Azərbaycan dövlətinin təhsil strategiyası ən müasir təhsil müəssisələrinin yaradılması, vətəndaşların keyfiyyətli təhsillə təmin edilməsidir - Deputat
Müasir dövrdə Azərbaycanın müstəqil dövlət kimi inkişafını səciyyələndirən əsas cəhətlərdən biri də təhsilin keyfiyyətcə yeni səviyəyə keçməsidir. Bunun əsas səbəbi Prezident İlham Əliyevin təhsili Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biri kimi “maddi dəyərlərin, iqtisadi potensialın insan kapitalına çevrilməsi” siyasətini gerçəkləşdirməsidir.Bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
B.Əliyevin sözlərinə görə, Prezidentin təhsilə olan xüsusi diqqəti, qarşıya qoyulan vəzifələrin ardıcıl surətdə həlli, təhsil sahəsində genişmiqyaslı dövlət proqramlarının təsdiqi və icrası, həyata keçirilmiş islahatlar keyfiyyətli təhsilin maddı-texniki bazasını və kadr potensialını möhkəmləndirib:
"Eyni zamanda qeyd etməliyik ki, Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri, Heydər Əliyev Fondunun gerçəkləşdirdiyi layihələr müasirləşən Azərbaycanın müasir məktəblərlə təmin edilməsində əvəzsiz rol oynamışdır və bu işlər bu gün də davam etdirilir. Məsələn, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı şəhərində yerləşən ali məktəblərdə təhsil alan tələbələr üçün dövlət-özəl tərəfdaşlığı əsasında 100 faiz özəl sektorun vəsaiti hesabına 800 yerlik müasir yataqxana kompleksinin tikilib istifadəyə verilməsi də həm bir ilkdir, həm də təhsilin inkişafına növbəti töhfədir.
Xalqımızın bu günü və gələcəyi üçün görülən bu işlər xalq tərəfindən yüksək dəyərləndirilir. Bu münasibət həm Prezident İlham Əliyevə, həm də Birinci vitse-prezident Mehriban xanıma ünvanlanan çoxsaylı məktublarda, onlarla görüşlərdəki çıxışlarda da ifadə edilir. Prezidentə İlham Əliyevə və Mehriban xanım Əliyevaya xalqın böyük inamı və etimadı var. Açığı xalqın Mehriban xanım Əliyevaya olan böyük məhəbbəti, səmimiyyəti həm də onda özünü göstərir ki, xalq ona daha çox rəsmi deyil, məhz ən dogma bir insan kimi “bizim Mehriban xanımımız” deyə müraciət edir.
Son 17 il ərzində təhsilin inkişafı üçün çox sayda dövlət proqramları hazırlanıb həyata keçirilmişdir. Prezidentin təşəbbüsü ilə hazırlanmış və 2013-cü il oktyabrın 24-də təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsil sahəsində islahatların yeni mərhələsi oldu. Bu strategiyaya uyğun olaraq əsas 5 strateji istiqamətdə - məzmun, müəllim, idarəetmə, infrastruktur və maliyyələşmə istiqamətləri üzrə islahatlar həyata keçirilib.
2009-2019-cu illər ərzində “Təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Elm haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmişdirş. Bununla da təhsilin inkişafının qanunvericilik əsasları möhkəmləndirilmiş, təhsiverənlərin və təhsilalanların hüququları, social müdafiəsi təmin edilmişdir.
Təhsildəki uğurlarımız, yüksək inkişaf bütün sahələrdə islahatların daha da dərinləşməsinin nəticəsidir. Qazanılmış uğurları əks etdirən bir neçə fakta nəzər salaq. Son illərdə məktəbəhazırlılığın əhatəliliyi səviyyəsi əsaslı şəkildə artıb və 2020-ci ildə 90 faizə çatdırılması hədəf olaraq seçilib; beynəlxalq və respublika fənn olimpiadalarının iştirakçılarının sayı, təxminən, 5 dəfə artıb; bütün fənlər üzrə şagirdlərin buraxılış imtahanlarının nəticələri 17 faiz artıb; son 5 il ərzində şagird müəllim nisbəti xeyli artıb; 500 və daha artıq bal toplayıb müəllimlik ixtisasını seçənlərin sayı 6 dəfə artıb; son 5 ildən çox müddətdə 600-dən çox, 2003-2020-ci illər ərzində isə 3500-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib; ilk dəfə olaraq ucqar kəndlərdə modul tipli məktəb təcrübəsi tətbiq edilib və 2017-2018-ci illərdə 243 belə məktəb şagirdlərin istifadəsinə verilib; yeni 200 yaxın modul tipli məktəbin də istifadəyə veriləcəyi nəzərdə tutlur. Həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb.
Azərbaycan Prezidentinin imzaladığı Sərəncama əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu il martın 1-dən 16 min vahid artırılıb. Təqaüd alan tələbələrin sayının 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulub. Bununla yanaşı, doktorantlara, ali, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği də orta hesabla 20 faiz artırılıb. Bu tədbirlər 110 mindən çox tələbəni və doktorantı əhatə edib. Eyni zamanda, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi yerləri 66 faiz artaraq 12300-dən 20500-ə çatdırılıb və ümumi qəbul planının 42 faizini təşkil edib. Ötən il bu göstərici 27 faiz təşkil edirdi.
Prezident İlham Əliyevin təsdiq etdiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ali təhsilin inkişafında xüsusi yeri olacaqdır. Belə ki, bu proqramda həm ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, həm də xaricdə doktorantura təhsili vasitəsilə elmi kadrların hazırlanması nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 4-də ADA Universitetinin iki yeni korpusunun, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yenidən inşa edilmiş 3 saylı tədris korpusunun, Prezident İlham Əliyevin 251 nömrəli məktəbin açılışında iştirakları, növbəti təhsil müəssisələrinin infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür.
Azərbaycan dövlətinin təhsil siyasəti bu gün də uğurla davam edir. Dünyanın və cümlədən də ölkəmizin pandemiya şəraitində yaşamasına, maliyyə çətinliklərinin olmasına baxmayaraq, Prezident İlham Əliyev verdiyi vədlərə əməl edir, heç bir layihə təxirə salınmır, əhalinin sağlamlığı və sosial müdafiəsi tam qorunur, təhsil sahəsi isə prioritet olaraq qalır. Son günlər istər yeni ali məktəb korpuslarının açılışı, istərsə də orta məktəb binalarının istifadəyə verilməsi, xüsusilə də bu açılışlarda prezidentin və birinci xanımın şəxsən iştitakı təhsilə göstərilən qayğının bariz nümunəsidir.
2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 574 206 şagirdin ümumilikdə 4 440 məktəbdə təhsil alacağı gözlənilir. Yeni dərs ilinin başlanması münasibətilə bütün müəllimləri, tələbə və şagirdləri təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq".
30-08-2020, 12:24
Qazaxıstan portalları Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti haqqında yazır
15-06-2020, 17:06
Sahibə Qafarovadan islahatlarla bağlı AÇIQLAMA
6-12-2018, 21:46
Eldar Yunusov:Azərbaycan yüksək sürətlə inkişaf edir
28-11-2018, 13:22
Prezident: Qazanılan uğurlar Azərbaycan müəlliminin əməyinin bəhrəsidir
28-11-2018, 13:21
Baş nazirin müavini: "Təhsil sahəsində hələ də neqativ hallar var"
5-11-2018, 18:32
Təhsil naziri: "Azərbaycanda 6 minə yaxın xarici tələbə təhsil alır"
Dün, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
Dün, 23:03
Sabah 40 dərəcə isti olacaq
Dün, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
Dün, 23:00
Putin İlham Əliyevə zəng etdi
Dün, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
Dün, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
Dün, 22:53
Ronaldo serialda rol alacaq
Dün, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
Dün, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
Dün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...