“Los Angeles Times”da Ermənistanın son təxribatı ilə bağlı məqalə dərc edilib
Dünya
Oxunub: 382
15 Tem 2020 | 13:40
“Los Angeles Times”da Ermənistanın son təxribatı ilə bağlı məqalə dərc edilib Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Ermənistanın son hərbi təxribatı ilə bağlı məqaləsi ABŞ-ın nüfuzlu "Los Angeles Times” qəzetinin ispan dilli versiyasında dərc olunub. Məqalənin ingilis dilində versiyası isə "Medium” onlayn media platformasında yerləşdirilib.
Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
"COVID-19 böhranının davam etdiyi dövrdə Ermənistan Azərbaycana qarşı hücuma keçir” başlıqlı məqalədə baş konsul iyulun 12-dən başlayaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində strateji mövqelər ələ keçirmək məqsədilə ordumuzun Ermənistan-Azərbaycan sərhəddindəki mövqelərinə ağır artilleriyadan istifadə etməklə hücuma keçdiyini qeyd edir. Bu təxribat nəticəsində Azərbaycan ordusunun verdiyi şəhidlərdən bəhs edən N.Ağayev Ermənistan silahlı qüvvələrinin sərhədboyu ərazilərdə hərbi və mülki obyektləri iriçaplı silahlardan istifadə etməklə hədəfə aldığını vurğulayır.
Baş konsul COVID-19 böhranının öhdəsindən gələ bilməməsi, ölkəni bürüyən ciddi iqtisadi tənəzzül, siyasi rəqiblərin həbs olunması və məhkəmələrin müstəqilliyini aradan qaldıran konstitusiya düzəlişləri səbəblərindən N.Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökumətinin ölkə daxilində və beynəlxalq arenada nüfuzunu itirdiyini, onun Azərbaycana qarşı son hərbi təxribatı törətməklə bu daxili problemlərdən diqqəti yayındırmağa çalışdığını qeyd edir.
N.Ağayev 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğal etdiyini, nəticədə bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırır. Baş konsul BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, Avropa Şurası, Avropa Parlamenti, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların Ermənistanın bu qanunsuz əməllərini pislədiklərini və Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirdiklərini bildirir. O, bütün bunlara baxmayaraq, sözügedən işğalın hələ də davam etdiyini və beynəlxalq hüququn təmin olunması məqsədilə Ermənistana beynəlxalq təzyiqin göstərilməsinin vacibliyini vurğulayır.
Diplomat bu gün dünyada beynəlxalq hüququn ciddi aşınması prosesinin müşahidə olunduğunu və bunun beynəlxalq sülhə böyük təhlükə təşkil etdiyini vurğulayır. Baş konsul qeyd edir ki, beynəlxalq hüquqa hörmətin təmin edilməsi məsuliyyəti ilk növbədə bu hüquq sistemini 75 il öncə yaratmış böyük dövlətlərin üzərinə düşür.
N.Ağayev Ermənistanın ciddi iqtisadi böhranla üzləşdiyini, müstəqillikdən sonra 1.5 milyon erməninin ölkəni daimi tərk etdiyini və bu ölkənin yoxsulluq səviyyəsinə görə Cənubi Qafqazda birinci yer tutduğunu, Azərbaycanın isə qitələri birləşdirən irimiqyaslı enerji və nəqliyyat layihələri həyata keçirdiyini və regionun ən güclü iqtisadiyyata malik ölkəsi, eləcə də ABŞ-ın regionda etibarlı strateji tərəfdaşı olduğunu qeyd edir.
Məqalə sosial şəbəkələrdə geniş şəkildə yayılıb, erməni lobbisinin ciddi narazılığı ilə qarşılanıb.
13-07-2020, 13:19
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən danışdı
13-01-2019, 13:04
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
28-12-2018, 12:36
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 28 dəfə pozub
18-12-2018, 13:41
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 27 dəfə pozub VİDEO
18-12-2018, 12:26
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 27 dəfə pozub VİDEO
5-11-2018, 18:31
Ermənistan iriçaplı pulemyotlardan Azərbaycanın mövqelərini atəşə tutub
Dün, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
Dün, 23:03
Sabah 40 dərəcə isti olacaq
Dün, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
Dün, 23:00
Putin İlham Əliyevə zəng etdi
Dün, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
Dün, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
Dün, 22:53
Ronaldo serialda rol alacaq
Dün, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
Dün, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
Dün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...