Hacıbala Abutalıbov: "Xəyanətin astanasından xəyanətkarlığın zirvəsinə doğru"
Siyasət
Oxunub: 163
25 Ağu 2020 | 11:39
Hacıbala Abutalıbov: "Xəyanətin astanasından xəyanətkarlığın zirvəsinə doğru" Elə cinayətlər vardır ki, onlar heç zaman bağışlanılmır, bu cinayətlər millətə, vətənə və dövlətə qarşı edilən xəyanətlərdir. (Aleksandr Düma)
İnsanları yaxşı tanımağın en düzgün ani onlardan ayrılarkən baş verir. Çünki o vaxt saxta üzlər tez üzə çıxır. (Anton Çexov)


Müasir dünyanı, həmçinin Azərbaycanı bürüyən qlobal transformasiyalar və neqativ çağırışlar dövründə, eyni zamanda pandemiyanın tüğyan etdiyi bir şəraitdə ciddi karantin rejiminin tətbiq edilməsinə baxmayaraq, bəzi yüksək rütbəli məmurlar, o cümlədən Azərbaycan Respublikası Prezident Administrasiyasının keçmiş rəhbəri
Ramiz Mehdiyev tutduqları vəzifələrdən sui-istifadə edərək, qanunların aliliyinə məhəl qoymur, onları istədikləri kimi tapdalayır və pozurlar. Buna misal olaraq Ramiz Mehdiyevin bu yaxın günlərdə karantin qaydalarına zidd olaraq dəbdəbəli və təmtəraqlı şəraitdə bir çox vəzifəli, eləcə də vəzifədən uzaqlaşdırılmış keçmiş məmurların iştirakı ilə nəvəsinə toy etməsi hadisəsinə münasibət bildirməyimizi bir vətəndaş olaraq özümüzə borc bilirik. Açığı, kütləvi informasiya vasitələrində bu xoşagəlməz hadisənin işıqlandırılması Azərbaycan vətəndaşlarının əksər təbəqələrində Ramiz Mehdiyevə qarşı dərin nifrət və ikrah hissini oyatmış, xalqın böyük əksəriyyətinin qəzəbinə səbəb olmuşdur.
Dünya praktikasında qəbul olunmuş etik davranış qaydalarına görə istənilən yüksək rütbəli vəzifə sahibləri başqalarına öz əməli fəaliyyəti ilə nümunə olmalı, şəxsi mənəvi və əxlaqı keyfiyyətləri ilə işlədiyi sferada qanunun aliliyini təmin etməlidirlər. Təəssüf hissi ilə də olsa, qeyd etməliyik ki, Ramiz Mehdiyevin və onun ətrafının bu qanuna zidd olan hərəkətləri nəinki milli həmrəyliyin, insanlar arasındakı sosial bərabərliyin möhkəmlənməsinə xidmət etmir, əksinə, hakimiyyət iyerarxiyasında təmsil olunan məmurların özbaşınalığı, xalqdan ayrı düşməsi kimi mənfi təsəvvürlər yaradır. Bu isə son nəticədə əsası Ulu Öndər Heydər Əliyevimiz tərəfindən qoyulmuş və bu gün də ölkə başçımız cənab İlham Əliyevimiz tərəfindən ictimai həyatımızın bütün istiqamətləri üzrə uğurla aparılan dövlətçilik məfkurəsinin, müstəqil daxili və xarici siyasətimizin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, dərin zəka sahibi Mehriban xanımımızın gələcək xoşbəxt Azərbaycan dövlətçiliyinin yaranması üçün apardığı yorulmaz səylərinin, Qarabağ müharibəsi fonunda milli barışığa, eləcə də həmrəyliyin bərqərar olmasına böyük zərbə vuran bir addım kimi qiymətləndirilməlidir.
Cəmiyyətimizdə baş verən bütün bu deyilənləri və acı həqiqətləri məntiqi ardıcıllıqla təhlil süzgəcindən keçirərkən bugünkü günümüz və gələcək inkişafımız naminə qətiyyətlə bildirməliyik ki, milli müstəqilliyimizi, eləcə də dövlətçiliyimizi qorumaqdan ötrü ayrı-ayrı kimliyindən, mənliyindən, tutduğu vəzifəsindən və partiya mənsubiyyətindən asılı olmayaraq, xalqa, millətə qarşı sayğısızlıq, hörmətsizlik edən ikiüzlü, insan libasında gəzən, əfi ilan dərisində sürünən riyakar adamlar tərəfindən atılan qərəzli, məkrli addımların qarşısı birmənalı şəkildə alınmalıdır. Təəssüf hissi ilə də olsa, göstərməliyik ki, bəzi məmurlar yüksək vəzifələrdə işləyərkən dövlətin onlara etibar etdiyi səlahiyyətlərdən sui-istifadə edərək, xalqla dövlət arasında uçurum yaradır. Bu, həm də təbii olaraq sadə insanlarda məmurlara qarşı istehza və nifrət hisslərini gücləndirir. Bu məmurların çirkin əməlləri sayəsində qeyri-qanuni yollarla əldə etdikləri maddi-mənəvi sərvətlər və titullar dövlət tərəfindən araşdırılaraq öz hüquqi qiymətini almalıdır. Şübhə etmirik ki, xalqın səbr kasasını daşıran bu tip adamlar öz layiqli cəzalarını alacaqlar. Əks halda, əldə etdiyimiz uğurlar tərəqqiyə deyil, tənəzzülə doğru yuvarlana bilər. Bu mənada qədim yunan filosofu Platonun təbirincə desək, “Dövləti sırtıq uşaqlar və həyasız qocalar idarə edəndə haqq-ədalət, şərəf və ləyaqət tərəzisi pozulur” və görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin "Qorxuram dünyaya bir zaman gələ, insanlar yaşaya, insanlıq ölə" kəlamları bu günümüzün acı həqiqətləri ilə həmahəng səslənir.

P.S. Mən nankorluğu lənətləyərkən, yaxşı tanıdığım insanları hər gün tanımaq istəyirəm. Nankor insanların səlahiyyət kürsüsündə bir daşı artdıqca, kişilik kürsüsündən bir daş aşağı düşür.

Hacıbala Abutalıbov
YAP İdarə Heyətinin üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor
25-08-2020, 10:25
Ramiz Mehdiyev və kürəkəni bu hadisədən bir nəticə çıxaracaqmı? - Deputat sərt danışdı
24-08-2020, 11:10
Siyavuş Novruzov: Ramiz Mehdiyev səhv məlumat verib, bizi aldatdı
22-08-2020, 14:52
Karantin rejimini kobud surətdə pozan DEPUTATA TÖHMƏT VERİLDİ
22-08-2020, 14:43
Vitse-spiker Adil Əliyevdən hadisə kimi açıqlama: "Heç kəs dövlətə meydan oxuya bilməz”
10-07-2020, 07:50
Saxta tibbi arayış verən həkimlərlərlə bağlı cinayət işi başlandı
7-04-2020, 19:38
Qərargah: Bəzi KİV xüsusi karantin rejimi qaydalarını pozaraq saxta vəsiqələr verir
Dün, 20:57
Dostunu diri-diri yandırdı: 20 dollara görə
Dün, 20:46
Bakıda kişi özünü turnikdən asdı
Dün, 20:42
Sərnişinin xuliqanlığına görə metroda qatarların hərəkəti yubandı
Dün, 20:35
"Barselona"nın keçmişq baş məşqçisi vəfat edib
Dün, 20:30
Qazaxıstanlı milyarder İngiltərə futbol klubunu aldı
Dün, 20:25
Dörd bürcü uğursuzluq və məyusluq gözləyir – XƏBƏRDARLIQ
Dün, 15:03
Madonna çimərlikdə 1,6 milyon insana pulsuz konsert verdi
Dün, 15:00
“Bayer” “Benfika”nın rekordunu təkrarladı
Dün, 14:59
Ronaldonun 2016-cı ildən bəri ən məhsuldar mövsümü
Dün, 14:50
“6 ay ayaqlayın gəzmişəm”- Çingiz Mustafayev
Dün, 14:47
Qar, leysan, güclü külək - Sabahın HAVASI
Dün, 14:42
Azərbaycanda Məhərrəmlik ayı BU TARİXDƏ BAŞLAYACAQ
5-05-2024, 19:14
Küçədə qadının boğazını kəsib öldürdü
5-05-2024, 19:11
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir
5-05-2024, 19:09
Trampın qızı mini ətəkdə ictimaiyyət qarşısına çıxdı
5-05-2024, 19:06
Runi futbol əfsanələri ilə işləyəcək
5-05-2024, 19:02
Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb
5-05-2024, 18:58
Hacıqabulda FACİƏ: 17 yaşlı qız qlzılcadan öldü
5-05-2024, 18:55
Başı örtülü model geyimi ilə hamını təəccübləndirdi
5-05-2024, 18:53
“Qarabağ”da yeni müqavilə
5-05-2024, 18:50
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
5-05-2024, 17:37
XƏBƏRDARLIQ- Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq
4-05-2024, 14:33
"iPhone 15 Pro Max" ucuzlaşdı
4-05-2024, 14:29
"Jirona" bu transferə görə Sequndaya düşəcək
4-05-2024, 14:25
Bakıda evdən qadın meyiti tapıldı
4-05-2024, 14:24
Ən çox içki içən uşaqların olduğu ÖLKƏ: Ən çox qızlar...
4-05-2024, 14:19
60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək
4-05-2024, 14:16
Alimlər küləkləri olan planet kəşf ediblər
4-05-2024, 14:13
Salyanda DƏHŞƏT: 22 yaşlı oğlan özünü asdı
4-05-2024, 14:11
Bakıda "cip" 5-10 km sürətlə kişini vurub öldürdü
4-05-2024, 14:09
Üç günlük hava ilə bağlı meteohəssas insanlara XƏBƏRDARLIQ
4-05-2024, 14:07
13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı
4-05-2024, 14:05
"Bavariya" və "Mançester Yunayted" baş məşqçilərini dəyişir
3-05-2024, 22:14
Dilan Polat həbsxanada özünü doğradı
3-05-2024, 22:12
"Bəziləri efirə özlərinə hədiyyə göndərirlər" – Nura Suri
3-05-2024, 22:09
Polis kapitanı faciəvi şəkildə öldü
3-05-2024, 22:07
Sürücü yol polisinə bıçaq çəkdi
3-05-2024, 22:04
İtkin düşən hamilə qadının meyiti tapıldı
3-05-2024, 21:57
"Mançester Yunayted"dəki gələcəyi ilə bağlı qərar verildi