Rumıniyada keçirilən anım mərasimində Ulu Öndərin diaspor quruculuğuna böyük töhfələrindən danışılıb
Siyasət
Oxunub: 598
14 Ara 2018 | 12:03
Rumıniyada keçirilən anım mərasimində Ulu Öndərin diaspor quruculuğuna böyük töhfələrindən danışılıbDiasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci il dönümü ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində Rumıniyanın paytaxtı Buxarest şəhərində növbəti anım mərasimi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli, səfirliyin əməkdaşları, Rumıniya azərbaycanlıları birliyinin üzvləri Buxarestdəki Tey parkında Ümummilli Liderin büstünü ziyarət edərək önünə əklil və gül dəstələri qoyublar.

Sonra tədbir iştirakçıları Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən foto və kitab sərgisi ilə tanış olublar. Qonaqlara dahi dövlət xadimi haqqında ətraflı məlumat verilib, tədbir rəsmi hissə ilə davam edib.

Əvvəlcə ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri Hüseyn Nəcəfov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verərək, ölkəmizin yeni tarixinin bütöv bir hissəsinin müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Səfir qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayaraq ölkəni keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirib. Vurğulanıb ki, 1993-cü ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasını parçalanmaqdan məhz Heydər Əliyev xilas edib. Ulu Öndərin müdrikliyi, siyasi və dövlətçilik təcrübəsi, yenilməz iradəsi sayəsində ölkəmiz fəlakətdən qurtulub.

Bildirilib ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərinin həllində müstəsna xidmətləri olan Heydər Əliyevin siyasi xətti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli çıxış edərək dahi Heydər Əliyevin dövlətçilik, azərbaycançılıq ideologiyasından, diaspor quruculuğuna verdiyi misilsiz töhfələrdən danışıb.

Tədbirdə ümummilli lider Heydər Əliyevin yaxın dostu, Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku çıxış edərək ulu öndərlə bağlı xatirələrini danışıb, iki ölkə arasındakı münasibətlərin inkişafında Heydər Əliyevin rolundan bəhs edib. E.Konstantinesku tarixi İpək Yolunun bərpasına dair 1998-ci ildə Bakı şəhərində keçirilən Beynəlxalq konfransı yada salaraq xatirələrini bölüşüb və hazırda da Ulu Öndərin strategiyasının uğurla davam etdirildiyini bildirib. Tədbirdə ümummilli lider Heydər Əliyevə həsr edilmiş “Böyük ömrün anları” filmi nümayiş olunub.

Anım mərasimində Rumıniya Deputatlar Palatasının üzvü, Rumıniya-Azərbaycan dostluq qrupu rəhbərinin müavini Georgi-Dinu Sokotar, Rumıniya parlamentinin digər üzvləri, Rumıniyada akreditə olunmuş diplomatik korpusun nümayəndələri, Buxarest Universitetinin professor-müəllim heyəti, tələbələr, “Socar Petroleum S.A.” şirkətinin əməkdaşları da iştirak edib.
12-12-2018, 15:25
Gənc nəsil ümummilli lider Heydər Əliyevin zəngin irsini dərindən öyrənməlidir
12-12-2018, 15:24
Ulu öndər Heydər Əliyevin xatirəsi Ankarada və İstanbulda yad olunub
11-12-2018, 13:45
Heydər Əliyevlə bağlı Türkiyə və Gürcüstanda anım tədbiriləri keçiriləcək
5-12-2018, 15:50
Yasamal Rayon Mərkəzi Kitabxanası ulu öndər Heydər Əliyevə həsr edilmiş inşa müsabiqəsinə start verib
23-11-2018, 13:07
Azərbaycan ədliyyəsinin 100 illik yubileyi Yasamal rayonunda qeyd olunub
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
20-07-2026, 12:58
Biləcəridə hoteldə meyit tapılıb
20-07-2026, 12:32
İranda 5 dəqiqədə 2 güclü zəlzələ...
20-07-2026, 12:14
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
20-07-2026, 12:11
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 11:30
Neft qiymətləri kəskin dönüş etdi
20-07-2026, 11:29
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş
20-07-2026, 11:26
Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək
18-07-2026, 23:21
Bu ölkə tamamən boşaldılır