QƏRAR: İyunun 18-19-da bu şəhər və rayonlarda...
Sosial
Oxunub: 285
16 Haz 2020 | 13:08
QƏRAR: İyunun 18-19-da bu şəhər və rayonlarda... Dövlət İmtahan Mərkəzi tərəfindən 18 və 19 iyun tarixlərində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.
Mərkəzdənverilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır.
İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün binaya müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin saat və dəqiqə göstərilib. Ona görə dəimtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və qoruyucu vasitədəndüzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, binanın tərk edilməsi) boyu istifadə olunmalıdır.
Şagirdlər (abituriyentlər) imtahana buraxılış vərəqəsini, sağlamlıq haqqında bəyannaməni (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır), şəxsiyyəti təsdiq edən sənədin əslini, Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) özləri ilə gətirməlidirlər.
İmtahanda iştirak edəcək şagirdlər (abituriyentlər) "İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından iyunun 12-dən etibarən çap edib götürə bilirlər.
Buraxılış vərəqəsi ilə yanaşı, onlara "Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Qeyd edək ki, 18 və 19 iyun 2020-ci il tarixlərində respublikanın 38 şəhər və rayonunda 9-cu və 11-ci sinif üzrə buraxılış imtahanları, ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları, Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu (cari və əvvəlki illər) və 11-ci sinif (cari il) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçiriləcək.
Xatırladaq ki, imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 209 bina, 3 443 zalayrılıb. İmtahanların idarə olunmasına 209 ümumi imtahan rəhbəri, 559 imtahan rəhbəri, 4 474 nəzarətçi-müəllim, 418 buraxılışı təşkil edən əməkdaş, 209 bina nümayəndəsi ayrılıb.
İyunun 18-də keçiriləcək imtahanlarda 24 312, iyunun 19-da keçiriləcək imtahanlarda isə 19 455 nəfər olmaqla, ümumilikdə 43 767 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur.
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, zallarda abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
Bundan əlavə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq, imtahan binalarında bir sıra profilaktik tədbirlər (binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə imtahan günündən ikigün əvvəl də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.
İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxararaq üzünü göstərməlidir.
10-06-2020, 12:27
Bu gün 25 mindən çox şagird buraxılış imtahanı verəcək
8-06-2020, 10:22
Jurnalistika və rəssamlıq ixtisasları üzrə qabiliyyət imtahanlarına qeydiyyat bu gün başa çatır
27-05-2020, 12:21
Tələbələrə ŞAD XƏBƏR! - İmtahanlarda bu güzəştlər ediləcək
21-04-2020, 14:23
Məleykə Abbaszadə: "İmtahanların yeni qrafiki yaxın 10 gündə ictimaiyyətə təqdim olunacaq"
20-04-2020, 12:05
Ali məktəblərə sənəd qəbulunun və imtahanların tarixləri elan ediləcək
18-04-2020, 20:06
Martın 1-də keçirilmiş buraxılış imtahanında istifadə olunmuş “sual kitabçaları” DİM-in saytına yerləşdirilib
29-04-2024, 21:45
Avtobus uçuruma düşdü,20-dən çox ölü var
29-04-2024, 21:42
Nazim Bəydəmirlinin məhkəməsi başladı
29-04-2024, 21:38
Həkim qadındırsa, xəstənin sağ qalma ehtimalı daha yüksəkdir
29-04-2024, 21:36
Kişinin gözündə onu əvəzolunmaz edən qadın vərdişləri
29-04-2024, 21:21
“Barselona”ya qayıtmaq istəyir
29-04-2024, 21:17
"Huawei" smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı
29-04-2024, 21:15
Lidersən, yoxsa yaradıcı - Şəxsiyyət testi
29-04-2024, 21:11
Maştağada 33 yaşlı kişi özünü asdı
29-04-2024, 21:10
Sabirabadda DƏHŞƏT: 11-ci sinif şagirdi özünü asdı
27-04-2024, 15:44
Ana xəstə oğlunu səhv müalicə ilə öldürdü
27-04-2024, 15:40
Ən çox serial qatillərin olduğu 10 ÖLKƏ
27-04-2024, 15:32
Kişi ondan küsən arvadını bıçaqladı
27-04-2024, 15:28
Britni Spirs əsəbindən maşının şüşəsini sındırdı
27-04-2024, 15:25
Şuşada mina partladı, xəsarət alan var
27-04-2024, 15:22
Bu şəxslərə "Tərəqqi" medalı verildi
27-04-2024, 15:20
Ali Məhkəmənin hakimi özünü öldürdü
26-04-2024, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26-04-2024, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
26-04-2024, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
26-04-2024, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
26-04-2024, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
26-04-2024, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
26-04-2024, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
26-04-2024, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
25-04-2024, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
25-04-2024, 15:04
Harri Kasparov həbs olundu
25-04-2024, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
25-04-2024, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
25-04-2024, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
25-04-2024, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
25-04-2024, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
25-04-2024, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
25-04-2024, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
25-04-2024, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı