Krım Platformasına qatılmamaqda qazanc və itkilərimiz: - onsuz da “Moskva gözyaşlarına inanmır”
Gündəm / Siyasət
Oxunub: 183
26 Ağu 2021 | 10:57
Krım Platformasına qatılmamaqda qazanc və itkilərimiz: - onsuz da “Moskva gözyaşlarına inanmır”

capar.info : - Ukraynanın paytaxtı Kiyevdə Krım Platforması sammiti keçirildi. İki gün davam edən sammitdə 46 ölkə və beynəlxalq təşkilatların rəsmiləri, eləcə də NATO-ya üzv olan 30 ölkənin hər birinin nümayəndəsi iştirak edib. Ukrayna Prezidenti Vladimir Zelenski Krım ərazisinin dünyanın əksər ölkələri tərəfindən qanunsuz hesab edilən ilhaqı ilə bağlı Rusiyaya təzyiqi artırmaq üçün Krım Platforması zirvə toplantısını açıq elan edib və bundan sonra zirvə toplantılarının mütəmadi xarakter daşıyacağını vurğulayıb.

Qeyd edək ki, Rusiya yarımadanı 2014-cü ildə, Ukraynadakı inqilabdan sonra keçmiş Prezident və Rusiyanın müttəfiqi Viktor Yanukoviçin hökumətinin devrildiyi ildə ilhaq edib və bu, ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi ilə nəticələnib.

Krım Platforması Krım yarımadasının Ukrayna hökumətinin nəzarətinə qaytarılması yollarını müzakirə etmək məqsədi ilə keçirilir. Zelenski Krımın insanların əsas hüquq və azadlıqlarının mütəmadi olaraq pozulduğu bir əraziyə çevrildiyini deyib. O, bir vaxtlar ukraynalıların məşhur istirahət zonası olan bu bölgənin indi Rusiya Federasiyasının Qaradəniz bölgəsindəki hərbi bazası və yaşayış yerinə çevrildiyini bildirib.

Ukrayna Prezidenti deyib ki, Krımın ilhaqı beynəlxalq ictimaiyyətin təhlükəsizliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını qorumaq qabiliyyətini də şübhə altına alır: “Etibar bərpa olunmazsa, heç bir ölkə ərazisinin işğal olunmayacağına əmin ola bilməz”.

Kremlin sözçüsü Dmitri Peskov sammiti “anti-Rusiya tədbiri” adlandırıb. O, Kremlin Kiyevdə qanunsuz adlandırdığı çevrilişdən sonra krımlıların böyük əksəriyyətinin 2014-cü ildə keçirilən referendumda Rusiyanın tərkibinə daxil olmaq üçün səs verdiyini deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bəyan edib ki, Krım Platforması “rusofob aksiya”dır. Lavrov Budapeştdə macar həmkarı ilə apardığı danışıqların yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib ki, Krım Platforması rusofob aksiya olmaqla yanaşı, süni şəkildə yaradılıb.

Müxtəlif ekspertlər Krım Platforması ilə bağlı fərqli fikirdədirlər. Bəziləri hesab edirlər ki, belə bir sammitin keçirilməsi Rusiyanın işğalçılıq siyasətini gündəmə gətirsə də, yarımadanın Ukraynaya qaytarılması üçün yetərli olmayacaq.

Eyni zamanda, Azərbaycanın sammitdə rəsmi şəkildə iştirak etməməsini qınayanlarla yanaşı, rəsmi Bakının addımının doğru olduğunu söyləyənlər də kifayət qədərdir. Bir qism ekspert hesab edir ki, Azərbaycan tədbirdə rəsmi şəkildə iştirak etməli idi, çünki bu platforma Rusiyanın keçmiş MDB ölkələrinə qarşı qeyri-adekvat siyasətinə qarşıdır. Əks fikirdə olanlar isə fikirlərini belə əsaslandırırlar ki, hazırkı mərhələdə Rusiyanı qıcıqlandırmaq doğru deyil, ona görə ki, Qarabağ məsələsi tam olaraq həllini tapmayıb, hazırda ərazilərimizdə sülhməramlı adı altında Rusiya hərbçiləri yerləşdirilib. Həmçinin, bu gün Rusiyanın Qarabağda fəaliyyəti göz önündədir - ərazilərimizdə qalan erməni terrorçularını silahlandırır, 10 noyabr üçtərəfli Birgə Bəyanatın müddəalarının yerinə yetirilməsini təmin etmir və s.

Krım Platformasının əhəmiyyəti, Azərbaycanın sammitə qatılmaması kimi məsələlərlə bağlı AYNA-nın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, Krım Platformasının təsiri ilə Krımın Ukraynaya qayıdacağını düşünmək sadəlövhlük olardı:

- Əvvəlcə onu deyim ki, Lavrovun açıqlaması doğru deyil. Krım Platformasının rusofobiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Ukrayna ərazilərini itirib, Rusiya Ukraynanın torpağını ilhaq edib. Bu gün də Ukrayna dost ölkələri ətrafına yığıb ki, bu məsələ ətrafında fikir mübadiləsi aparsın. Bunun harası rusofob aksiyadır?! Sammitdə Rusiya ilə münasibətləri normal olan dövlətlərin təmsilçiləri də iştirak etdilər. Məsələn, Türkiyə Rusiya ilə normal münasibətlərdədir. Amma Ankara sammitə qatıldı. Türkiyənin xarici işlər naziri dəfələrlə bildirib ki, “Rusiya ilə münasibətlərimiz yaxşıdır, amma Krımın ilhaqını qəbul etmirik”. Dünyanın heç bir dövləti Krımın ilhaqını tanımır. Hamı, o cümlədən Azərbaycan Krımın Ukrayna ərazisi olduğunu bəyan edib. Lavrovun dediyindən belə çıxır ki, bütün bu dövlətlər rusofobdur. Belə bir şey yoxdur. Sadəcə, Kreml sammitə qatılan ölkələri hədəf aldı, toplantının keçirilməsinə əngəllər yaratmaq istəyirdi. Bu isə baş tutmadı, tədbir gerçəkləşdi.

- Sammitin əhəmiyyəti nə oldu?

- Əlbəttə, bir sammitlə, toplantı ilə Krımı geri qaytarmaq mümkün deyil. Amma Zelenski bunu daimi bir platforma kimi düşünüb. Hazırda Ukraynanın əsas düşüncəsi Donbasla bağlı problemi həll etmək, ərazilərinin işğaldan azad edilməsinə nail olmaqdır. Açıq demək lazımdır ki, Krımı geri qaytarmaq çətin və mürəkkəb məsələdir. Bu gün Rusiyanın başında Vladimir Putin yox, başqa bir şəxs, demokratik siyasətçi olsaydı da, Krımı geri qaytaracağını gözləmək əbəsdir. Amma Zelenski əlindən gələni edir ki, beynəlxalq birlik Krımın ilhaqını unutmasın. Çünki son illər beynəlxalq aləm daha çox Donbassın işğalından danışır, Krım sanki unudulub. Krım Platforması daimi fəaliyyət göstərəcək, məsələ gündəmə gətiriləcək. Amma əlbəttə, yaxın zamanlarda Krımın qaytarılması qeyri-mümkündür.

- Krım Platformasında təkcə yarımadanın deyil, Donbassın da işğalından danışıldı, Rusiyanın bölgədəki siyasəti tənqid edildi. Belə sammitlər Donbass probleminin həllinə necə, təsir edəcəkmi?

- Rusiyanın işğalçılıq siyasəti hər zaman gündəmə gətirilir. Əslində Ukrayna 1994-cü ildə Qərbə inanaraq Rusiya ilə Budapeştdə anlaşma imzaladı, SSRİ-dən qalma nüvə başlıqlarını Rusiyaya təhvil verdi. Əvəzində isə Rusiya Ukraynanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etdi. Amma baxaq, Rusiya Budapeşt Bəyannaməsini yerinə yetirdimi? Sözügedən sənədə Ukrayna ilə yanaşı, Böyük Britaniya və ABŞ da imza atmışdı. Lakin Krım ilhaq ediləndə Rusiyaya qarşı ciddi mövqe ortaya qoyulmadı. Düzdür, sanksiyalar tətbiq edildi, amma bu, Ukraynanın ərazi bütövlüyünün bərpasına yetmədi.

Donbasla bağlı məsələ belədir ki, faktiki olaraq Minsk prosesi “ölüb”. Münaqişənin həllində bir addım da irəliləyişə nail olunmayıb. Krım mövzusu ümumiyyətlə, gündəmdən çıxıb, ondan danışılmır. Bu baxımdan hesab edirəm ki, bir sammitlə Donbass probleminin həllini gözləmək olmaz. Belə bir platformanın yaradılması Rusiyanın siyasətini dəyişməyəcək. Əksinə, görürük ki, Rusiyadakı siyasi mərkəzlər daha da azğınlaşır. Və Lavrov toplantıya qatılanları rusofob adlandırır. Rusiya bu sammitə diqqət yetirməyə də bilərdi, bir açıqlama ilə üstündən keçə bilərdi. Amma görürük ki, Moskvanın yanaşması sərtdir. Bütün bunlara rəğmən, Rusiya orada iştirak edən bütün dövlətlərlə mübarizəyə başlayası da deyil. Buna Kremlin nə halı, nə enerjisi var.

- Azərbaycan Krım Platformasında iştirak etmədi. Bunun yanlış və doğru olduğunu düşünənlər var. Siz Azərbaycanın mövqeyini necə qiymətləndirirsiniz?

- Azərbaycan ictimaiyyətində məsələyə ikili yanaşma var. Mən Rəsmi Bakının sammitdə iştirakının tərəfdarıydım. Əlbəttə, Prezidentin və xarici işlər nazirinin toplantıda iştirak etməməsini müəyyən amillərlə izah etmək olar. Bəs Ukraynadakı səfirimizin sammitə qatılmaması nə ilə bağlıdır?! Güman ki, səfirimiz də Rəsmi Bakının təlimatı ilə sammitdə iştirak etmədi. Burada belə qənaət yaranır ki, biz Rusiyadan çəkinirik, qorxuruq. Başa düşürəm, Rusiya Qarabağda yerləşib və istənilən an Azərbaycana qarşı təxribatları genişləndirə bilər. Bu gün Azərbaycan cəmiyyəti də, ölkə rəhbəri də Rusiyanın Qarabağdakı fəaliyyətindən narazıdır. Prezident son açıqlamalarında mövqeyini ortaya qoydu. Bu gün Rusiya Laçın dəhlizi vasitəsilə separatçıların silahlılarının Qarabağa gəlməsinə şərait yaradır, sülhməramlıların addımları xoşagələn deyil. Yenə deyirəm, anlamaq olar ki, Moskvanı qıcıqlandırmamaq üçün nə Prezident, nə XİN başçısı Kiyevə getdi. Lakin səfir səviyyəsində sammitdə iştirak etməmək doğru deyildi. Biz Rusiyadan bu qədərmi qorxuruq?

Bir başqa fakt da deyim: bu günlərdə Ukraynanın Müstəqillik Günü və Bayraq Günü idi. Adətən bizə yaxın ölkələrin dövlət bayramı günlərində həmin ölkənin bayrağı Bakıda Heydər Əliyev Mərkəzinin üzərinə videoproyeksiya edilir. Amma Ukraynanın bayrağının proyeksiyasını biz görmədik. Rusiyadan bu qədər çəkinirik ki, Qarabağ müharibəsində bizə açıq dəstək nümayiş etdirən, iki dəfə lehimizə bəyanat verən bir ölkəyə dəstək ola bilmirik?! Hesab edirəm ki, bu yanaşma doğru deyil.

- Bəzi analitiklərin arqumenti budur ki, hazırkı mərhələdə Rusiyanı qıcıqlandırmaq doğru olmazdı...

- Sanki biz Rusiyanı yeni tanıyırıq, yeni bir dövlətdən danışırıq. 200 ildir ki, Rusiyanın Azərbaycana münasibəti bəllidir. Nə vaxt Moskvadan Azərbaycanın xeyirinə addım atılıb ki? Kremlin Azərbaycanın maraqlarını nəzərə aldığı bircə fakt yoxdur. Qarabağ problemini yaradan da, münaqişəni alovlandıran da, prosesləri idarə edən də Rusiyadır. Rusiya Ermənistanın arxasında dayanmasaydı, münaqişə çoxdan həll edilərdi. Bu gün də görürük ki, Ermənistana dəstək verir. Mən demirəm ki, biz Rusiya ilə düşmənçilik edək. Aydındır, Rusiya böyük dövlətdir, imkanları genişdir, Azərbaycanda “5-ci kolon”u var, bu ölkədə çoxlu azərbaycanlılar yaşayırlar, işləyirlər, evlərinə pul göndərirlər və s. Bunlar təbii ki, nəzərə alınmalıdır. Amma Rusiyanın qabağında əsmək də doğru deyil. Əgər bizim ölkənin hakimiyyəti müstəqil siyasət aparırsa, bizə dost ölkələrin problemlərinə biganə qalmaq düzgün deyil.

Mən “Rusiyanı qıcıqlandırmaq olmaz” arqumentinə mənfi yanaşıram. Elə bil ki, biz yaxın müddətdə Rusiyadan lehimizə müsbət addım gözləyirik və hesab edirik ki, Kiyevə getməsək, Moskvanın müsbət addımının nəticəsini görəcəyik. Bu, absurddur. Əksinə, bu cür tədbirlərdə heç bir formada iştirak etməsək, Rusiya daha çox arxayınlaşacaq. Fikirləşəcək ki, “gör, Azərbaycan nə qədər bizdən qorxur ki, heç səfirini də Krım Platformasına göndərmədi”. Bu baxımdan, hesab edirəm ki, sammitdə iştirak etməmək yanlış idi.
26-08-2021, 11:16
Əli Həsənovun intim videosu, Sahil Babayevin addımları, Şeyxə hücum və Jirnovskinin... - SENSASİON DETALLAR
22-04-2020, 20:07
Zelenski Saakaşviliyə yüksək vəzifə təklif etdi
5-08-2019, 14:52
Zelenski Türkiyədə Krım tatarları ilə görüşəcək
21-01-2019, 12:49
Bakı mağazalarından Krım dondurmaları yığışdırıldı - Səfirlik təcili işə qarışdı
20-12-2018, 13:45
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
18-12-2018, 12:28
"EurActiv" portalı: “NATO və Rusiya arasında danışıqlar üçün Bakı ən ideal yerdir”
Dün, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
Dün, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
Dün, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
Dün, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
Dün, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
Dün, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
Dün, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
Dün, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
25-04-2024, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
25-04-2024, 15:04
Harri Kasparov həbs olundu
25-04-2024, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
25-04-2024, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
25-04-2024, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
25-04-2024, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
25-04-2024, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
25-04-2024, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
25-04-2024, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
25-04-2024, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı
23-04-2024, 14:58
ABŞ senatoru oğurluğa görə həbs olundu
23-04-2024, 14:50
Azərbaycanda zəlzələ oldu
23-04-2024, 14:45
Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var
23-04-2024, 14:40
Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA
23-04-2024, 14:37
Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov
22-04-2024, 14:18
Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...
22-04-2024, 14:12
Vaqif Sadıqov Bakı həbsxanasında öldü
22-04-2024, 14:09
Zəncirvari qəzada 10 nəfər yaralandı
22-04-2024, 13:51
Yük maşını dirəyə çırpıldı, ölənlər var
22-04-2024, 13:49
Daha tez arıqlamağın yolu - SADƏ ÜSUL
22-04-2024, 13:42
"Səhnədə inildəyənə ürəyim parça- parça olur" - Tarın sınsın...
22-04-2024, 13:37
Bu gün Mələkxanım Eyubovanın qızının toyudur
22-04-2024, 13:31
Aytən Səfərovanı efirdə o əvəz etdi
22-04-2024, 13:24
İlham Əliyev Moskvaya getdi
22-04-2024, 13:18
Bakıya yağış, bu ərazilərə qar yağacaq - Sabahın HAVASI
21-04-2024, 15:28
Bir mesajla arvadını aldadıb öldürdü