Ermənistanın son hərbi təxribatı ABŞ mətbuatında
Ermənistanın sentyabrın 27-dən etibarən ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribatlarla bağlı son vəziyyət ABŞ-ın geniş izləyici kütləsinə malik Con Batçelor Şou radio proqramında işıqlandırılıb. Müsahibə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və Corctaun Universitetinin professoru, Demokratiyaların Müdafiəsi Fondunun tədqiqatçısı Brenda Şefferlə baş tutub.Aparıcı C.Batçelor illərdir Ermənistan tərəfindən işğal altında olan Azərbaycan ərazilərində son günlərdə müşahidə olunan gərginliklə bağlı sual ünvanlayaraq son vəziyyəti maraqlanıb.
S.Süleymanov cari ilin iyul ayından etibarən Ermənistanın Azərbaycana qarşı davamlı hərbi təxribatlar həyata keçirdiyini bildirərək iyulda törədilən təxribatın Ermənistan-Azərbaycan beynəlxalq sərhəddi boyunca baş tutduğunu, hazırki hücumun isə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqları ilə təmas xəttində baş verdiyini qeyd edib. Mülki əhalinin məskunlaşdığı ərazilərin bombalanması nəticəsində dinc sakinlərin qətlə yetirildiyi və yaralıların olduğu bildirilib. Səfir hazırlıqlı olan Azərbaycan hərbi qüvvələrinin Ermənistanın bu hücumunu uğurla dəf etdiyini və bir sıra işğal altında olan əraziləri düşmən əsarətindən azad etdiyini dilə gətirib.
O, xüsusilə qeyd edib ki, hazırda bütün əməliyyatlar Azərbaycanın beynəlxalq tanınmış suveren ərazilərində, Azərbaycan sərhədlərinin daxilində həyata keçirilir və bu münaqişədən ən çox əziyyət çəkən də Azərbaycan xalqı olub. Aparıcı C.Batçelorun ölkəmizə səfəri zamanı Tərtərdə gedən inkişafın, infrastrukturun şahidi olduğunu, hazırda isə həmin ərazilərin Ermənistan tərəfindən artilleriya atəşinə tutulduğunu və dağıntılara məruz qaldığını bildirib.
E.Süleymanov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında ölkəmizin Ermənistan ərazisində heç bir hərbi məqsədinin olmadığını, Azərbaycanın yeganə məqsədinin ölkəmizin və xalqımızın müdafiəsi və mühafizəsi olduğunu qeyd edib.
Ermənistanın hərbi təxribatlarının regional və beynəlxalq nəticələrinin müzakirəsi zamanı professor B.Şeffer regionda yerləşən Rusiyanın Ermənistanda iki hərbi bazasının olduğunu, bu ölkənin hava məkanına nəzarət etdiyini bildirib. Həmçinin Ermənistanla yaxın əlaqələrə malik İranın Rusiya və Ermənistanla birlikdə regionda Azərbaycan və Türkiyəyə, dolayısı yolla isə İsrailə qarşı olduğunu bildirib. İyul ayında Ermənistan tərəfindən törədilən təxribatın regionun əsas enerji və infrastruktur layihələrinə yaxın baş verdiyinə də diqqət çəkib.
ABŞ Dövlət Departamentinin bəyanatında tərəflərin əməliyyatları dayandırmağa və danışıqlar masasında geri dönməyə çağırdığını, ABŞ Prezidenti və bir sıra digər ölkə rəhbərlərinin, o cümlədən BMT-nin Baş katibinin tərəfləri sülh danışıqlarına dəvət etdiyini xatırladan səfir Azərbaycanın hər zaman substantiv danışıqlar tərəfdarı olduğunu, hər iki ölkə üçün müsbət nəticələrin əldə olunması məqsədilə Ermənistanı bu danışıqlarda irəliləməyə dəvət etdiyini bildirib. Əksinə, Ermənistanın davamlı olaraq sülhü rədd etdiyi, bu ölkə rəhbərliyinin açıq şəkildə danışıqları istəmədiyini bildirməsini və danışıqlar üçün əsas təşkil edən Madrid prinsiplərini rədd etdiyini bildirib. Səfir deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan öz həyat yoldaşı Ana Hakopyanı Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimə göndərib, o isə azərbaycanlı uşaqların həlak olduğu kəndlərə silah tuşlayaraq insanları müharibəyə həvəsləndirib. Hazırda isə həmin ərazilərdə hər iki tərəfdən insanların yaralanması və həlak olması müşahidə olunur. Səfir Ermənistanın bu işğalın daimi olmayacağını anlayacağına ümid etdiyini bidirib.
Müsahibənin tam versiyası ilə https://audioboom.com/posts/7693428-catastrophe-in-the-south-caucasus-as-armenia-shells-and-murders-azerbaijan-civilians-elinsuleym internet səhifəsindən tanış olmaq mümkündür.
Eyni zamanda səfir E.Süleymanov ABŞ-ın ən geniş izləyici auditoriyasına malik olan "FOX News” xəbər agentliyinə müsahibə verərək Ermənistanın bu təxribatının gözlənilməz olmadığını, eləcə də erməni rəsmilərin davamlı olaraq sülh danışıqlarından imtina etdiyini vurğulayıb. Müsahibə ilə https://www.foxnews.com/world/armenia-azerbaijan-clashes-us-international-community-intervene internet səhifəsindən tanış olmaq mümkündür.
28-09-2020, 10:50
Fransa dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib
12-09-2020, 11:43
Hikmət Hacıyev Ermənistanın işğal olunmuş ərazilərimizə köçürdüyü muzdlulardan danışdı
2-09-2020, 12:58
Tomas Qolts: İşğal olunmuş ərazilərə qanunsuz köçürmə hərbi cinayətdir
9-08-2020, 13:32
Erməni əsilli livanlılar işğal olunmuş ərazilərə köçürülür? - XİN-dən münasibət
15-07-2020, 13:40
“Los Angeles Times”da Ermənistanın son təxribatı ilə bağlı məqalə dərc edilib
14-07-2020, 18:48
İƏT PA Baş katibi Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayan bəyanat verib
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...