Hökumət 193 manat ehtiyac meyarı yazdığı uşaqlara niyə 70 manat verir? - HƏQİQƏTƏN DƏ...
Gündəm / Siyasət
Oxunub: 254
27 Ara 2021 | 11:17
Hökumət 193 manat ehtiyac meyarı yazdığı uşaqlara niyə 70 manat verir? - HƏQİQƏTƏN DƏ...
Başa çatmaqda olan 2021-ci ildə Azərbaycanda uşaqlar üçün ehtiyac meyarı 170 manat olub. Hökumət hesab edir ki, bu məbləğ uşaqların 1 ay ərzində qida, geyim, sağlamlıq kimi minimum ehtiyaclarını ödəyə bilər. Gələn il yanvarın 1-dən qüvvəyə minəcək yeni qanun layihəsində isə bu rəqəm artırılacaq. Belə ki, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən olunur.

capar.info pressklub.az-a istinadən xəbər verir ki, hökumət ölkədəki qiymət artımlarını əsas götürərək, uşaqlar üçün ehtiyac meyarının miqdarını 23 manat artırıb. Əlbəttə, 193 manatın bir uşağın zəruri ehtiyaclarını ödəməsi xeyli mübahisəlidir. Qida, geyim, tibbi xərclərin səviyyəsini nəzərə alsaq, bu məbləği azı iki dəfə artırmaq lazım gəlir. Maddi vəziyyəti yaxşı ailələr uşaqlar üçün daha böyük vəsait xərcləyirlər, ölkə əhalisinin üçdə birinin isə 1 uşağa aylıq 193 manat xərcləməsi şübhə doğurur. Bunu statistik məlumatlara əsasən deyə bilərik. Məsələn, ölkədə muzdlu çalışan 1.7 milyon nəfərin təxminən 800 min nəfəri 400 manatdan aşağı əməkhaqqı qalır. Azərbaycanda orta aylıq maaş 712 manatdır, bu rəqəm də reallığı əks etdirmir. SOCAR və başqa dövlət qurumlarında 2-3 min manat maaş alanlarla kiçik əməkhaqqı alanların gəlirlərini toplayıb, ortaq rəqəm çıxarılıb. Hökumətin proqnozuna görə, maaş, pensiya, müavinət və əməkhaqqı artımlarından sonra Azərbaycanda orta aylıq gəlir 823 manata yüksələcək.

Ölkədə 5.3 milyon əmək qabiliyyətli vətəndaşın 1.7 milyonu muzdla çalışır, təxminən 1 milyona yaxın insan da özəl sektorda fəaliyyət göstərir. Hökumət qalan vətəndaşların əksəriyyətini də işsiz hesab etmir. Məsələn, adına pay torpağı olan 700 mindən artıq insan, ondan gəlir qazanıb-qazanmamasından asılı olmayaraq, işsiz hesab edilmir. Rəsmi məlumata görə, ölkədə 379 min nəfər işsiz qeydə alınıb ki, bu iqtisadi fəal əhalinin 7.2 faizini təşkil edib. Ortada təxminən 1.5 milyon nəfərin nə ilə məşğul olduğu, gəlirlərini necə formalaşdırdığı məlum deyil.

Qayıdaq əsas mövzuya. Bəs işsizlərin, daimi işi olmayanların, adı məşğul kimi göstərilsə də, faktiki gəlir əldə edə bilməyən yüz minlərlə vətəndaşın evlərində böyüyən uşaqlar necə yaşayır? Hökumətin təqdim etdiyi ehtiyac meyarı həddində yemək, geyib və tibbi xidmət əldə edə bilirmi? Təbii ki, sual ritorikdir, elə ailələr var ki, aylıq 200 manat gəliri olmur, o halda uşaqlara ondan nə düşə bilər? Ancaq çörəkpulu!…

2021-ci ilin iyul ayının statistikasına görə, Azərbaycanda üç uşaqlı ailələrin sayı 261.9 min təşkil edir. Hökumət bu ailələr üçün heç bir imtiyaz, dəstək vermir. Onların bütün xərcləri valideynlərin üzərindədir, onların böyük əksəriyyətinin gəlirləri isə yuxarıda təsvir etdiyimiz kimidir.

Hökumət yalnız 5-dən çox olan uşaqları olan ailələrə müavinət verir, o da qəpik – quruş. Bu il sentyabrın 27-də Nazirlər Kabineti “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda dəyişiklik edərək beş və daha çox uşaqlı qadınları çoxuşaqlı analar kimi tanıyıb.

Dekabrın 20-də Prezident İlham Əliyev “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Fərmana dəyişiklik etdi. Bu məbləğ hər uşağa görə 55 manatdan 70 manata qaldırıldı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ölkədə beşdən çox uşağı olub sosial müavinət alan qadınların sayı 2500 nəfərə yaxındır, onların uşaqlarının sayı isə 10 mindir.

İndi gəlin uşaqlar üçün ehtiyac meyarı ilə çox uşaqlı ailələrə verilən məbləğin müqayisəsini aparaq. Minimum ehtiyac 170 manat, dövlətin verdiyi 55 manat. Gələn il 193 manat, dövlətin vəd etdiyi 70 manat. Təxminən 3 dəfəyə qədər fərq var. Yəni uşaqların saxlanması xərcinin əsas hissəsi yenə də ailələrin üzərinə qoyulur.

Azərbaycanda yaşı 18-ə çatmayan 2.7 milyondan çox uşaq var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, onların 600 min nəfəri müxtəlif sosial ödənişlər alırlar. Belə ki, bu kateqoriyaya sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, şəhid ailələrinin və müharibə əlillərinin uşaqları, beşdən çox uşağı olan qadınların uşaqları, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları,
Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan, yaxud vəfat etmiş valideynlərin uşaqları, valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqları daxildir.

Ötən həftə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bəyan etmişdi ki, uşaqpulu vermək üçün ildə 3 milyard manat lazımdır, ona görə, bu xərci çəkmək məqsədəuyğun sayılmır. Nazir 2045-ci ilə qədər demoqrafik göstəricilərin yüksək olacağını iddia etmişdi. Yəni doğum, artımı üstələyəcək. Amma real statistika nazirin dediyinin əskini göstərir. Məsələn, iqtisadçı Qubad İbadoğlunun hazırladığı cədvəldə 2009-2014-cü illərdə 1.011494 doğum, 324 904 ölüm qeydə alındığı göstərilir. 2014-2020-ci illərdə isə 876447 doğum, 357.267 ölüm təşkil edib. Rəqəmlərin müqayisə etdikdə doğum sayının 135.050 nəfər azaldığı, ölümlərin isə 32.363 nəfər artdığını məlum olur.

Son 5 ildə doğumun 135 min nəfər azalması əslində demoqrafik fəlakətin anonsudur. Uşaqların sayının azalması təbiidir, hökumət milyonlarla uşağı ailələrin, ailələri də Allahın ümidinə buraxanda, əlbəttə, belə acınacaqlı vəziyyət yaranacaq…
23-12-2021, 18:41
Prezident 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında qanunu imzalayıb
8-11-2021, 13:53
"Gələn il üçün yaşayış minimumu 210 manata olacaq" - deputat
30-11-2020, 10:24
Gələn ildən bu uşaqlar üçün müavinət təyin olunacaq
25-08-2020, 16:22
Azərbaycanda bu uşaqlara 36 manat veriləcək - Nazirlər Kabineti qərar verdi
2-08-2020, 11:30
DSMF-nin gəlir və xərcləri niyə azaldılır? - RƏSMİ
5-11-2018, 15:07
Sahil Babayev: Orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək
Dün, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
Dün, 23:03
Sabah 40 dərəcə isti olacaq
Dün, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
Dün, 23:00
Putin İlham Əliyevə zəng etdi
Dün, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
Dün, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
Dün, 22:53
Ronaldo serialda rol alacaq
Dün, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
Dün, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
Dün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...