ABŞ Rusiyanı sıxmaq və Kiyevə yardım etməklə ukraynalıların mövqeyini gücləndirir - GƏLİŞMƏ
capar.info : - ABŞ və Ukrayna prezidentləri Co Baydenlə Vladimir Zelenski arasında Ağ Evdə baş tutan görüş iki saat davam edib. Görüşdə iki ölkə arasında vacib sahələr üzrə strateji tərəfdaşlığın vacibliyi vurğulanıb. Co Bayden bildirib ki, ABŞ Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə inandırıcı şəkildə sadiq qalmaqdadır: “Ukraynanın Avroatlantik istəklərinə dəstəyimiz sarsılmaz olaraq qalır. ABŞ Ukraynanın demokratik islahatlara və Avropaya inteqrasiyaya nail olmağa doğru siyasətini də dəstəkləyir”.
Amerika rəhbəri növbəti dəfə Ukraynaya səfər etmək istəyini də açıqlayıb: “Bir neçə il əvvəl Ali Radada çıxış etmək imkanımı xatırlayıram. Ümid edirəm, yenidən Ukraynaya səfər etmək imkanı qazanacağam”.
Görüşdə Ukraynanın təhlükəsizlik və müdafiə, demokratiyanın inkişafı, insan haqlarının qorunması, kibercinayətkarlığa qarşı birgə mübarizə, münaqişənin həlli məsələləri əsas müzakirə mövzusu olub. Müzakirələrdən sonra birgə bəyanatda qeyd olunub ki, Vaşinqton 2021-ci ildə Ukraynaya demokratiyanın inkişafına, insan haqlarının qorunmasına, məhkəmə sistemində islahatların aparılmasına daha 463 milyon dollar yardım ayıracaq.
Baydenlə görüşündən danışan Zelenski müzakirələrin məhsuldar keçdiyini, əsl kişi söhbəti olduğunu deyib. Ukrayna lideri açıqlamasında görüşün planlaşdırıldığı kimi bir saat deyil, iki saat davam etməsini tərəflərin dialoqa maraqlı olması ilə izah edib: “Ünsiyyət zamanı mənfilik hiss etmədim. ABŞ-dan Ukraynaya, mənə, komandama heç bir mənfi təsir göstərilmədi”.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Zelenskinin Amerikaya səfərini dəyərləndirib. XİN sözçüsü deyib ki, ABŞ Ukraynadan Rusiyaya qarşı silah kimi istifadə edir: “Vaşinqtonun Kiyevi Rusiyaya qarşı silah olaraq istifadə etməsi kifayət qədər proqnozlaşdırıla bilər və kədərli nəticələrə yol aça bilər. Bu nəticələr Ukrayna üçün də keçərli olacaq. Bəzi nəticələr ortadadır. Bunların arasında Ukraynanın milli maraqlarını itirməsi, dövlətin funksionallığını itirməsi, dövlətin maraqları və funksiyalarının yerinə ABŞ-ın maraq və funksiyalarının keçməsi, tarixi kimliyin itirilməsi var”.
İki ölkə rəhbərinin diqqət mərkəzində olan təmasını “Şərq”ə təhlil edən politoloq Azər Rəşidoğlunun fikrincə, Ukrayna Prezidenti Zelenskinin ABŞ səfərini uğurlu hesab etmək olar. Analitikə görə, Kiyev Vaşinqtondan iqtisadi dəstək almağa nail oldu:
“Amerika və Ukrayna Qara dəniz, kiber təhlükəsizlik və kəşfiyyat sahəsində əməkdaşlığı artıracaq. Co Bayden Kiyevə 60 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqlədi. ABŞ Ukraynanın NATO-ya üzv olmaqla bağlı istəyini alqışlayır. Digər tərəfdən “Şimal axını-2” layihəsi və Ukraynanın enerji təhlükəsizliyinin təminatı da Zelenskinin səfəri zamanı öz həllini tapdı. Ukrayna prezidenti Dünya Bankı ilə kənd təsərrüfatı sahəsində, Müdafiə Nazirliyi ilə müdafiə sahəsində strateji sənədlər imzaladı”.
A.Rəşidoğlu qeyd edib ki, təhlükəsizlik, enerji layihələri, hüquq sistemində islahatlar istiqamətində əməkdaşlığın artırılması Kiyevə milyonlar qazandıracaq:
“Apple” şirkəti Ukraynaya yatırım qoyacaq. Bütün bunlar real yardımlardır. Təbii ki, amerikalılar ukraynalıların əvəzinə Şərqi Ukraynada savaşmayacaqlar. Lakin Rusiyanı sıxmaq və Kiyevə yardım etməklə ukraynalıların mövqeyini gücləndirirlər. Slavyan zəncirinin ən mühüm halqası olan Kiyevlə əməkdaşlıq, Ukraynanın NATO üzvlüyünə dəvət olunması Moskvaya ciddi zərbədir. Real yardımların miqyasının genişlənəcəyini düşünürəm”.
26-08-2021, 10:57
Krım Platformasına qatılmamaqda qazanc və itkilərimiz: - onsuz da “Moskva gözyaşlarına inanmır”
23-08-2021, 09:53
Milli Məclis sədrinin müavini Ukraynaya səfərə gedir
23-12-2020, 14:25
Akademik Nailə Vəlixanlı MDB ölkələri, Gürcüstan və Ukraynanın tarixçi-alimlərinə müraciət ünvanlamışdır
30-09-2020, 13:54
“Azərbaycanın ərazi bütövlüyünü davamlı dəstəkləyirik" - Ukrayna XİN başçısı
11-01-2019, 14:19
Azərbaycanın Ukraynadakı səfirliyinin nəzdində Mədəniyyət Mərkəzi və Art Qalereya yaradılır
26-11-2018, 12:43
Proşenko hərbi vəziyyət elan etdi
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...