Nazirlikdən birdəfəlik ödənişlə bağlı açıqlama
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) birdəfəlik ödəmə (190 manat) ilə bağlı sosial şəbəkə səhifələrində müzakirə olunan bəzi məsələlərə aydınlıq gətirib.Bu barədə ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.
F.Talıbovun sözlərinə görə, imtina SMS-lərində şəxsin özünün və ya həyat yoldaşının adına ev, maşın, əmək müqaviləsi, aktiv VÖEN, pay torpağı və s. olması barədə qeyd edilən məlumatlar aidiyyəti dövlət qurumlarının rəsmi informasiya ehtiyatlarından əldə edilir:
"Vəfat etmiş şəxslər barədə yanlış göndərildiyi iddia edilən SMS-lərlə bağlı: Bu barədə yayılan məlumatlar araşdırıldıqca ortaya çıxan mənzərə onu göstərir ki, vətəndaşlar elektron qeydiyyat zamanı vəfat etmiş şəxsin məlumatları yerinə öz yaxın qohumlarının FİN məlumatlarını daxil edib. Elektron sistem də avtomatik olaraq daxil edilən FİN üzərindən araşdırma apararaq qeyd edilən şəxsin məlumatları əsasında şəxsin aktiv əmək müqaviləsinin olduğu, adında və ya istifadəsində iki və daha çox nəqliyyat vasitəsi aşkarlandığı və s. bu kimi səbələrdən imtina qərarı vermiş olur.
Nikah münasibətlərinin pozulması barədə yanlış göndərildiyi iddia edilən SMS-lərlə bağlı: Nigah münasibətlərinin pozulmasına baxmayaraq vətəndaşa ər və ya arvadla bağlı məlumatlar əsasında imtina edilməsinin əsas səbəbi onların ailə vəziyyəti ilə bağlı şəxsiyyət vəsiqələrini dəyişdirməməsidir. Belə ki, e-sistem onu şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən "evli” kimi tanıyır. Mövcud şəxsiyyət vəsiqəsində (şəxs boşansa belə) evli kimi qeyd edilən şəxslərdən birinin birdəfəlik ödəmə ilə bağlı meyarlara uyğun gəlməməsi avtomatik olaraq keçmiş ər və ya arvada da imtina qərarının getməsinə səbəb olur.
Birdəfəlik ödəmə üçün müraciət etməyən və ya edən şəxsin mobil nömrəsinə digər şəxs barədə göndərilən SMS-lərlə bağlı: Bu halın baş verməsinin əsas səbəbi vətəndaşın qeydiyyat zamanı əlaqə vasitələrini düzgün daxil etməməsidir. Nazirliyin rəsmi facebook səhifəsinin messenger (inbox) bölməsinə daxil olan müraciətlərdə də aydın görünür ki, bəzi vətəndaşlar mobil nömrələrini səhv daxil etmiş və düzəliş edilməsini xahiş edirlər. Vətəndaşlar belə hallarla bağlı 142 – Çağrı Mərkəzinə və ya rayon (şəhər) Məşğulluq Mərkəzlərinə məlumat verməlidirlər.
İstifadəsində və ya adında avtomobilin olmaması barədə yanlış göndərildiyi iddia edilən SMS-lərlə bağlı: Mümkündür ki, siz hazırda nəqliyyat vasitəsi istifadə etmirsiniz, lakin etibarnamə əsasında elektron sistemdə nəqliyyat vasitəsinin istifadəçisi kimi görünə bilirsiniz. Yaxud maşını etibarnamə ilə kiməsə satmısınız, lakin həmin avtomobil sizin adınızdadır. Müvafiq sorğu əsasında Daxili İşlər Nazirliyinin elektron sistemindən əldə edilən məlumat əsasında bu, müəyyən olunur və vətəndaşa da aidiyyəti məzmunda SMS göndərilir.
Əmək müqaviləsinin olması barədə yanlış göndərildiyi iddia edilən SMS-lərlə bağlı: Qeyd edim ki, həmin vətəndaşlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişi" e-sistemində aktiv əmək müqaviləsi bildirişi olduğu üçün birdəfəlik ödəmə verilməsindən imtina edilir. Həmin vətəndaşlar iddia edə bilər ki, mən artıq işdən çıxmışam, niyə mənim müqaviləm qüvvədədir. Bildirim ki, əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin sistemə daxil edilməsi işəgötürən və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən həyata keçirilir. Yəni bu proses birbaşa işəgötürənin səlahiyyəti daxilindədir. Dövlət orqanının işəgötürən tərəfindən daxil edilmiş müqaviləyə xitam vermək səlahiyyəti yoxdur. Bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişlərin sistemə daxil edilməsi üçün işçi ilk olaraq işəgötürənə müraciət etməlidir.
Subay olduqları halda ailəli şəxs kimi yanlış imtina göndərildiyi iddia edilən SMS-lərlə bağlı: Daha öncə göndərilən SMS-lərdəki köhnə mətnin məzmunu müraciət edən subaydısa özünə, evlidirsə özünə və ya həyat yoldaşına aid edilməlidir. Hazırda isə həmin şəxslərə mesaj mətnində "özünüzün və ya ərinizin (arvadınızın) adına” sözləri yazılır. Yəni şəxs subay olduqda mesaj onun birbaşa özünə aid olub, ona məxsus əmlakı nəzərdə tutur".
18-04-2020, 20:28
"Dövlət orqanının başqa işəgötürən tərəfindən daxil edilmiş müqaviləyə xitam vermək səlahiyyəti yoxdur"
7-04-2020, 19:38
Qərargah: Bəzi KİV xüsusi karantin rejimi qaydalarını pozaraq saxta vəsiqələr verir
17-01-2019, 13:22
Sosial Sığınacaqda 41 nəfər var - AÇIQLAMA
7-01-2019, 15:05
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin veb-saytı yeni dizayn və domenlə istifadəyə verilib
7-01-2019, 15:03
Ötən il 142 - Çağrı mərkəzi tərəfindən 160 mindən çox müraciətə cavab verilib
28-12-2018, 12:45
Şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı prosesi 2019-cu il ərzində tam yekunlaşacaq
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...