Tibb müəssisələrinə koronavirusla bağlı erkən müraciətlər artıb
Dünyada koronavirusa yoluxanların 5 faizi xəstəliyi daha kritik, ağır keçirir. Həmin xəstələrin "ölümlə olum" arasındakı mübarizəsi reanimasiya şöbəsində gedir.Dövlətimizin gördüyü tədbirlərlə mart-aprel aylarında xaricdən gələn yoluxma hallarının qarşısı alındı. Mayın ortalarından etibarən, xüsusilə iyunda daxili yoluxma nəticəsində xəstələrin sayı artdı. Ölkəmizdə gündəlik 500-dən çox yoluxma faktı qeydə alınır. Onlardan 10 faizə qədərində ağırlaşma, orqan çatmazlığı müşahidə olunur. Yoluxma sayı artdıqca, ağır xəstələrin sayı da artır.
Bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Emil Qasımov deyib.
Onun sözlərinə görə, əvvəlki aylara nisbətən vətəndaşlar koronavirusla əlaqədar həkimlərə, tibb müəssisələrinə vaxtında müraciət edirlər. Bu hal, xüsusilə son bir ayda daha çox nəzərə çarpır: "Vətəndaşların əksəriyyəti vəziyyətin ciddiliyini anlayır və erkən müraciətin ağırlaşma hallarının qarşısını aldığını bilirlər. Ona görə vaxtında müraciət halları xeyli artıb. Bu, müsbət haldır. Yay aylarında yüksək qızdırma, soyuqlama, qrip kimi hallarla çox rastlaşmamışıq. Bu, daha çox yaz-payız aylarında qeydə alınır. Ona görə də belə hal müşahidə olunarsa, pandemiya davam etdiyi üçün COVID-19-dan şübhələnməli və həkimə müraciət etməliyik. Vaxtında müraciət xəstəliyə erkən müdaxilə etməyə imkan verir. Əlbəttə ki, virusa yoluxanlar, xüsusən də gənclər, yəni 30 yaşadək olanlar xəstəliyi 70-80 faiz rahat keçirirlər. Lakin kimin immun sisteminin hansı statusda olduğu bəlli deyil. Bu xəstəliyin ağırlaşması və ölümlə nəticələnməsini nəzərə alaraq həkimə, tibb məntəqələrinə vaxtında müraciət etmək lazımdır".
Klinikanın şöbə müdiri bildirib ki, koronavirus, yəni SARS-CoV-2 bizim orqanizmimizə yad virusdur. Elmə məlum olan teorilərə görə, indiyədək heyvanlarda yaşayıb, sonra onlardan insan orqanizminə keçib: "Orqanizmimizin immun sistemi bu virusu tanımır. Ona görə də bu ikisi arasında ciddi mübarizə başlayır. Orqanizmimiz virusu yad bir cisim kimi qəbul edir və immun sistemimiz onu öldürməyə çalışır. Bəzən isə immun defekti olan insanlarda bu, baş vermir. Hətta gənc yaşda olan, heç bir xəstəliyi olmayan xəstənin immun sistemi virusa qarşı anormal reaksiya verə bilər, sepsis, kəskin respirator dispress sindromu, multiorqan çatışmazlığına səbəb olan vəziyyət yaranar. Bunu koronavirus çox rahatlıqla törədə bilər. İmmun sistemimiz həmin virusu tanımadığından onu orqanizmdən uzaqlaşdıra bilmir.
COVID-19 ciddi bir virusdur, ağırlaşa, hətta septik şok, sepsis, kəskin respirator dispress sindrom kimi öldürücü tablolara səbəb ola bilər. Təbii ki, ən çox ağciyərlər hədəfə alınır və kəskin respirator dispress sindrom yaranır. Nəticədə ağciyərlərdə iltihab başlayır. İltihabi maye havanı alıb-verən ağciyər alveollarına daxil olur, nəticədə ağciyərlər maye ilə dolub ağırlaşır, havanın alıb-verilməsi pozulur. Bu da boğulma, nəfəs darlığı, nəfəs ala bilməməyə səbəb olur.
İnsan oksigeni alıb karbonu verə bilmirsə, bu, digər orqanları zədələyir, orqanizmin məhvinə səbəb olur. Koronavirusun törətdiyi proseslər bütün vacib orqanları zədələyir.
Reanimasiya və intensiv terapiya şöbəsində müalicə alan orqan çatışmazlıqları olan, ağırlaşmış xəstələrə simptomatik, patogenetik və dəstək müalicəsi ilə vaxt qazandırmağa çalışırıq. Bununla onların orqanizmlərinin, hüceyrələrinin ölümünün qarşısını alırıq. Çalışırıq ki, orqanizm bərpa olunsun, özü mübarizə aparsın. Koronavirus həmin ağırlaşmalara səbəb olanda sağalma müddəti 14-15 gün təşkil edir. Zədələnən orqanların, xüsusilə ağciyərin bərpasına ən azı 14 gün lazımdır. Sağalma müddətinin uzun, yoluxanların sayının çox olması, xüsusilə ağır xəstələrin sayının artması, həmin virusun yeni bir xəstəlik olması, onun əleyhinə tam effektiv dərmanların olmaması COVID-19-la mübarizəni bir qədər çətinləşdirir”.
10-06-2020, 12:33
Azərbaycanda pandemiyanın ikinci dalğası başlayıb? - RƏSMİ CAVAB
3-06-2020, 13:12
Azərbaycanda koronavirusla bağlı TƏHLÜKƏ
28-05-2020, 12:18
Bakıda 2 günlük çölə çıxmağa qadağa qoyulur? - AÇIQLAMA
18-04-2020, 20:23
Azərbaycanda koronavirusa 33 yoluxma faktı qeydə alınıb, 62 nəfər sağalaraq evə buraxılıb
14-04-2020, 11:12
Dünyanın son koronavirus statistikası: azalma müşahidə edildi
10-04-2020, 10:45
Körfəz ölkələrində COVID-19 virusuna yoluxanların və ölənlərin sayı artıb
Dün, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
Dün, 23:03
Sabah 40 dərəcə isti olacaq
Dün, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
Dün, 23:00
Putin İlham Əliyevə zəng etdi
Dün, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
Dün, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
Dün, 22:53
Ronaldo serialda rol alacaq
Dün, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
Dün, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
Dün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...