"Musiqinin özü də bir siyasətdir"
Gündəm
Oxunub: 422
5 Ara 2018 | 15:54
"Musiqinin özü də bir siyasətdir"Elvina Qurbanova: Ayağım doğma torpağımda olanda, daha güclü və daha möhkəm oluram

Milli.az kaspi.az-a istinadən yazını təqdim edir.

Müasir Azərbaycanın inkişafında gənclərin rolu danılmazdır. O gənclər ki, beynəlxalq yarışlarda iştirak edir, festivallarda ölkəmizi tanıtmağı qarşılarına məqsəd qoyurlar. Qarşılarına qoyduqları məqsədə isə addım-addım yaxınlaşırlar. İlk dəfə bir neçə il bundan öncə "Kaspi"nin "Debüt" rubrikasında həmsöhbət olduğumuz Elvina Qurbanova bu gün dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq musiqi yarışlarında iştirak edir. O, qardaşı Nail Qurbanov ilə birlikdə Azərbaycan musiqisini bütün dünyaya yayır. Bu dəfə isə gənc ifaçılar Nyu Yorkda keçirilən "Florida Keys International Music Competition" musiqi yarışında qalib olublar. Elvina Qurbanova ilk təəssüratlarını bizimlə bölüşdü. Qeyd edək ki, skripka ifaçısı olan Elvina təhsili ilə əlaqədar Los Ancelesə köçüb və orada "Beynəlxalq əlaqələr" ixtisası üzrə təhsilini davam etdirir.

- Elvina xanım, Los-Ancelesdə keçirilən "Beverly Hills İnternational music festival"dakı qalibiyyətinizdən sonra sizi Nyu Yorka daha bir beynəlxalq musiqi yarışmasında gördük.

- Bəli. Əvvəla, sizin timsalınızda Azərbaycan mediasına təşəkkür edirəm. Çünki burada əldə etdiyimiz uğurları yerli mətbuatımız işıqlandırır və biz buradan haqqımızda yazılan xəbərləri oxuyub şad oluruq. O ki qaldı festivala, festival bizim üçün geniş bir meydandır. Hansı ki, biz bu meydanda özümüzü göstərə, ölkəmizi təbliğ edə bilirik. Festivalda dünyanın müxtəlif ölkələrindən gələn həmyaşıdlarımızla tanış oluruq. Festival bizə dost qazandırır. Hər kəs bir fərddir. Məhz o fərdin sayəsində ölkənin mədəniyyəti, adət-ənənələri ilə tanış olmaq imkanı qazanırıq. Bir festivalda iştirak etməklə orada iştirak edən dünyanın digər ölkələrindən gəlmiş iştirakçıların ölkələri ilə də qiyabi də olsa tanış olmaq şansı əldə edirik. Bir də ki, musiqiçi sözünü musiqi ilə deməlidir. Musiqi isə sərhəd tanımır. Biz də bu sərhədləri aşmağa və uzaq-uzaq diyarlarda "biz də varıq" deməyə cəhd göstəririk. İstəyimizə haradasa nail də oluruq. Təbii ki, bu festivallarda iştirakımızın da öz məqsədi var. Sonuncu dəfə noyabrın 17-də "Florida Keys International Music Competition" musiqi yarışında iştirakımız isə təsadüf nəticəsində baş verdi. Belə ki, iyunda seçim turlarında iştirak etdik. Orada qardaşım Nail Qurbanovla mənim ifamı çox bəyəndiklərini bildirdilər və biz finalda iştirak etmək üçün vəsiqə qazandıq. Nail vokal üzrə seçildi. Onun skripka fəaliyyəti də var. Seçim turundan sonra Nyu Yorka "Carnegie Hall"-da keçirilən qala gecəsinə dəvət aldıq. Bu musiqi yarışı Amerikada kifayət qədər nüfuzlu və bir o qədər də məşhur bir yarışmadır. Biz bu yarışda iştirakımız üçün məmnunuq. Bundan öncə qatıldığımız "Beverly Hills İnternational music festival"ı hələ də iştirakçıların xatirələrindədir. Həmin festival 15 ildir ki, keçirilir. 15 ildə ilk dəfə olaraq, festivala ötən il Azərbaycandan da iştirakçılar qatılmışdı. Dünyanın tanınmış solistləri, böyük klassik musiqinin şahzadələri tərəfindən ustad dərsləri də keçirilmişdi. Həmin festivalın təntənəli açılışı və bağlanışı məhz Naillə mənə həvalə olunmuşdu.

- "Florida Keys International Music Competition" musiqi yarışında nə ifa etdiniz?

- Müsabiqədə skripkada Pablo de Sarasatenin "Gypsy Airs -if"-ini səsləndirdim. Bu da tamaşaçıların alqışına səbəb oldu. Zalda əyləşən tamaşaçılar böyük ruh yüksəkliyi ilə dinləyirdilər. Onlar konsert sonrası bizə yaxınlaşıb, öz təəssüratlarını bölüşür, təbrik etdilər. Hətta Nail Nyu Yorkda "Carnegie Hall"-da keçirilən qala gecəsinə sonra daha iki konsert proqramı ilə çıxış etdi.

- Adətən festivalda qalib olmur, ancaq müsabiqədə müxtəlif nominasiyalar mövcud olur. Siz hansı nominasiyanın qalibi oldunuz?

- İştirakçısı olduğumuz "Florida Keys International Music Competition" musiqi yarışmasının öz qanunları var. Belə ki, müsabiqənin professional kateqoriyası (A) peşəkar musiqiçilər üçün nəzərdə tutulub. Bu, gələcəkdə özünü peşəkar musiqiçi kimi görmək arzusunda olanlara aiddir. Həvəskar kateqoriyası (B) isə musiqiyə yeni həvəs göstərənlər üçündür. O kəslər ki, ilk addımlarını musiqi sahəsində atmaq arzusundadırlar. Əqli və fiziki cəhətdən zəif olan iştirakçılar üçün S kateqoriyası var. Mən skripka üzrə A, Nail Qurbanov isə vokal üzrə A kateqoriyasının qalibi olduq. Bizə ən ali mükafatlar təqdim olundu.

- Qeyd etdiniz ki, festivallarda iştirakımızın öz məqsədi var. Bu nə məqsədi daşıyır?

- Bilirsiniz ki, Los Ancelesdə "Beynəlxalq əlaqələr" üzrə təhsil alıram. Əvvəllər elə düşünürdüm ki, siyasətçi olsam, Azərbaycan həqiqətlərini dünyaya daha tez bəyan edə bilərəm. Ancaq dünyanı gəzdikcə gördüm ki, musiqiçi fəaliyyətimi genişləndirsəm, daha böyük kütləni əhatə edən bir səhnədə və dünyanın müxtəlif ölkələrindən gələn insanlara sözümü daha rahat və tez bir şəkildə deyə bilərəm. O insanlara deyəcək sözüm var. Bunun üçün festivallara üz tuturam. Hazırda hər iki təhsilimi davam etdirirəm. İştirak etdiyim hər bir müsabiqədə, festivalda hardan gəldiyimi, mənim ölkəmin necə bir yer olduğunu deyirəm. Hər bir festivala öz bayrağımızı aparıram. Onun mənasından, rəmzlərindən bəhs edirəm. Festivallar isə belə böyük bir arenada sözümü demək üçün ideal bir məkandır. Bunu üzərimə bir missiya olaraq götürmüşəm və layiqincə yerinə yetirməyə çalışıram.

Hazırda Amerikada yaşasaq da, ürəyimiz vətən üçün döyünür. Hər yay anam məni Azərbaycana gətirir, istirahətimi məhz vətəndə keçirirəm. Adətən insanlar yay aylarında xaricdə istirahət etməyi düşünəndə, mən vətəndə istirahət edirəm. Çünki vətənin qoxusu, havası mənə güc verir. Ayağım torpağımda olanda daha güclü və daha möhkəm oluram. Çünki vətənimdən, torpağımdan güc alıram. Vətənə gəldikdə isə, sosial layihələr həyata keçirir, boş dayanmıram. Sosial layihələr dedikdə, kimsəsiz, şiddətə məruz qalan uşaqlarla görüşürəm. Onlara musiqi dərsləri keçirəm. Musiqinin insan həyatındakı rolundan danışırıq.

- Siyasət və musiqi yaxın sahələr deyil. İkisinin arasında ortaq nöqtəni necə tapırsınız?

- Əksinə, mən musiqidə də siyasətin tərəfdarıyam. Diqqətlə baxsanız, musiqinin özünün də bir siyasət olduğunu görərsiniz. Çünki təkcə Amerikada bir neçə festival və müsabiqələrdə iştirak etmişik. Onların hamısında öz həmyaşıdlarımıza Azərbaycanın necə bir ölkə olduğunu, harda yerləşdiyini, torpaqlarımızın kim tərəfindən işğal olunduğunu, xalqımızın başına gətirilən hadisələrdən danışmışıq. Bizim iştirak etdiyimiz festivallarda isə təkcə Amerika vətəndaşları deyil, dünyanın müxtəlif ölkələrindən nümayəndələr olur. Onlar da gedib öz dostlarına danışacaqlar və beləliklə, mən öz missiyamı yerinə yetirmiş olacam. Hesab edirəm ki, bu gənc yaşımda bir siyasətçi kimi bunları edə bilmərəm. Ancaq musiqiçi kimi bunları edə bilirəm. Əgər söhbət vətənin təbliğatından gedirsə, burada gənc, yaşlı, qoca söhbəti olmamalıdır. Amerikaya ilk gəlişimdə gördüm ki, orada bizim ölkəmiz, tutduğumuz mövqe haqda çox az insan məlumatlıdır. Təbii ki, bir Azərbaycan vətəndaşı olaraq bu mənə təsir edirdi. Əvvəllər getdiyim musiqi festivallarında bizi ya Türkiyə, ya da İran vətəndaşı kimi qəbul edirdilər. Ancaq indi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizin xarici siyasəti nəticəsində Azərbaycanımız sərhədlərimizdən kənarda da tanınır. Mehriban Əliyevanın muğamımıza, tarımıza, milli musiqimizə və milli-mənəvi dəyərlərimizə verdiyi qiymətin nəticəsini biz buradan hiss edirik. Amerikada fəaliyyət göstərən səfirliyimizin də bu işdə rolu danılmazdır. Belə ki, davamlı olaraq "Azərbaycan günləri" keçirir, dahi sənətkarlarımızın anım gününü qeyd edirlər. Ancaq hesab edirəm ki, təbliğat üçün nə qədər iş görülsə, yenə də azdır. Bu işdə bizim də az da olsa payımız varsa, özümüzü xoşbəxt hesab edərik. Bunun üçün də əlimizdən gələni edirik.

Onu da deyim ki, musiqi ruhla bağlı bir anlayış olsa da, burada gen faktorunun da böyük rolu var. Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin yetirmələriyik. Onun nəslindən olan törəmələrik. Bəlkə də bu istedad bizə oradan gəlib.
5-12-2018, 15:53
Azərbaycan nümayəndəsi CEPEJ-in prezidenti seçilib
5-12-2018, 15:52
“Müasir Azərbaycan” mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
5-12-2018, 15:51
AŞPA-nın komitə iclasında Azərbaycanda Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi sahəsində görülən işlərdən danışılıb
18-11-2018, 13:27
Musabəyov: Bakı və Minsk birlikdə hərbi texnika istehsal edə bilər
18-11-2018, 13:24
Qara Qarayev adına İncəsənət Məktəbi ilə Sankt-Peterburq Musiqi Liseyi arasında əlaqələr genişlənir
Dün, 15:30
Körpə yeməkdən sonra qusub öldü
Dün, 15:19
Bu peşələr demensiya riskini artırır
Dün, 15:13
"YouTube"da ən çox baxış rekordu: Castin Biberi üstələdilər
Dün, 15:08
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib
Dün, 15:05
Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ
Dün, 14:56
İranlı narkotacir polisdən qurtulmaq üçün özünü binadan atdı
Dün, 14:53
Alimlər Ayda su ehtiyatları tapdılar
Dün, 14:51
Sərxoş ər-arvad evdə donub öldü
Dün, 14:49
Qadın kişi meyiti tapdı, qatil öz oğlu çıxdı
29-04-2024, 21:45
Avtobus uçuruma düşdü,20-dən çox ölü var
29-04-2024, 21:42
Nazim Bəydəmirlinin məhkəməsi başladı
29-04-2024, 21:38
Həkim qadındırsa, xəstənin sağ qalma ehtimalı daha yüksəkdir
29-04-2024, 21:36
Kişinin gözündə onu əvəzolunmaz edən qadın vərdişləri
29-04-2024, 21:21
“Barselona”ya qayıtmaq istəyir
29-04-2024, 21:17
"Huawei" smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı
29-04-2024, 21:15
Lidersən, yoxsa yaradıcı - Şəxsiyyət testi
29-04-2024, 21:11
Maştağada 33 yaşlı kişi özünü asdı
29-04-2024, 21:10
Sabirabadda DƏHŞƏT: 11-ci sinif şagirdi özünü asdı
27-04-2024, 15:44
Ana xəstə oğlunu səhv müalicə ilə öldürdü
27-04-2024, 15:40
Ən çox serial qatillərin olduğu 10 ÖLKƏ
27-04-2024, 15:32
Kişi ondan küsən arvadını bıçaqladı
27-04-2024, 15:28
Britni Spirs əsəbindən maşının şüşəsini sındırdı
27-04-2024, 15:25
Şuşada mina partladı, xəsarət alan var
27-04-2024, 15:22
Bu şəxslərə "Tərəqqi" medalı verildi
27-04-2024, 15:20
Ali Məhkəmənin hakimi özünü öldürdü
26-04-2024, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26-04-2024, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
26-04-2024, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
26-04-2024, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
26-04-2024, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
26-04-2024, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
26-04-2024, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
26-04-2024, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
25-04-2024, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
25-04-2024, 15:04
Harri Kasparov həbs olundu
25-04-2024, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
25-04-2024, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
25-04-2024, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
25-04-2024, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu