Birləşmiş Ərəb Əmirlikləri mətbuatı Prezident İlham Əliyevin uğurlu siyasətindən yazır
Birləşmiş Ərəb Əmirliklərinin ərəbdilli “samanews” və “kolalarab” xəbər agentliklərində, “eremnews” internet portalında, həmçinin ingilis, çin və rus dillərində nəşr olunan “Avia Most” qəzetində “İlham Əliyev: Müsəlman dünyasının birliyə və həmrəyliyə ehtiyacı var" sərlövhəli məqalə dərc olunub.AZƏRTAC xəbər verir ki, məqalədə son illərdə Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri sakinlərinin səfər etdikləri ən sevimli məkanlardan birinə çevrildiyi bildirilir. Ölkəmizin mənzərəli yerlərindən, qış və yay istirahət mərkəzlərindən, mülayim iqlimindən, ləziz mətbəxindən söhbət açılır. Azərbaycan xalqının Birləşmiş Ərəb Əmirliklərindən olan turistlərə olan mehriban münasibətindən bəhs olunur.
Yazıda vurğulanır ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası bütün çətinliklərə tab gətirərək, sürətli inkişaf yoluna qədəm qoyub. Dünyanın aparıcı şirkətləri ilə neft və qaz yataqlarının istismarına dair sazişlər imzalanıb, köklü islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf etdirilib. Bütün bu görülən işlərin nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun lider ölkəsinə çevrilib.
Məqalədə Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qarşılıqlı etimada söykənən və demək olar ki, bütün sahələri əhatə edən dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olduğu qeyd olunub, ölkələrimizin iki və çoxtərəfli formatda əməkdaşlıq etdiyi bildirilib. Vurğulanıb ki, hazırda BƏƏ vətəndaşları vizanı elektron qaydada və ya ölkəmizin beynəlxalq hava limanlarında rəsmiləşdirməklə Azərbaycana səfər edirlər. Bu da iki ölkə arasında mövcud olan yüksək səviyyəli münasibətlərin göstəricisi hesab oluna bilər.
Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əhəmiyyətli addımların atıldığı bildirilir. Qeyd olunur ki, enerji sektorunun inkişafı ilə yanaşı, qeyri-neft sektorunun da müsbət dinamikasını təmin etmək məqsədilə nəqliyyat, kənd təsərrüfatı, turizm, sənaye, azad iqtisadi zonaların yaradılması və digər sahələr təşviq edilməkdədir. Bildirilir ki, Xəzər dənizində yerləşən “Azəri-Çıraq-Günəşli” neft yatağının gələcəkdə işlədilməsi ilə bağlı dünyanın aparıcı neft şirkətləri ilə 2050-ci ilə qədər yeni müqavilə imzalanıb. 2018-ci il mayın 29-da Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi olub. Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi dörd böyük layihədən ibarətdir ki, onların üçü - “Şahdəniz-2” qaz yatağının işlədilməsi, Cənubi Qafqaz Kəməri və TANAP layihələri üzrə işlər yekunlaşıb, sonuncu olan TAP layihəsinin böyük bir hissəsi icra olunub.
Yazıda strateji baxımdan mühüm məkanda - Şimal-Cənub və Qərb-Şərq beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycanın əsrlərboyu özünəməxsus körpü rolunu oynadığı vurğulanır. Məqalədə 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasiminin keçirildiyi bildirilir. Qeyd edilir ki, Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan sözügedən dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar vasitəsilə bərpası deməkdir, bu isə öz növbəsində Mərkəzi Asiya ölkələrinin, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Dəmir yolu regionda turizmin inkişafına da güclü təsir göstərəcək.
Eyni zamanda, məqalədə vurğulanır ki, yaxın gələcəkdə Cənub-Şimal dəmir yolunun da istismara verilməsi nəzərdə tutulur. Bu nəqliyyat dəhlizi vasitəsilə Cənubi Asiya istiqamətindən yüklərin Azərbaycan üzərindən Rusiya və Şimali Avropa ölkələrinə nəqli asanlaşdırılacaq. Bütün bunlarla yanaşı, Azərbaycan Respublikası Çin Xalq Respublikasının təşəbbüsü olan “Bir Kəmər - Bir Yol” layihəsini də dəstəkləyir.
Yazıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya barədə də bəhs edilir. Bu sənədin imzalanmasının regionda əməkdaşlıq proseslərinə təkan verilməsi, dənizin bioresurslarının, ətraf mühitin qorunması və təhlükəsizliyin təmin edilməsi baxımından son dərəcə əhəmiyyətli olduğu qeyd edilir.
Məqalədə Azərbaycanın müxtəlif sivilizasiyalar və mədəniyyətlərin qovuşuğunda yerləşən nadir bir dövlət olduğu bildirilir. Azərbaycanın humanitar məsələlərin müzakirəsinə çox böyük əhəmiyyət verdiyi, ölkədə humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlərin keçirildiyi vurğulanır. Bu tədbirlərdən sonuncusu 2018-ci ilin oktyabrın 25-də VI Bakı Beynəlxalq Humanitar Forumu olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilmiş Forumun açılış mərasimində Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla 90-dan artıq ölkədən 400-dən çox xarici qonaq iştirak edib.
Yazıda, həmçinin qeyd olunur ki, Azərbaycan ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku, Formula 1 kimi beynəlxalq yarışlara uğurla ev sahibliyi edib. 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri iştirak edib. Bu vaxtadək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb. Bu Oyunları 50-dən çox ölkədə 1 milyarddan çox tamaşaçı izləyib.
Yazıda, İslamın Azərbaycanda hələ 7-8-ci əsrlərdə yayıldığı bildirilir. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə İslam dəyərlərinin inkişafı istiqamətində böyük işlərin görüldüyü, yeni məscid və məbədlər tikildiyi bildirilir. Xüsusi qeyd olunur ki, əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 2200-ə yaxınlaşır. Bütün bunlarla yanaşı, Müsəlman dünyasının üzləşdiyi problemlərin gündəmə gətirilməsi, həll olunması istiqamətində də Azərbaycan səylərini əsirgəməyib. Prezident İlham Əliyev İƏT-in rəsmi mətbuat orqanı olan “OIC Journal”da dərc olunmuş “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” sərlövhəli məqaləsində bildirib: “Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır”.
Məqalədə vurğulanır ki, Prezident İlham Əliyevin ölkədə apardığı inamlı siyasət Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanır və dəstəklənir. Təsadüfi deyil ki, 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində İlham Əliyev seçicilərin 86 faizdən çox səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
24-12-2018, 13:39
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında miqrasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
19-12-2018, 14:23
Azərbaycan yaxın vaxtlarda Birləşmiş Ərəb Əmirliyinə fındıq ixrac edəcək
8-12-2018, 14:25
Venesuelanın neft naziri gələn ildən OPEC Konfransına prezidentlik edəcək
5-12-2018, 15:52
Prezident: Qətərin üzvlükdən çıxması OPEC-ə təsir etməyəcək
2-12-2018, 11:40
Azərbaycan Prezidenti BƏƏ-nin Vitse-prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
20-07-2026, 12:58
Biləcəridə hoteldə meyit tapılıb
20-07-2026, 12:32
İranda 5 dəqiqədə 2 güclü zəlzələ...
20-07-2026, 12:14
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
20-07-2026, 12:11
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 11:30
Neft qiymətləri kəskin dönüş etdi
20-07-2026, 11:29
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş
20-07-2026, 11:26
Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək
18-07-2026, 23:21
Bu ölkə tamamən boşaldılır