Koronavirusun faydaları - ALİM MÜŞAHİDƏLƏRİ
Sosial
Oxunub: 197
20 Nis 2020 | 13:08
Koronavirusun faydaları - ALİM MÜŞAHİDƏLƏRİ Dünyada tüğyan edən COVID-19 pandemiyası nəticəsində respublikada elan edilmiş karantin dövründə AMEA-nın Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev hazırda qaldığı ərazidə təsərrüfatlardakı mövcud hallara dair müşahidələr aparıb, eləcə də respublikadakı bəzi ekoloji problemlər barədə fikirlərini bildirib.
Tədqiqatçı hazırki vəziyyətdə mənfi-müsbət cəhətləri müqayisəli təhlil edib, müəyyən nəticələrə gəlib. Onun sözlərinə görə, karantin şəraiti ilə əlaqədar respublikada bəzi təsərrüfat sahələrində, xüsusilə sənayedə bir çox problemlərin yaranması ilə yanaşı, əksər istehsal sahələrinin dayandırılması ətraf mühitə ekoloji baxımdan müsbət təsir göstərib. Stasionar (fabrik, zavod və s.) və qeyri-stasionar (nəqliyyat vasitələri) mənbələrdən olan tullantıların kəskin azalması nəticəsində atmosferə atılan zərərli maddələrin miqdarı hiss olunacaq dərəcədə azalıb.
Ənvər Əliyev bildirib ki, Azərbaycanda adi qaydada avtomobillərdən bir il ərzində 1 milyon 279 min tona qədər benzin istehlak olunurdu. İndiki halda isə şəhər, rayon avtomobillərinin hətta 50 faizindən istifadə olunmasa, atmosferə atılan tonlarla karbon və azot oksidləri, aldehidlər, hiss və s. zərərli maddələrin miqdarı yarıbayarı azalar: "Bundan əlavə, ölkədə ağır yük maşınları il ərzində 827 min ton dizel yanacağından istifadə edirdilər ki, bunlarda benzindən fərqli olaraq hiss və qurumun miqdarı daha artıqdır. Sərhədlərin müvəqqəti bağlanması nəticəsində xariclə işləyən və ağır yük daşıyan əksər maşınların fəaliyyətinin dayandırılması atmosferin təmizlənməsində müəyyən rol oynayır".
O, apardığı müşahidələrin nəticələrinə görə, havanın nisbətən təmizlənməsinin insan sağlamlığına müsbət təsir göstərdiyini, orqanizmdə immunitetin güclənməsinə səbəb olduğunu bildirib. Qeyd edib ki, məsələyə bu prizmadan yanaşmaq o qədər də düzgün deyil, çünki, iqtisadiyyatı nəqliyyat sistemi olmadan təsəvvür etmək qeyri-mümkündür.
Ölkədə karantin rejiminin tətbiqindən öncə, yaz tarla işləri zamanı Şirvan düzünün dağlıq şimal hissəsində - Göyçay, Ağsu və Kürdəmirin bəzi təsərrüfat sahələrində olmuş tədqiqatçı müvafiq işlərin gedişi ilə maraqlanıb. Alim bildirib ki, əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatında problemlərin olmaması üçün işlər dayandırılmadan, Nazirlər Kabinetinin məlum qərarına uyğun olaraq qoyulmuş tələblər çərçivəsində təşkil edilib, əməkçilər xüsusi geyimlərdə, maska və əlcəklərdə işlərini davam etdirirlər.
Ə.Əliyevin müşahidələrinə görə, adı çəkilən rayonların kənd təsərrüfat sahələrində heç bir geriləmə gözlənilmir və əhalinin ərzaq təminatında böyük problemlərin olmasını düşünməyə ciddi səbəb yoxdur.
Lent.az
18-04-2020, 20:34
Azərbaycanda xüsusi karantin rejimi mayın 4-dək uzadıldı
11-04-2020, 21:46
Karantin qaydalarını pozanların sayı azalıb - DYP
1-02-2020, 21:50
BNA-nın qanunsuz parklanmaya qarşı tədbirləri müsbət nəticələr verir
27-01-2020, 15:00
BP rəhbəri: "100 dollarlıq neft dövrü arxada qalıb"
17-01-2019, 13:21
Hava şəraiti Bakıdan uçuşlara təsir edibmi?
14-01-2019, 14:10
İqlim dəyişikliyi və onun canlı aləmə təsiri getdikcə daha çox narahatlıq doğurur. Qeyri-sabit hava şəraiti və daşqınlar dünyada ciddi problemlər yaradır.
Bugün, 15:03
Madonna çimərlikdə 1,6 milyon insana pulsuz konsert verdi
Bugün, 15:00
“Bayer” “Benfika”nın rekordunu təkrarladı
Bugün, 14:59
Ronaldonun 2016-cı ildən bəri ən məhsuldar mövsümü
Bugün, 14:50
“6 ay ayaqlayın gəzmişəm”- Çingiz Mustafayev
Bugün, 14:47
Qar, leysan, güclü külək - Sabahın HAVASI
Bugün, 14:42
Azərbaycanda Məhərrəmlik ayı BU TARİXDƏ BAŞLAYACAQ
Dün, 19:14
Küçədə qadının boğazını kəsib öldürdü
Dün, 19:11
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir
Dün, 19:09
Trampın qızı mini ətəkdə ictimaiyyət qarşısına çıxdı
Dün, 19:06
Runi futbol əfsanələri ilə işləyəcək
Dün, 19:02
Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb
Dün, 18:58
Hacıqabulda FACİƏ: 17 yaşlı qız qlzılcadan öldü
Dün, 18:55
Başı örtülü model geyimi ilə hamını təəccübləndirdi
Dün, 18:53
“Qarabağ”da yeni müqavilə
Dün, 18:50
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
Dün, 17:37
XƏBƏRDARLIQ- Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq
4-05-2024, 14:33
"iPhone 15 Pro Max" ucuzlaşdı
4-05-2024, 14:29
"Jirona" bu transferə görə Sequndaya düşəcək
4-05-2024, 14:25
Bakıda evdən qadın meyiti tapıldı
4-05-2024, 14:24
Ən çox içki içən uşaqların olduğu ÖLKƏ: Ən çox qızlar...
4-05-2024, 14:19
60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək
4-05-2024, 14:16
Alimlər küləkləri olan planet kəşf ediblər
4-05-2024, 14:13
Salyanda DƏHŞƏT: 22 yaşlı oğlan özünü asdı
4-05-2024, 14:11
Bakıda "cip" 5-10 km sürətlə kişini vurub öldürdü
4-05-2024, 14:09
Üç günlük hava ilə bağlı meteohəssas insanlara XƏBƏRDARLIQ
4-05-2024, 14:07
13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı
4-05-2024, 14:05
"Bavariya" və "Mançester Yunayted" baş məşqçilərini dəyişir
3-05-2024, 22:14
Dilan Polat həbsxanada özünü doğradı
3-05-2024, 22:12
"Bəziləri efirə özlərinə hədiyyə göndərirlər" – Nura Suri
3-05-2024, 22:09
Polis kapitanı faciəvi şəkildə öldü
3-05-2024, 22:07
Sürücü yol polisinə bıçaq çəkdi
3-05-2024, 22:04
İtkin düşən hamilə qadının meyiti tapıldı
3-05-2024, 21:57
"Mançester Yunayted"dəki gələcəyi ilə bağlı qərar verildi
3-05-2024, 21:53
Bacısının yuxusu gerçək oldu, lotereyada 837 min uddu
3-05-2024, 21:49
Norveçli keçmiş deputat ukraynalı döyüşçü ilə evləndi
3-05-2024, 21:47
Avropanın ən aşağı büdcəli aviasiya şirkəti
3-05-2024, 21:43
Əfsanəvi qapıçının dramı: Qumar oynadı, müflis oldu və...
2-05-2024, 15:30
Körpə yeməkdən sonra qusub öldü
2-05-2024, 15:19
Bu peşələr demensiya riskini artırır