Modul tipli xəstəxanaların inşası pandemiya ilə mübarizədə mühüm əhəmiyyət kəsb edir
Anar MƏMMƏDOVMilli Məclisin deputatı
Yayılma sürəti get-gedə artan və daha çox insanı öz cənginə alan СOVID - 19 pandemiyası dünyanı qorxuya salmağa davam edir. Dünya tərəfindən ən güclü olaraq qəbul edilən dövlətlər belə pandemiya qarşısında tab gətirməkdə çətinlik çəkir. İndiyədək ən çox ölüm hallarının ABŞ, Braziliya, Böyük Britaniya, İtaliya və Fransa kimi iri həcmli iqtisadiyyata malik ölkələrdə qeydə alınması da vəziyyətin ciddiliyi ilə bağlı bir daha işarə verir. Pandemiyanın ilk dəfə özünü göstərdiyi Çin Xalq Respublikasından digər ölkələrə yayılmağa başladığı vaxtda hər bir ölkə təşvişə qapılaraq özünü qoruma prinsipini üstün tutmağa cəhd etdi. Vəziyyət hətta o həddə çatdı ki, dünya ölkələri arasında biri digərinin pandemiyaya qarşı mübarizə vasitələrini mənimsəyir, təyyarə limanlarında digər ölkə nümayəndələrinin maskalarını və ya qoruyucu vasitələrini müsadirə etmək kimi hadisələr baş verirdi. Bunlar onu göstərir ki, dünya hər nə qədər inkişaf etsə də hələ də belə bir vəziyyətə hazır deyil. Hər gün orta hesabla 160 min nəfər bu virusa yoluxur, vəfat edənlərin sayı da durmadan artır. Belə bir şəraitdə aydındır ki, özünəqapanma və əlahiddə mübarizə aparmaq heç bir ölkə üçün effekt verməyəcək. Hər bir dünya dövləti üçün pandemiyadan tək çıxış yolu birgə mübarizə aparmaq, multilateralizm prinsipinə uyğun hərəkət etməkdir.
Artıq aylardır ki, COVID-19 pandemiyasının ölkə ərazisində geniş yayılmaması üçün dövlətimiz tərəfindən ciddi tədbirlər görülür. Xüsusilə ixtisaslaşmış xəstəxanaların ən müasir tibbi avadanlıqlarla təchizatı və yeni modul tipli xəstəxanaların inşası bu bəlaya qarşı mübarizədə əsas faktordur. İyulun 6-da Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 5 modul tipli xəstəxanadan sonra 800 çarpayılıq yeni xəstəxananın açılışı oldu. Koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün hər cür şəraitin yaradılması və qısa bir zamanda modul tipli xəstəxanaların istifadəyə verilməsi, növbəti bir ay yarım ərzində 1300 xəstənin qəbulunu nəzərdə tutan daha bir modul tipli xəstəxananın inşası, eyni zamanda əlavə olaraq daha on modul tipli xəstəxananın tikintisinin nəzərdə tutulması seytnot vəziyyətdə belə hökumətimiz tərəfindən lazımı addımların atılmasının bariz nümunəsidir. Bu, COVID -19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb edir. Bundan sonra da quraşdırılması nəzərdə tutulan modul tipli xəstəxanalar ilə ölkənin səhiyyə sisteminin əlavə 5 mindən çox çarpayılıq ehtiyatı yaranacaq. Burada əsas məqsəd koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməkdir.
Açılışda çıxış edən ölkəmizin başçısı bildirdi ki, koronavirusla mübarizədə, əlbəttə ki, əsas yük Azərbaycan dövlətinin üzərinə düşür. Bəli, Azərbaycan dövləti əlindən gələni edir ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək. Görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanır və qabaqlayıcı tədbirlər nəticəsində bu gün vəziyyət tam nəzarət altındadır.
Məlumdur ki, hazırkı vəziyyətdə ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Bu xəstəxanaların 36-sı son zamanda inşa olunmuş, "Yeni klinika"da isə təxminən 700 yerin yaradılması imkan verəcək ki, koronavirusa yoluxmuş insanların rahat müalicəsi həyata keçirilsin. Koronavirus pandemiyasına qarşı mübarizədə müasir laboratoriyaların fəaliyyəti də bu bəlaya qarşı önləyici tədbirlərin görülməsində mühüm şərtdir. Bu gün ölkəmizdə pandemiya ilə mübarizə üçün 29 laboratoriya mövcuddur. Yaxın günlərdə ölkəmizə əlavə 15 laboratoriyanın da gətirilməsi nəzərdə tutulur ki, bununla da ümumi laboratoriyaların sayı 44-ə çatacaq.
Regionun və dünyanın təcrübəsi göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır. Hər bir ölkə və region üçün bu hal spesifikdir. İndi dünyada bir çox ölkələr - Çin, Hindistan, İsrail, Almaniya, İspaniya yenidən məhdudlaşdırıcı tədbirlərə qayıdırlar. Hətta ölkəmizlə əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 mindir, ölənlərin sayı isə 10 mini ötüb. Bu dəhşətli pandemiyanın Azərbaycanda arzuolunmaz fəsadlar yaratmaması, xəstəliyin ölkə ərazisində geniş yayılmaması üçün dövlətimiz tərəfindən ciddi tədbirlər görülür. Bütün bunların isə bir məqsədi var idi - ölkə əhalisini pandemiyadan qorumaqla dövlətimizi bu bəladan ən az zərərlə çıxarmaq. Hər birimizin qarşısında bir tələb var: Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə, gigiyenik qaydalara riayət etmək, məsafə saxlamaq və qapalı şəraitdə tibbi maskadan və digər qoruyucu vasitələrdən yararlanmaq.
28-06-2020, 14:03
"Dünya müharibəsi ilə müqayisə olunan şəraitdə həmrəyliyə ehtiyac var" - Prezidentin köməkçisi
9-06-2020, 16:44
Prezident və xanımı üç modul tipli xəstəxananın açılışında
7-05-2020, 13:53
Pandemiya yoxsulluqla savaşan ölkələri borc bataqlığına sürükləyir - ŞOK SİYAHI
5-05-2020, 12:59
Sahibə Qafarova: Azərbaycan öz təşəbbüsləri ilə qlobal əməkdaşlıq üçün mühüm platforma və körpü yaradır
24-04-2020, 20:46
Ramin Bayramlı: Modul tipli xəstəxanaların quraşdırılması ikinci dalğa təhlükəsi ilə bağlıdır
1-01-2019, 12:06
Prezident İlham Əliyev: Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib
Bugün, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
Bugün, 23:03
Sabah 40 dərəcə isti olacaq
Bugün, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
Bugün, 23:00
Putin İlham Əliyevə zəng etdi
Bugün, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
Bugün, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
Bugün, 22:53
Ronaldo serialda rol alacaq
Bugün, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
Bugün, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
Bugün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...