AZƏRBAYCAN-UKRAYNA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR
Siyasət
Oxunub: 229
21 Ağu 2020 | 12:57
AZƏRBAYCAN-UKRAYNA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR Avqustun 20-də Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ukraynalı həmkarları ilə onlayn formatda görüşü keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev görüş iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycanla Ukrayna arasında uzun illərdir dostluq, qarşılıqlı əməkdaşlıq münasibətləri mövcuddur. Bu münasibətlər bu gün də uğurla davam etdirilir.
Dostluq qrupunun rəhbəri öz çıxışında deyib ki, əlaqələrimizin dərinləşməsində parlamentlərin xüsusi rolu var. Milli Məclisdə dünyanın müxtəlif ölkələri, o cümlədən Ukraynanın qanunvericilik orqanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. Bu baxımdan deputatlarımız arasında mütəmadi olaraq görüşlərin təşkili, müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi məqsədəmüvafiqdir. Eyni zamanda, beynəlxalq parlament qurumlarında əməkdaşlıq böyük əhəmiyyət kəsb edir.
Rüfət Quliyev ölkəmizdə iqtisadi, sosial, humanitar, təhsil, mədəniyyət sahələrində müşahidə olunan dinamik inkişafdan, aparılan islahatlardan söhbət açıb. Bu sahələrdə iki ölkə arasında əməkdaşlığın inkişafının əhəmiyyətli olduğunu söyləyib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin son 7 ay ərzində 519 mln ABŞ dolları təşkil etdiyini dedi.
Diqqətə çatdırılıb ki, bu gün Ukraynada 550 mindən çox azərbaycanlı yaşayır. Onlar ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Azərbaycanlı tələbələr Ukraynanın bir sıra təhsil ocaqlarında müxtəlif elmlərə yiyələnirlər. Eyni zamanda, Azərbaycanda 30 minədək ukraynalı yaşayır və fəaliyyət göstərir. Xalqlarımız arasında tolerant, qarşılıqlı hörmət münasibətləri mövcuddur.
Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun həmsədri Vladimir Kreydenko bildirib ki, ölkəsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Bu baxımdan parlamentlər səviyyəsində əməkdaşlıq əhəmiyyətli rol oynayır. İki ölkənin qanunvericilik orqanları arasında münasibətlərin genişləndirilməsindən danışan qonaq, deputatların həm ikitərəfli qaydada, həm də beynəlxalq səviyyədə əməkdaşlığının vacibliyini vurğulayıb. Qeyd edilib ki, Ukrayna parlamentində fəaliyyət göstərən Azərbaycanla dostluq qrupu ən böyük qrup hesab olunur. Qrupun tərkibində 51 deputat təmsil olunub. Bu, Ukrayna xalqının Azərbaycana olan münasibətinin bariz nümunəsidir. İki ölkə arasında bütün sahələrdə əlaqələrin genişləndirilməsi üçün potensial imkanlar mövcuddur.
Görüşdə Azərbaycan Respublikasının Xarkov şəhərində Fəxri konsulu Əfqan Salmanov, Milli Məclisin deputatları Əli Məsimli, Emin Hacıyev, Elman Nəsirov, Razi Nurullayev, ukraynalı deputatlar Aleksandr Feldman, Qabriel Mixaylov, Xarkov Şəhər Şurasının nümayəndəsi Viktor Rud, Xarkov Milli Universitetinin Beynəlxalq Təhsil İnstitutunun direktoru Aleksey Navrotski çıxış ediblər.
Müzakirələrdə iki ölkə arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi, iqtisadi, mədəni, humanitar, sosial, təhsil sahələrində münasibətlərin gələcək inkişaf perspektivləri, regional münaqişələrin həlli, koronovirus pandemiyası ilə mübarizə və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Ukrayna ilə dostluq qrupunun üzvləri Anar Məmmədov, Cavid Osmanov, Naqif Həmzəyev, Müşfiq Məmmədli, habelə, Xarkov Vilayət Şurasının sədri Sergey Çernov və digər rəsmi şəxslər iştirak ediblər.
AZƏRBAYCAN-UKRAYNA ƏLAQƏLƏRİ İNKİŞAF EDİRAZƏRBAYCAN-UKRAYNA ƏLAQƏLƏRİ İNKİŞAF EDİRAZƏRBAYCAN-UKRAYNA ƏLAQƏLƏRİ İNKİŞAF EDİRAZƏRBAYCAN-UKRAYNA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR
10-07-2020, 13:14
Jalə Əliyeva Meksika Birləşmiş Ştatları Senatının Azərbaycanla dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubio ilə onlayn görüş keçirib
19-06-2020, 23:46
Millət vəkili Qənirə Paşayeva cənab Məhəmməd Talha Mahmud ilə video görüş keçirdi
11-06-2020, 15:59
Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüş keçirildi
11-06-2020, 11:36
MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
22-04-2020, 22:13
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında iki məsələ müzakirə olunub
27-12-2018, 13:37
Parlamentin Dostluq Qruplarının yeni rəhbərləri seçiləcək
Bugün, 14:33
"iPhone 15 Pro Max" ucuzlaşdı
Bugün, 14:29
"Jirona" bu transferə görə Sequndaya düşəcək
Bugün, 14:25
Bakıda evdən qadın meyiti tapıldı
Bugün, 14:24
Ən çox içki içən uşaqların olduğu ÖLKƏ: Ən çox qızlar...
Bugün, 14:19
60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək
Bugün, 14:16
Alimlər küləkləri olan planet kəşf ediblər
Bugün, 14:13
Salyanda DƏHŞƏT: 22 yaşlı oğlan özünü asdı
Bugün, 14:11
Bakıda "cip" 5-10 km sürətlə kişini vurub öldürdü
Bugün, 14:09
Üç günlük hava ilə bağlı meteohəssas insanlara XƏBƏRDARLIQ
Bugün, 14:07
13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı
Bugün, 14:05
"Bavariya" və "Mançester Yunayted" baş məşqçilərini dəyişir
Dün, 22:14
Dilan Polat həbsxanada özünü doğradı
Dün, 22:12
"Bəziləri efirə özlərinə hədiyyə göndərirlər" – Nura Suri
Dün, 22:09
Polis kapitanı faciəvi şəkildə öldü
Dün, 22:07
Sürücü yol polisinə bıçaq çəkdi
Dün, 22:04
İtkin düşən hamilə qadının meyiti tapıldı
Dün, 21:57
"Mançester Yunayted"dəki gələcəyi ilə bağlı qərar verildi
Dün, 21:53
Bacısının yuxusu gerçək oldu, lotereyada 837 min uddu
Dün, 21:49
Norveçli keçmiş deputat ukraynalı döyüşçü ilə evləndi
Dün, 21:47
Avropanın ən aşağı büdcəli aviasiya şirkəti
Dün, 21:43
Əfsanəvi qapıçının dramı: Qumar oynadı, müflis oldu və...
2-05-2024, 15:30
Körpə yeməkdən sonra qusub öldü
2-05-2024, 15:19
Bu peşələr demensiya riskini artırır
2-05-2024, 15:13
"YouTube"da ən çox baxış rekordu: Castin Biberi üstələdilər
2-05-2024, 15:08
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib
2-05-2024, 15:05
Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ
2-05-2024, 14:56
İranlı narkotacir polisdən qurtulmaq üçün özünü binadan atdı
2-05-2024, 14:53
Alimlər Ayda su ehtiyatları tapdılar
2-05-2024, 14:51
Sərxoş ər-arvad evdə donub öldü
2-05-2024, 14:49
Qadın kişi meyiti tapdı, qatil öz oğlu çıxdı
29-04-2024, 21:45
Avtobus uçuruma düşdü,20-dən çox ölü var
29-04-2024, 21:42
Nazim Bəydəmirlinin məhkəməsi başladı
29-04-2024, 21:38
Həkim qadındırsa, xəstənin sağ qalma ehtimalı daha yüksəkdir
29-04-2024, 21:36
Kişinin gözündə onu əvəzolunmaz edən qadın vərdişləri
29-04-2024, 21:21
“Barselona”ya qayıtmaq istəyir
29-04-2024, 21:17
"Huawei" smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı
29-04-2024, 21:15
Lidersən, yoxsa yaradıcı - Şəxsiyyət testi
29-04-2024, 21:11
Maştağada 33 yaşlı kişi özünü asdı
29-04-2024, 21:10
Sabirabadda DƏHŞƏT: 11-ci sinif şagirdi özünü asdı