“Avropa İttifaqının Azərbaycan və Ermənistana yönəlik addımı böyük fürsət yaradır” - NƏ ETMƏLİ?
Siyasət / Dünya
Oxunub: 358
28 May 2022 | 13:36
“Avropa İttifaqının Azərbaycan və Ermənistana yönəlik addımı böyük fürsət yaradır” - NƏ ETMƏLİ?
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında sosial-iqtisadi inkişaf məsələsi barədə danışıb. Deyib ki, Avropa İttifaqı tərəflərlə - Azərbaycan və Ermənistana birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcək.

"Mən, həmçinin əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini də vurğuladım və Avropa İttifaqı öz dəstəyini gücləndirməyə hazırdır", - deyə Mişel vurğulayıb. capar.info -nın məlumatına görə, Ermənistan-Azərbaycan münasibətləri məsələsində İqtisadi Məşvərət Qrupunun hansı rol oynayacağını AYNA-ya şərh edən ReAl Partiyası Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert Natiq Cəfərli xatırladıb ki, Azərbaycan Şərq Tərəfdaşlığı ölkələri siyahısına daxildir:

- Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri ilə zaman-zaman konsaltinq xidmətləri, birgə layihələrin işlənməsi, biznes layihələrinin reklamı ilə bağlı müəyyən işlər görür. Bunlar Azərbaycanla birgə də həyata keçirilmişdi. Amma 2010-cu ildən sonra bu sahədə zəifləmələr müşahidə edildi. İndi yeni dövr başlayır. Avropa İttifaqı həm Azərbaycana, həm Ermənistana 5 illik müddət üçün böyük vəsait ayırmaq qərarı verib. Yaxın illərdə iki ölkəyə birlikdə 4.5 milyard avro vəsaitin ayrılması gözlənilir.

Hesab edirəm ki, bu, ciddi vəsaitdir. Bu vəsaitin doğru-düzgün istifadəsinin müəyyənləşdirilməsi üçün Avropa İttifaqının ekspertləri ilə birgə qruplar yaradılacaq. Söhbət həm də regional layihələrdən gedir. Yəni ki, Azərbaycan ilə Ermənistan arasında Avropa İttifaqının vəsaiti hesabına kommunikasiyaların açılmasından, yol layihələrindən, yeni marşrutların açılmasından söhbət gedir. Avropa İttifaqı nəzərdə tutur ki, bu layihələrlə region xalqlarının iqtisadi-sosial rifahına töhfə verə bilər. Düşünürəm ki, bu, həqiqətən də inkişafa töhfə verəcək.

Ümumiyyətlə, yeni kommunikasiyalar olacaqsa, biznes imkanları yaranacaqsa, bölgədə sülh əldə ediləndən sonra xalqların rifahı yüksələcək. Bunun üzərinə də Avropa İttifaqının Ermənistana 2.3, Azərbaycana ayırdığı 2.2 milyard avro vəsaiti gəlsək, bu, kifayət qədər mühüm iqtisadi fürsətdir. Ayrılan vəsait iqtisadi dalğa yaratmaq üçün ciddidir.

- Bu layihələr sülhdən sonra üçün nəzərdə tutulur?

- Təbii ki, addımların böyük əksəriyyəti sülh müqaviləsindən sonra üçün nəzərdə tutulur. Amma sülhə doğru gedərkən də faydalı olacaq. Məsələn, kommunikasiyaların açılması ilə bağlı hətta yaxın həftələrdə işə başlanıla bilər.

- Bu, Avropa İttifaqı tərəfindən sülhə təşviq, həvəsləndirici addımdırmı?

- Məncə, bəli. Xüsusən, Ermənistan üçün bu, çox vacibdir. Söhbət az qala Ermənistanın dövlət büdcəsinə bərabər vəsaitdən gedir. Azərbaycan üçün də bu layihələr önəmlidir. Çünki Azərbaycan azad olunmuş ərazilərin bərpası üçün hər il 2.2 milyard manat vəsait ayırır. İki ildə bərpa məqsədilə 4.4 milyard manat vəsait ayrılıb. Donorların dəstəyindən, Avropa İttifaqının vəsaitləri hesabına yeni iş yerlərinin yaradılması istiqamətində əməkdaşlığın genişləndirilməsi, təbii ki, Azərbaycana da xeyirdir. Bu, həm də hər iki ölkə üçün müəyyən addımların tezliklə atılmasını stimullaşdıran tədbirdir.

- Azərbaycan azad olunmuş ərazilərin bərpasında bu vəsaitdən istifadə edə biləcəkmi?

- Məncə, bəli. Çünki orada kommunikasiyalarla bağlı məsələ var. Yeni yollar elə işğaldan azad olunmuş ərazilərdə çəkilir.
8-04-2022, 05:17
Avropa İttifaqından Ukraynaya YARDIM
7-04-2022, 07:46
Şarl Mişel Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə görüşün yekununa dair bəyanat yaydı – TAM MƏTN
6-04-2022, 21:18
Ukraynada döyüşən Rusiya hərbçilərinə ŞİRNİKLƏNDİRİCİ VƏD
4-02-2022, 21:52
Azərbaycan, Fransa, Aİ və Ermənistan liderləri videoformatda görüşdü
7-04-2021, 11:47
Avropa İttifaqının rəhbərləri Türkiyəyə səfər ediblər
8-12-2018, 14:26
Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə dair danışıqların növbəti mərhələsi yanvarda keçiriləcək
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
20-07-2026, 12:58
Biləcəridə hoteldə meyit tapılıb
20-07-2026, 12:32
İranda 5 dəqiqədə 2 güclü zəlzələ...
20-07-2026, 12:14
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
20-07-2026, 12:11
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 11:30
Neft qiymətləri kəskin dönüş etdi
20-07-2026, 11:29
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş
20-07-2026, 11:26
Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək
18-07-2026, 23:21
Bu ölkə tamamən boşaldılır