Ermənistan: Döyüşə uşaqlar gedir və…
Bir qədər əvvəl sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrində şəxsi heyət çatışmazlığını əks etdirən video paylaşılıb. Həmin videoda açıq şəkildə göstərilir ki, Ermənistan Azərbaycan Ordusuna qarşı uşaqlardan əsgər kimi istifadə edir. Bunu etməklə, Ermənistan bir çox beynəlxalq konvensiya və normaları - BMT-nin Uşaq Hüquqları Konvensiyası və UNICEF-in Paris Konvensiyasını - açıq şəkildə pozur.Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də twitter hesabında bu barədə paylaşım edib:.“Video Ermənistanda uşaq əsgərlərin olduğunu əks etdirir. Bu araşdırılmalıdır. 15 yaşınadək uşaqların əsgər kimi götürülməsi və istifadəsi beynəlxalq humanitar hüquq - müqavilə və qaydaya görə qadağandır və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən müharibə cinayəti kimi təyin olunur. UNICEF, ICRC”.
Ekspertlərin fikrincə, müasir silahlı münaqişələri xarakterizə edən təhlükəli tendensiyalardan biri onların iştirakçılarının gəncləşməsidir. Bir çox silahlı münaqişələrdə məhz gənc insanlar, çox zaman isə uşaqlar həm birbaşa (silahlı qüvvələrin tərkibinə daxil olan şəxs) kimi, həm də dolayı şəxslər kimi fəal rol oynayırlar. Bu baxımdan uşaqlar silahlı münaqişədə silahlı əsgər kimi də çıxış edə bilərlər. Ona görə də silahlı münaqişə dövründə uşaqların hüquqi statusu əhəmiyyətli dəyişikliyə məruz qalır. Belə ki, silahlı münaqişə zamanı onlar həm zorakılıq subyekti, həm də obyekti ola bilərlər. Statusuna görə subyekt olan uşaqlara silahlı münaqişə dövründə müəyyən hallarda silah tətbiq edilə bilər, obyekt uşaqlara isə heç bir halda silah tətbiq edilə bilməz.
XX əsrin 70-ci illərində uşaqlarla bağlı bir neçə problem mövcud idi. Birincisi, uşaqlar daha kövrək şəxslər kateqoriyası kimi xüsusi müdafiə hüququna malik olsalar da, bu prinsip IV Cenevrə konvensiyasının heç bir maddəsində dəqiq şəkildə ifadə olunmamışdı. İkincisi, uşaqların hərbi əməliyyatlarda iştirakı da kəskin problemlərdən biri kimi ortaya çıxmışdı. 1977-ci diplomatik konfransında 1949-cu il Cenevrə konvensiyasına iki əlavə protokol qəbul olundu. Onlardan birincisində göstərilirdi ki, münaqişə zamanı uşaqlar xüsusi hörmətə layiqdir və onların istənilən qəsdlərdən müdafiəsinə təminat verilir. Münaqişə tərəfləri onlar üçün yaşlarına və ya istənilən digər səbəbə görə tələb olunan müdafiə və yardımı təmin edirlər.
Əlavə protokollarla uşaqların hərbi əməliyyatlarda iştirakı məsələsi də tənzimlənir. Həmin protokollara görə 15 yaşı tamam olmamış şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirak etməməsi üçün bütün mümkün tədbirlər görülməlidir. Silahlı münaqişə ilə bağlı həbs edilmə, tutulma və ya nəzarət altına alınma hallarında uşaqlar böyüklərdən ayrı saxlanılmalıdırlar.
Gördüyünüz kimi, Ermənistan nəinki beynəlxalq konvensiya və protokolları kobudcasına pozur, hətta uşaqlarını belə təhlükə altına atır.
13-10-2020, 15:43
Ermənilərin Gəncəni atəşə tutması nəticəsində 3 uşaq hər iki valideynini itirib - HESABAT
28-09-2020, 11:41
Hikmət Hacıyev: Bu, böyük Vətən müharibəsidir
12-09-2020, 11:43
Hikmət Hacıyev Ermənistanın işğal olunmuş ərazilərimizə köçürdüyü muzdlulardan danışdı
28-08-2020, 11:17
XİN Ballıqaya qətliamının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
21-07-2020, 13:50
“Ermənistan Kim Kardaşyanın xidmətinə müraciət etməli oldu” - Hikmət Hacıyev
17-07-2020, 12:36
Azərbaycan Prezidentinin köməkçisi Paşinyanın sabiq müşaviri ilə debata çıxıb - VİDEO
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...