3 uşaqlı ailələrlə bağlı yeni qanun hazırlanacaq
Gündəm / Siyasət
Oxunub: 115
17 Şub 2025 | 15:02
3 uşaqlı ailələrlə bağlı yeni qanun hazırlanacaq
Azərbaycanda çoxuşaqlı ailə anlayışının beşdən üçə endirilməsi təklif edilir. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Mehriban Vəliyeva hazırda təklif üzərində iş getdiyini bildirib. Bu təkliflər ölkədə demoqrafik inkişafla bağlı hazırlanacaq dövlət proqramına daxil ediləcək.
Millət vəkilinin sözlərinə görə, ölkədə bu qəbildən olan 100 mindən çox ailə var. Yəni çoxuşaqlı ailə modeli beşdən üçə endirilsə, 100 mindən çox ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər.

Statistik məlumata əsasən, Azərbaycanda uşaqlı ailələrin sayı 1 347 534-dür. Şəhər yerlərində 725 615, kənd yerlərində 621 919 uşaqlı ailə yaşayır. Onlardan 422 989 ailə biruşaqlıdır. Ölkədəki 557 814 iki uşaqlı ailənin 295 884-ü şəhər, 261 930-u kənd yerlərində məskunlaşıb. Üçuşaqlı ailələrin ümumi sayı 256 261-ə bərabərdir. Dörduşaqlı ailələrin ümumi sayı isə 71 151-dir. Ümumi sayı 23 150 olan beşuşaqlı ailələrin 11 313-ü şəhərdə, 11 837-si kənd yerlərində yaşayır. Altıuşaqlı ailələrin sayı 9 332-dir. Ölkədə yeddi və daha çox uşağı olan 6 837 ailə mövcuddur.

Hazırda beşdən çox uşağı olan ailələrə sosial müavinət verilir və bu müavinətin aylıq məbləği hər uşaq üçün 105 manatdır.

Maraqlıdır, görəsən, hökumət çoxuşaqlı ailə anlayışında dəyişikliyə gedəcəkmi? Demoqrafik proseslər baxımından dövlətin buna ehtiyacı varmı? Bu qərar ölkədə doğum səviyyəsini artıra bilərmi?

"Capar.info " nın “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

“Çoxuşaqlı ailə trend deyil”

Sosioloq Üzeyir Şəfiyev bildirir ki, Azərbaycan yaxın gələcəkdə çoxuşaqlı ailələrin stimullaşdırılması yönündə konkret addımlar atacaq: “Bunu şərtləndirən bir sıra səbəblər mövcuddur. Həm təbii artım getdikcə aşağı düşür, həm də keyfiyyətli və gənc əhaliyə həmişə ehtiyacı var. Nəzərə alaq ki, təbii artım tempinin aşağı düşməsi orta və uzaq perspektivdə səfərbərlik, əmək bazarı ilə bağlı problemlər yarada bilər. Eyni zamanda, təbii artımın aşağı düşməsi ilə mexaniki artım artır. Yəni, bu, ölkəyə miqrant axınını sürətləndirə bilər. Bunun qarşısını almağın yeganə yolu ailə planlaması və demoqrafik siyasəti təşviq etməkdir. Nəticədə miqrant axını olmayacaq, əhali təbii şəkildə çoxalacaq. Onsuz da Azərbaycanda beşuşaqlı ailələrin sayı 1-2 ildən sonra daha da aşağı düşəcək. Çünki artıq Azərbaycan cəmiyyətində düşüncə tərzi dəyişib, çoxuşaqlı ailə trend deyil. İnsanlar düşünürlər ki, bir və ya iki uşağa sahib olub, onları daha keyfiyyətli şəkildə böyütsünlər, yaxşı təhsil versinlər və digər imkanlarla təmin etsinlər. Əsas meyar budur”.

Təbii artımda ləngimə

Ekspert vurğulayır ki, Azərbaycanda təbii artımda heç vaxt olmadığı qədər ləngimə müşahidə olunur: “Təsadüfü deyil ki, 2023-cü ildə Azərbaycanda təbii artım əvvəlki ilə nisbətən 15 faiz aşağı düşüb. Bu tendensiya 2024-cü ildə də davam edib. Ona görə, çoxuşaqlı ailə anlayışının beşdən üç uşağa endirilməsi təklifi təqdirəlayiq haldır. Bu həm təbii artıma təkan verə bilər, həm də gənclər arasında ailə qurmağa marağı artırar. Eyni zamanda, ailələrin sosial rifahını, dayanıqlığını möhkəmləndirə və gənc əhalinin sayının artmasında dəstək kimi faydalı ola bilər”.

300-350 milyon manat kifayətdir

İqtisadçı-ekspert Fuad İbrahimli bildirir ki, istənilən ölkədə təbii artım zəifləyən zaman demoqrafik nöqteyi-nəzərdən stimullaşdırma mexanizmi işə düşür: “Ailəyə olan münasibətlər baxımından məsələyə yanaşırıqsa, bizdə təbii artım siyasəti var və həmişə də olacaq. Bu baxımdan bizdə ailələrin stimullaşdırılmasına yanaşma demoqrafik nöqteyi-nəzərdən deyil, sosial cəhətdən olmalıdır. Yəni, çoxuşaqlı ailələr “uşaq pulu” ilə təmin edilməlidirlər. Çünki vətəndaşların gəlir və xərc mənbələri arasında böyük uçurum var. Bunu aradan qaldırmaq üçün müxtəlif yollar seçilməlidir. Ya istehlak səbətini tənzimləməliyik ki, reallığı əks etdirsin, ya da çoxuşaqlı ailələrə “uşaq pulu” verməliyik. Bu mənada yeni qanunvericilikdə çoxuşaqlı ailə anlayışının üçə endirilməsi müsbət haldır. İndiki şəraitdə buna ehtiyac var”.

İqtisadçı sözügedən təşəbbüsün dəstəkləməsi üçün hökumətin kifayət qədər maliyyə resurslarına malik olduğu qənaətindədir: “Bu mexanizmin icrası maliyyə dayanıqlığı nöqteyi-nəzərdən Azərbaycan iqtisadiyyatı üçün heç bir problem yaratmır. Məsələnin yubanmasına səbəb büdcədə həmin istiqamət üzrə konkret vəsaitin ayrılmamasıdır”.

Onun sözlərinə görə, büdcədən bu istiqamətə ildə təxminən 300-350 milyon manat vəsaitin ayrılması kifayətdir. Əgər sosial dəstək bütün kateqoriyadan olan uşaqları əhatə edərsə, bu məbləğ 550 milyon manat civarında ola bilər.

“Dəyişiklik hazırda 3 uşağı olan ailələrə də şamil edilə bilər”

Sosioloq, fəlsəfə doktoru Mail Yaqubun fikrincə, bu istiqamətdə qanunvericiliyə yenidən baxılması günün tələbidir: “Vaxt itirmədən bununla bağlı qanun qəbul olunmalı və dərhal icrasına başlanmalıdır. Hətta biz bu məsələdə xeyli gecikmişik. Çünki mövcud demoqrafik vəziyyətə uyğun aparılan hesablamalara görə, indiki gedişlə 2100-cü ildə Azərbaycan əhalisinin sayı səkkiz milyona düşəcək”.

Onun sözlərinə görə, son illər dünyada gedən mənfi tendensiyalar Azərbaycanda da müşahidə edilir: “İlk növbədə, gənclərin ailə qurmağa və uşaq sahibi olmağa meyilləri azalıb. Uşaq dünyaya gətirməyi planlayan ailələr isə əksər hallarda bir uşaqla kifayətlənirlər. Bu da əhali sayının azalmasına səbəb olur. Bunun acı nəticələrini anlamaq fərdlərin deyil, dövlətin üzərinə düşür. Çünki qlobal problemləri ölkədə fərdlər başa düşə bilməz. Bunu dövlət düşünməli və vəziyyətə müdaxilə etməlidir. Əgər dövlət bu istiqamətdə addımlar atmağı hədəfləyirsə, alqışlanmalıdır”.

Ekspert hesab edir ki, sözügedən qərar qəbul olunarsa, hazırda üç uşağı olan ailələrə də şamil edilməlidir: “Amma qanunun əsas təşəbbüskarları yəqin ki, bu dəyişikliyin qərar veriləndən sonrakı dövrü əhatə etməsi təklifini irəli sürəcəklər. Bununla yanaşı, ölkədə çoxuşaqlı ailələrin sayının azlığı nəzərə alınaraq dəyişikliyin hazırda üç uşağı olan ailələrə də şamil olunması gözləniləndir”.
27-12-2021, 11:17
Hökumət 193 manat ehtiyac meyarı yazdığı uşaqlara niyə 70 manat verir? - HƏQİQƏTƏN DƏ...
18-12-2021, 15:21
“Azərbaycan ailəsində hazırda baş verən proseslər beşqat artıq həyəcan təbili çalmağı tələb edir...” - ÇÜNKİ...
23-11-2021, 10:34
6 uşaqlı ailənin köməyə ehtiyacı var - VİDEO
17-08-2020, 13:20
Bahar Muradova: Azərbaycanda ümumi demoqrafik artımla bağlı ciddi problem görmürəm
13-04-2020, 22:58
Təhsil Nazirliyi: Bu kateqoriyaya aid olan tələbələrin sayı hazırda 20 mindən çoxdur
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...