Eldar Mahmudovun tutdurduğu sahibkarın ətrafında nə baş verir? - İDDİA
Siyasət
Oxunub: 537
8 Ara 2018 | 14:30
Eldar Mahmudovun tutdurduğu sahibkarın ətrafında nə baş verir? - İDDİAEldar Mahmudov nazir olarkən ölkənin bir çox gəlirli sahələrini özünə tabe etdirə bilmişdi. Ətrafına topladığı “çete” üzvləri hər ötən gün onun sərhədsiz biznes imperiyasını genişləndirmək üçün çalışırdılar. “Mahmudovçu”larla razılaşmayan, onların qanunsuz tələblərini yerinə yetirməyənlər üçün də “çarə” tapılırdı. Məsələn, Moskvadan hansısa erməninin şirkətindən Azərbaycandakı xərac ödəmək istəməyən sahibkara zəng gəlirdi, zəng edən şirkətin istehsal etdiyi mallarla maraqlanırdı. Sahibkar xəttin o tərəfindəkinin kimliyini, milliyətini bilməsə də, heç nə dəyişmirdi.

Həmin zəngdən 3-5 gün sonra sahibkarı MTN-ə çağırırdılar və ermənilərlə işbirliyində suçlayıb qabağına sübut kimi telefon danışığını qoyurdular. Beləcə, xoşluqla 100 min verməyən 1 milyon verib can qurtarırdı. Eldar Mahmudov varlanır, dəstə üzvləri qazanır, müflis duruma çatdırılan, borc bataqlığına atılan sahibkar da səsini, cınqırını belə çıxarmırdı.

Eldar Mahmudovun “çete” üzvlərinin başqa metodları da vardı. Məsələn, bu günlərdə azadlığa çıxması xəbəri yayılan “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mircəfər oğlu Mahmudova qarşı atılan addımlar sadəcə ağlasızmazdır. Onun barəsində “azadlığa çıxıb” xəbərinin mətbuata ötürülməsinin kökündə də mübhəm məqamlar yox deyil.

Həbsindən əvvəl iş adamından “mahmudovçu”lar xərac tələb ediblər. Sahibkar imtina edib, tələb olunan pulu verməyib. Və MMC-nin üzlədiyi binada elə bir yanğın baş verib ki, hələ də yaddaşlardan silinməyib.

Kimdir Miryusif Mahmudov və niyə həbs olunub?

2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş verdi. 15 nəfər öldü, 50 nəfərin xəsarət aldı. Bu olay bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi günlərdə baş verdiyindən dərhal dünya mətbuatının 1 nömrəli mövzusuna çevirildi.

Olaydan sonra ilk həbs edilənlər sırasında Miryusif Mahmudov da oldu. Çox sonra Eldar Mahmudovun qurduğu səltənət “başına uçuruldu” - özü işdən çıxarıldı, “MTN çete”si ifşa edildi. Həmin vaxt artıq baş vermiş faciəyə görə M.Mahmudov və bir neçə nəfər həbsdə idi.

Dəmir barmaqlıqlar arxasından söylədikləri də əslində geniş istintaq araşdırmalarının mövzusu olmalı idi.

Miryusif Mahmudov məhkəməsində nə demişdi?

M.Mahmudov ittham üzrə özünü təqsirli bilməyərək, hadisənin qəsdən törədildiyini bildirmişdi: “Hadisə baş verən gün günorta yanan binanın qarşısına gəldim. Sonra səhhətim pisləşdi. Yanğın heç vaxt bu şəkildə ola bilməzdi. Yanğın baş verən vaxt mənə xəbər etdilər ki, MTN-dən ofisimizə yoxlama gəlib. Mən dərhal ofisə qayıtdım və gördüm ki, 29 MTN işçisi şirkəti yoxlamağa gəlib. Məni idarəyə dəvət etdilər. Orda ifadəmi aldıqdan sonra prokurorluğa apardılar”.

M.Mahmudov məhkəmədə Eldar Mahmudovun diqqətinə düşmələrinin tarixçəsini də danışmışdı:

“Bir az əvvələ qayıtmaq istəyirəm. 2012-ci ildə MTN "Texnikabank"da əməliyyat keçirdi və bizim oradakı bank hesabımızı öyrəndikdən sonra bizə qarşı təqiblər başladı. Bizi MTN-ə dəvət etdilər. 2014-cü ildə mən qəti şəkildə telefonlarımın dinləndiyinə və avtomobilimin izləndiyinə əmin oldum. Mən demirəm ki, bu hadisəni sabiq Milli Təhlükəsizlik Nazirliyi edib, sadəcə, başıma gələnləri danışıram..."

Xatırladaq ki, sözügedən faciə ilə bağlı həbs olunanların arasında ən ağır cəza Miryusif Mahmudova kəsilmişdi. Belə ki, binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına, qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqda ittiham olunaraq, barəsində 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələrilə 8 il azadlıqdan məhrum edilmişdi.

Ancaq ictimaiyyəti bu işdə əsas günahkarın Miryusif Mahmudov olduğuna inandırmaq mümkün olmadı.

Maraqlı bir məqam isə odur ki, neçə gündür M.Mahmudovun guya azadlığa çıxması xəbərləri dövriyyəyə buraxılıb. Azərbaycanda həbsdə olan məşhur arestantların azadlığa çıxması xəbərləri tez-tez yayılır. Belə xəbərlər adətən əks effekt verir. Hətta haqqında “azadlığa buraxılıb” xəbəri yayılan şəxs bəzən heç azad edilmir, bu bir şayiə olur. Bunu 10 ildən artıq MTN kimi bir quruma rəhbərlik edən Eldar Mahmudovun, onun komanda üzvlərinin bilməməsi mümkün deyil. Miryusif Mahmudov haqda bu səpkili xəbərlərin məhz sabiq nazirin çevrəsindən ictimaiyyətə ötürüldüyünü iddia etmirik. Sadəcə, belə üsullarla qərar verən şəxslərin haqqında bəhs olunan arestantlara qarşı münasibətinin hansı formada dəyişilməsi də maraq kəsb edir.

Yada salaq ki, bir müddət əvvəl mətbuatda elə Eldar Mahmudovun həbsdəki dəstə üzvlərinin də azadlığa çıxması haqda xəbərlər tirajlanmışdı. Bu, sanki bir nəbz yoxlaması kimi məqsədli şəkildə mediaya sızdırılır və demək olar ki, bütün hallarda media da vicdanlı yanılma anlayışı ilə bu xəbərləri dərc edir.

Bu baxımdan Miryusif Mahmudovun azadlığa çıxması xəbərinin də onun uzun müddət həbsdə saxlanılmasına hesablanan bir məlumat olmasını istisna etmək olmaz.
“Yeni Müsavat”
7-12-2018, 15:40
Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı – 30 milyonu ölkədən kimlər, necə çıxarıblar?
6-12-2018, 21:46
Eldar Yunusov:Azərbaycan yüksək sürətlə inkişaf edir
29-11-2018, 14:31
Prezident İlham Əliyev Tahir Salahova telefonla zəng edib
10-11-2018, 12:00
Azərbaycanda həbsxana psixoloqları hazırlanır
9-11-2018, 13:25
"Onlar arasında ziddiyət yaranmamalıdır" - Eldar Əzizov
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
20-07-2026, 12:58
Biləcəridə hoteldə meyit tapılıb
20-07-2026, 12:32
İranda 5 dəqiqədə 2 güclü zəlzələ...
20-07-2026, 12:14
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
20-07-2026, 12:11
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 11:30
Neft qiymətləri kəskin dönüş etdi
20-07-2026, 11:29
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş
20-07-2026, 11:26
Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək
18-07-2026, 23:21
Bu ölkə tamamən boşaldılır