Elektron qaydada pensiya təyin olunmuş ilk vətəndaşla görüş keçirilib
Yeni ildən elektron qaydada pensiya təyinatı aparılır və həmin qaydada pensiya alan ilk şəxs Bakının Yasamal rayon sakini Ramazan Şabanov olub. 64 yaşının tamam olduğu gün ünvanına gələn bildiriş onun üçün həm də unudulmaz ad günü hədiyyəsi olub.AZƏRTAC xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev avtomatlaşdırılmış pensiya təyinatı sisteminin ilk iştirakçısı olan R.Şabanovu elektron qaydada pensiya təyinatı aparılması ilə əlaqədar təbrik edərək ona xoş arzularını bildirib. R.Şabanova nazirlik yanında Əlillərin Peşə Reabilitasiya Mərkəzində toxunulmuş suvenir xalça hədiyyə edilib.
Nazir Prezident İlham Əliyevin 2018-ci il 5 sentyabr tarixli Fərmanına əsasən ölkəmizdə pensiya təyinatı sahəsində həyata keçirilmiş mühüm islahat tədbirinin bu sahədə vətəndaş məmnunluğuna imkan yaratdığını qeyd edib. Məhz həmin islahatın nəticəsi olaraq pensiya yaşı çatan hər kəs heç bir müəssisə və arxivə üz tutmadan, sənəd toplamadan, bürokratik maneələrlə üzləşmədən ünvanına göndərilən bildiriş vasitəsilə alacağı pensiyanın məbləği və pensiya kartını haradan əldə edəcəyi barədə məlumata yiyələnəcək. Onun verdiyi məlumata görə, bu ilin əvvəlindən pensiya hüququ yaranan 560 şəxsə avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti R.Şabanov heç bir sənəd toplamadan və heç bir ünvana müraciət etmədən ona elektron qaydada 490 manat məbləğində pensiya təyin olunmasından məmnunluğunu ifadə edib. Həmin gün mobil telefonuna gələn SMS-in onun üçün ən xoş sürpriz olduğunu söyləyib.
R.Şabanov çıxış edərək dövlət idarəçiliyinin təkmilləşdirilməsinin başlıca istiqamətlərindən birinin də məhz elektron texnologiyaların geniş tətbiqi olduğunu bildirib. O, bu sahədə ölkəmizdə islahatlar proqramına uyğun aparılan işlərin əhəmiyyətini vurğulayıb, vətəndaşlarda məmnunluq yaradan islahat tədbirinə görə dövlət başçısına öz minnətdarlığını ifadə edib.
Nazirlik yanında İctimai Şuranın sədri Umud Mirzəyev avtomatlaşdırılmış pensiya təminatının sosial sahədə çox böyük dəyişikliklərdən biri olduğunu, vətəndaş cəmiyyəti üzvləri, eləcə də ölkəmizin hər bir sakini tərəfindən məmnunluqla qarşılandığını söyləyib.
Onu da qeyd edək ki, pensiya qanunvericiliyinə əsasən, hazırda pensiya hüququ qazanmaq üçün yaş həddi kişilər üçün 64, qadınlar üçün 61 yaşdır. Ölkə üzrə gözlənilən ömür uzunluğunun kişilər üçün 73,1 yaş, qadınlar üçün 77,8 yaş olduğunu nəzərə alsaq, gözlənilən pensiya ödənişinin orta müddəti 13 il, o cümlədən kişilər üçün 9,1, qadınlar üçün isə 16,8 il təşkil edir.
7-01-2019, 15:04
Pensiya ödənişində yeni qaydalar
28-12-2018, 12:46
Nazirlik yanında İctimai Şuranın gələn il üçün fəaliyyət istiqamətləri müzakirə olunub
16-12-2018, 13:23
Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah
6-12-2018, 16:35
Nazir Sahil Babayev: "Bərpa mərkəzlərində neqativ halların, süründürməçiliyin aradan qaldırılması işləri aparılır"
5-11-2018, 15:07
Sahil Babayev: Orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...