Azərbaycanda ilk dəfə Talassemiya Mərkəzində xüsusi metodla alınan kök hüceyrələr klinik praktikada tətbiq edilib
Sosial
Oxunub: 513
21 Ock 2019 | 12:35
Azərbaycanda ilk dəfə Talassemiya Mərkəzində xüsusi metodla alınan kök hüceyrələr klinik praktikada tətbiq edilib
Azərbaycanda xarici və yerli mütəxəssislərin iştirakı ilə uzun müddət xəstəlikdən əziyyət çəkən iki nəfərə sümük iliyi və yağ toxumalarından əldə edilən kök hüceyrələrin transplantasiyası həyata keçirilib. Bununla da Azərbaycanda ilk dəfə Respublika Talassemiya Mərkəzində xüsusi metodla alınan kök hüceyrələr klinik praktikada tətbiq edilib.

Bu barədə AZƏRTAC-a mərkəzdən bildirilib.

Baldırının aşağı 1/3 hissəsində əmələ gələn və bütün müalicə tədbirlərinə baxmayaraq, sağalmayan spontan yaradan əziyyət çəkən 51 yaşlı qadına kök hüceyrə terapiyası aparılıb. Sol ayaqda dərin vena trombozu ilə başlayan və iki ildən artıq müddətdə sağalmayan yara ətrafına kök hüceyrələrin köçürülməsi əməliyyatı həyata keçirilib.

Diz oynağı artrozundan və şiddətli ağrılardan əziyyət çəkən ikinci xəstənin oynağı daxilinə isə öz adipoz (piy) toxumasından liposaksiya üsulu ilə alınmış kök hüceyrələr köçürülüb.

Yaraya köçürülən kök hüceyrələri Talassemiya Mərkəzinin hematoloqları xəstənin qalça sümüyündən alıblar. Mərkəzin aferez mütəxəssisləri “Harvest” cihazında sümük iliyi və piy toxumasından kök hüceyrələri ayıraraq transplantasiya üçün hazırlayıb.

Qeyd edək ki, Talassemiya Mərkəzində indiyədək talassemiyadan və leykozdan əziyyət çəkən 70-dən çox xəstəyə uğurla sümük iliyi (kök hüceyrə) transplantasiyası həyata keçirilib. Mərkəzdə yeni texnologiya ilə mezenximal kök hüceyrə terapiyasının tətbiqindən sonra isə bir sıra xroniki xəstəliklərin müalicəsi üçün xarici ölkələrə üz tutmağa ehtiyac qalmayacaq.

Kök hüceyrələrin müalicədə tətbiqinə həsr olunan seminarda çıxış edən Talassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov seminara qatılan diplomatik nümayəndələrə, xarici və yerli mütəxəssislərə Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində görülən tədbirlər barədə məlumat verib.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə tibbi xidmətin təkmilləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində görülən işlər sayəsində artıq Talassemiya Mərkəzi regionun referens mərkəzi kimi qəbul edilir.

Mərkəzin icraçı direktoru yeni metodla əldə edilən kök hüceyrələrlə müalicənin əhəmiyyətindən danışıb, “Kök hüceyrə və kök hüceyrə transplantasiyasının əsasları” barədə məruzə edərək, “TerumoBCT” şirkətinə bu sahədə dəstək üçün təşəkkürünü bildirib.

Seminarda iştirak edən Belçikanın Azərbaycandakı səfirinin müavini Denis Naets yerli mütəxəssislərə uğurlar diləyərək ölkəsini təmsil edən şirkət ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Şirkətin Azərbaycan və Mərkəzi Asiya üzrə nümayəndəsi Arif Cəbrayılov çıxışında ölkəmizə yeni gətirilmiş “Harvest” cihazının bir sıra xəstəliklərin, o cümlədən artroz, diabetik ayaq və s. kimi xroniki patologiyaların müalicəsində istifadə imkanlarından danışıb. Bildirilib ki, bu metodla eyni zamanda bəzi xəstəliklərin müalicəsində geniş istifadə edilən yüksək keyfiyyətli PRP (trombositlə zəngin plazma) də əldə olunur.

Tədbirdə xaricdən dəvət olunmuş mütəxəsisslər, ortoped-cərrah Dmitras Tsoukas (Yunanıstan), damar cərrahı Boris Pavlov (Belarus) və “Terumo BCT” şirkətinin regional meneceri Anuar Botabayevin (Qazaxıstan) elmi məruzələri dinlənilib.

Seminar Bakı şəhərinin müxtəlif tibb müəssisələrindən olan elm adamlarının, mütəxəssislərin müzakirələri ilə davam edib.
11-01-2019, 14:17
Ağ Şəhər Qalereyasında “Yeni nəfəs” adlı xeyriyyə satış-sərgisi keçiriləcək
2-01-2019, 12:22
2018-ci ildə dövlət hesabına 998 xəstə üzərində kardiocərrahiyyə əməliyyatı icra edilib
21-12-2018, 14:51
Azərbaycanda gənc şair intihar etdi - FOTO
16-12-2018, 13:34
Ölkəmizdə ilk dəfə meqa-şou - “Cırtdan nağıllar aləmində”
16-11-2018, 16:30
Atadan köçürülən böyrək gəncin həyatını xilas etdi
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...