MİLLİ MƏCLİSİN SƏDRİ SAHİBƏ QAFAROVA: “AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA MÖVCUD OLAN BİRLİK BİZƏ GƏLƏCƏYİMİZİ DƏ BİRGƏ QURMAĞA İMKAN VERİR”
Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 10-dan Türkiyədə rəsmi səfərdədir. Bu, Milli Məclisin Sədri Sahibə Qafarovanın parlament sədri kimi ilk xarici səfəridir. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Sevil Mikayılova, Fazil Mustafa, Elşən Musayev, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Ankaranın Esenboğa hava limanında nümayəndə heyətimizi Türkiyə Böyük Millət Məclisinin Sədr müavini Süreyya Sadi Bilgiç və digər rəsmi şəxslər qarşılayıblar.
Həmin gün Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyənin ticarət naziri xanım Ruhsar Pekcan ilə görüşüb.
Azərbaycan parlament nümayəndə heyətini Türkiyədə salamlamaqdan məmnunluq duyduğunu deyən xanım nazir bildirdi ki, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4,4 milyard dollar olub. Lakin bu rəqəm iki ölkənin gerçək potensialını əks etdirmir və məqsədimiz ticarət dövriyyəmizi daha da artırmaqdır.
Xanım nazir bildirdi ki, hədəfimiz Azərbaycanla Sərbəst Ticarət Anlaşması imzalamaqdır. Ruhsar Pekcan pandemiya səbəbindən Türkiyənin Orta Asiyaya İran üzərindən daşımalarda çətinlik yarandığını və bu səbəbdən Gürcüstan-Azərbaycan-Xəzər istiqamətinin daha da önəm qazandığını diqqətə çatdırdı.
Qadın sahibkalığının inkişafı barədə danışan Ruhsar Pekcan bununla bağlı Türkiyədə görülən işlərdən danışdı. O, qadın kooperativlərini gücləndirmək üçün yeni bir proqram başlatdıqlarını və qadınların iş həyatında daha çox yer tutması üçün layihələr həyata keçirməyə davam etdiklərini bildirdi. Qeyd etdi ki, “qadın güclənərsə, ailə güclənər, iqtisadiyyat güclənər.”
Türkiyənin Naxçıvanla əlaqələrinə də toxunan Ruhsar Pekcan diqqəətə çatdırdı ki, Naxçıvan Azərbaycanın bizə əmanətidir və Naxçıvanla ticarət əlaqələrinin inkişafına xüsusi önəm veririk. Ümumiyyətlə, Azərbaycanla işbirliyimizdən məmnunuq və daha böyük ticarət dövriyyəsinə imza atacağımıza inanırıq.
Səmimi qəbul üçün təşəkkür edən Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, bu onun ilk rəsmi səfəridir. Türkiyə bizim üçün doğma ölkə olduğu üçün Azərbaycanın ən yüksək vəzifəli şəxsləri ilk səfərlərini Türkiyəyə həyata keçirirlər. Türkiyə tərəfdən də bu belədir. Biz “bir millət, iki dövlətik”. Bu sözləri ulu öndər Heydər Əliyev deyib. Düşünürəm ki, doğrudan da bu sözlərin arxasında çox böyük həqiqət var. Çünki dilimiz, dinimiz, mədəniyyətimiz, tariximiz də birdir. Eyni zamanda, bizim dilimizdə, mədəniyyətimizdə olan birlik bizə gələcəyimizi də birgə qurmağa imkan verir.
İki ölkə arasındakı iqtisadi münasibətlərə toxunan Milli Məclisin Sədri bildirdi ki, Türkiyə və Azərbaycan bu gün region üçün çox böyük işlər görür. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars dəmiryolu layihələri buna misal ola bilər. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi türkdilli ölkələri birləşdirən bir dəmiryoludur və onu yalnız Qəqim İpək Yolu ilə müqayisə etmək olar. Hazırda iqtisadi münasibətlərimiz yüksək səviyyədədir. Pandemiya şəraiti olmasına baxmayaraq, bu ilin 6 ayı ərzində qarşılıqlı ticarət dövriyyəmiz 2 milyard dolları keçmişdir.
Milli Məclisin sədri həm Türkiyədə, həm də Azərbaycanda qadınlara verilən dəstəkdən danışaraq qeyd etdi ki, hansı cəmiyyətdə qadın azaddırsa, yaxşı təhsili varsa, o cəmiyyət inkişaf edəcək.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparıldı.
8-09-2020, 12:55
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti ilk rəsmi səfərini Türkiyə Respublikasına edəcək
5-09-2020, 16:55
AZƏRBAYCAN-PAKİSTAN PARLAMENT SƏDRLƏRİNİN VİDEOKONFRANS FORMATINDA GÖRÜŞÜ OLUB
24-07-2020, 20:54
Milli Məclisinin sədri Sahibə Qafarova Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib
11-06-2020, 16:08
İlk dəfə Milli Məclisdə beynəlxalq parlament təşkilatları üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirilib
31-05-2020, 12:47
Milli Məclisin sədri deputatlara irad bildirib
29-05-2020, 19:14
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop Azərbaycan Respublikası Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib
Bugün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
20-07-2026, 12:58
Biləcəridə hoteldə meyit tapılıb
20-07-2026, 12:32
İranda 5 dəqiqədə 2 güclü zəlzələ...
20-07-2026, 12:14
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
20-07-2026, 12:11
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 11:30
Neft qiymətləri kəskin dönüş etdi
20-07-2026, 11:29
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş
20-07-2026, 11:26
Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək