Qurban bayramının layiqincə keçirilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılır - Səttar Möhbalıyev
Sosial
Oxunub: 175
13 Tem 2021 | 13:49
Qurban bayramının layiqincə keçirilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılır - Səttar Möhbalıyev İyulun 20-si və 21-i ölkəmizdə mübarək Qurban bayramıdır. Bütün dünya müsəlmanları tərəfindən qeyd edilən bu bayram İslam dininin ən müqəddəs bayramlarından biri hesab olunur. Bəşəriyyəti sülhə, ədalətə, bərabərliyə səsləyən İslam dini öz bayramları ilə insanlar arasında mərhəməti, həmrəyliyi, xeyirxahlığı təcəssüm etdirir. Qədim tarixə və mədəniyyətə malik olan xalqımız İslam dünyasının bir parçası kimi bu bayramı dini qaydalara uyğun olaraq hər il böyük Allah sevgisi ilə qeyd edir, qurbanlar kəsir, imkansız ailələrə yardımlar edilir, xeyirxah əməllər təbliğ olunur.
Bu fikirləri Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, bu dini bayramı ən çətin və ağır siyasi təzyiqlərə, mürəkkəb tarixi şəraitlərə baxmayaraq, xalqımız qoruyub saxlamışdır: “Müstəqillik əldə edildikdən sonra isə dövlətimiz tərəfindən yüksək qiymətləndirilən bu bayram rəsmi şəkildə qeyd olunmağa başlanıldı. Bayramın müsəlman əhalimiz tərəfindən layiqincə keçirilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılır. Bu da digər məsələlərdə olduğu kimi xalq və dövlət birliyinin, vəhdətin təzahürüdür. Demək olar ki, bütün imkanlı şəxslər, ictimai təşkilatlar bayramda ehtiyacı olan şəxslərə, həssas əhali qruplarına, uşaq evlərinə, qocalar evlərinə yardımlar edirlər. Yeri gəlmişkən, bu xeyriyyə işində Heydər Əliyev Fondunu və onun rəhbəri Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğulamaq istərdim. Hər il Qurban bayramında, həmçinin digər əlamətdar günlərdə Heydər Əliyev Fondu aztəminatlı və digər həssas qruplardan olan ailələrə sovqat paylayır”.
“Azərbaycan yeganə ölkədir ki, burada mövcud olan bütün dinlərin nümayəndələri üçün azad və bərabər imkanlar yaradılıb, dini plüralizm, tolerantlıq bütün tərəfləri ilə bərqərar olub. İstər Xiristian, istər Yəhudi, istərsə də İslam dininə məxsus olan dini ayinlər rahat şəkildə icra olunur və bayramlar qeyd edilir. Bu mötəbər günlərdə dini konfessiyaların nümayəndələri vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, bir-birilərini təbrik edirlər. Bu da vahid xaqımızın mənəvi birliyinin əlamətidir”, - AHİK sədri əlavə edib.
“Ulu öndər Heydər Əliyev dini bayramlar zamanı həmişə xalqın yanında olmuş, rəsmi olaraq təbrik etmiş, təşkil olunmuş mötəbər dini tədbirlərdə iştirak etmişdir. Onun Prezidentliyi dövründə bilavasitə ulu öndərin təşəbbüsü ilə onlarla məscid tikilmiş və bərpa edilmişdir. Digər dinlərin nümayəndələri də həmişə dövlət qayğıları ilə əhatə onunmuşdur. Bu ənənə bu gün də Prezident İlham Əliyev tərəfində uğurla davam etdirilir. Möhtərəm Prezidentin rəhbərliyi altında Azərbaycan İslam mədəniyyətinin inkişafına, tolerantlıq mühitinin formalaşmasına, islam dəyərlərinin dünyada təbliğinə nümunəvi töhfələr verir. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi bunun əyani sübutudur. Bundan başqa, 2009-cu ildə Bakı şəhərinin, 2018-ci ildə ildə isə Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunması Azərbaycanın İslam dininə və mədəniyyətinə verdiyi böyük dəyərdən xəbər verir”, - deputat bildirib.
“Hər il Qurban bayramında xalqımız Uca Yaradandan torpaqlarımızın işğaldan azad olunmasını, məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasını diləyir, bu arzularına qovuşması üçün Allah yolunda qurbanlar niyyət edirdilər. Vətən uğurunda döyüşməyə, bu yolda canından keçməyə hər zaman hazır olan xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək işğal altında olan torpaqlarımızı azad etməklə bu arzusunu reallaşdırdı. Qazanılan Zəfər xalqımızın qurbanlarının və dualarının qəbul olunduğunun göstəricisidir. Cənab Prezidentin göstərişi ilə işğal altından azad edilmiş torpaqlarda ilk olaraq Ermənistan tərəfindən dağıdılmış dini abidələrin bərpasına başlanıldı. Bu, Azərbaycanın tolerant ölkə olduğunu və bu məsələyə nə qədər diqqət yetirdiyini bir daha göstərir”, - S.Möhbalıyev qeyd edib.
17-03-2021, 10:49
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 3900 ailəyə ərzaq sovqatı göndərib
31-07-2020, 13:08
Qurban bayramınız mübarək!
31-07-2020, 12:29
Mehriban Əliyeva Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
29-07-2020, 09:34
QMİ rəsmisi: “Bu il kütləvi şəkildə qurban kəsimi üçün yer ayrılmayıb”
28-07-2020, 11:41
Prezidentdən Qurban bayramı münasibətilə Azərbaycan xalqına TƏBRİK
27-12-2018, 13:24
Gələn il üçün qeyri-iş günləri açıqlandı - Tam siyahı
Dün, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
Dün, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
Dün, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
Dün, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
Dün, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
Dün, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
Dün, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
Dün, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
25-04-2024, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
25-04-2024, 15:04
Harri Kasparov həbs olundu
25-04-2024, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
25-04-2024, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
25-04-2024, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
25-04-2024, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
25-04-2024, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
25-04-2024, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
25-04-2024, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
25-04-2024, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı
23-04-2024, 14:58
ABŞ senatoru oğurluğa görə həbs olundu
23-04-2024, 14:50
Azərbaycanda zəlzələ oldu
23-04-2024, 14:45
Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var
23-04-2024, 14:40
Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA
23-04-2024, 14:37
Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov
22-04-2024, 14:18
Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...
22-04-2024, 14:12
Vaqif Sadıqov Bakı həbsxanasında öldü
22-04-2024, 14:09
Zəncirvari qəzada 10 nəfər yaralandı
22-04-2024, 13:51
Yük maşını dirəyə çırpıldı, ölənlər var
22-04-2024, 13:49
Daha tez arıqlamağın yolu - SADƏ ÜSUL
22-04-2024, 13:42
"Səhnədə inildəyənə ürəyim parça- parça olur" - Tarın sınsın...
22-04-2024, 13:37
Bu gün Mələkxanım Eyubovanın qızının toyudur
22-04-2024, 13:31
Aytən Səfərovanı efirdə o əvəz etdi
22-04-2024, 13:24
İlham Əliyev Moskvaya getdi
22-04-2024, 13:18
Bakıya yağış, bu ərazilərə qar yağacaq - Sabahın HAVASI
21-04-2024, 15:28
Bir mesajla arvadını aldadıb öldürdü