Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib
Siyasət
Oxunub: 286
30 Ekm 2020 | 10:18
Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib Oktyabrın 29-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib. Komitənin sədri Bəxtiyar Əliyev Azərbaycanın Dağlıq Qarabağ bölgəsində cəbhə xəttində vəziyyət barədə fikirlərini açıqlayıb. Diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyev xarici mediaya müsahibələrində son hadisələrlə bağlı həqiqətləri və ölkəmizin mövqeyini aydın şəkildə dünya ictimaiyyətinə çatdırır. Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Vətən müharibəsi aparır. Doğma torpaqlarımızı erməni-faşist işğalçılardan azad edir. Azərbaycan əsgəri öz torpağı uğrunda vuruşur. Bu, haqq mübarizəsidir!
Komitə sədri bildirib ki, oktyabrın 28-də düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinə dinc sakinlərin sıx hərəkətdə olduğu əraziyə “Smerç” tipli ballistik raket zərbələrinin edirilməsi nəticəsində 21 nəfər həlak olub, çox sayda yaralılar var. Bu hərbi cinayətdir. Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan ordusu ancaq legitim hərbi hədəflərə atəş açır.
Sonra komitə sədri qeyd edib ki, iclasın gündəliyinə “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə” üçüncü oxunuşda sənədlərin müzakirəsi daxil edilib.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı Bəxtiyar Əliyev vurğulayıb ki, qanunun müvafiq maddələrinə “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası” anlayışının daxil edilməsi, eyni zamanda, “xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” ifadəsinin “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” ifadəsi ilə əvəz edilməsi təklif olunur. Qeyd edilib ki, xarici ölkələrin səlahiyyətli orqanları tərəfindən verilmiş subbakalavr diplomlarının tanınması ilə xaricdə bu təhsili almış vətəndaşlarımız, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün təhsillərini ölkəmizdə təhsilin növbəti pillələrində davam etdirmək imkanları yaranacaq.
Bildirilib ki, “Peşə təhsili haqqında” qanun layihəsi “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb və terminologiyanın eyniləşdirilməsi məqsədi daşıyır.
İclasda komitənin sədr müavini Musa Qasımlı, deputatlar Etibar Əliyev, Ceyhun Məmmədov, Şahin Seyidzadə, Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı, Eldar Quliyev, Rafael Hüseynov, Pərvin Kərimzadə, Tamam Cəfərova bu sənədlərin əhəmiyyəti barədə danışıb.
Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.
13-07-2020, 16:29
Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirildi
17-06-2020, 11:54
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib
16-06-2020, 14:50
Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
7-05-2020, 21:47
Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
22-04-2020, 22:09
Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib
21-04-2020, 13:57
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...