşısına çıxdı
5-05-2024, 19:06
Runi futbol əfsanələri ilə işləyəcək
5-05-2024, 19:02
Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb
5-05-2024, 18:58
Hacıqabulda FACİƏ: 17 yaşlı qız qlzılcadan öldü
5-05-2024, 18:55
Başı örtülü model geyimi ilə hamını təəccübləndirdi
5-05-2024, 18:53
“Qarabağ”da yeni müqavilə
5-05-2024, 18:50
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
5-05-2024, 17:37
XƏBƏRDARLIQ- Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq
4-05-2024, 14:33
"iPhone 15 Pro Max" ucuzlaşdı
4-05-2024, 14:29
"Jirona" bu transferə görə Sequndaya düşəcək
4-05-2024, 14:25
Bakıda evdən qadın meyiti tapıldı
4-05-2024, 14:24
Ən çox içki içən uşaqların olduğu ÖLKƏ: Ən çox qızlar...
4-05-2024, 14:19
60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək
4-05-2024, 14:16
Alimlər küləkləri olan planet kəşf ediblər
4-05-2024, 14:13
Salyanda DƏHŞƏT: 22 yaşlı oğlan özünü asdı
4-05-2024, 14:11
Bakıda "cip" 5-10 km sürətlə kişini vurub öldürdü
4-05-2024, 14:09
Üç günlük hava ilə bağlı meteohəssas insanlara XƏBƏRDARLIQ
4-05-2024, 14:07
13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı
4-05-2024, 14:05
"Bavariya" və "Mançester Yunayted" baş məşqçilərini dəyişir
3-05-2024, 22:14
Dilan Polat həbsxanada özünü doğradı
3-05-2024, 22:12
"Bəziləri efirə özlərinə hədiyyə göndərirlər" – Nura Suri
3-05-2024, 22:09
Polis kapitanı faciəvi şəkildə öldü
3-05-2024, 22:07
Sürücü yol polisinə bıçaq çəkdi
3-05-2024, 22:04
İtkin düşən hamilə qadının meyiti tapıldı
3-05-2024, 21:57
"Mançester Yunayted"dəki gələcəyi ilə bağlı qərar verildi