Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilib
Siyasət
Oxunub: 450
25 Haz 2020 | 11:24
Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilib Cinayət-Prosessual Məcəlləsinə bir neçə istiqamət üzrə dəyişikliklərlə bağlı təkliflər qəbul edilib.
Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişikliklərin ilk istiqaməti Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə verilmiş tapşırıqların icrası ilə bağlı tədbirlərin davam etdirilməsi ilə əlaqədardır.
Ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə həmin Fərmanda verilmiş tövsiyə və tapşırıqlara uyğun olaraq hazırlanmış Qanun layihəsinə aşağıdakı dəyişikliklər edilib:
- "Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təklif edilən dəyişikliklər;
- müasir informasiya-kommunukasiya texnologiyalarının üstünlüklərindən istifadə edilməklə, habelə xüsusi hallarda cinayət prosesinin videokonfrans əlaqə vasitəsilə davam etdirilməsini təmin edən dəyişiklikləri nəzərdə tutan yeni maddələrin əlavə edilməsi;
- məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsi.
Qeyd edilən istiqamətlər üzrə Cinayət-Prosessual Məcəlləyə təklif edilən dəyişikliklər bütövlükdə cinayət mühakimə icraatında innovativ üsullardan istifadə etməklə obyektivliyin və effektivliyin yüksəldilməsi, habelə məhkəməyə müraciət imkanlarının genişləndirməsi məqsədi ilə hazırlanıb.
Qanun layihəsində dəyişikliklərin ikinci istiqaməti cinayət mühakimə icraatında kassasiya şikayəti icraatının təkmilləşdirilməsindən ibarətdir. Eyni zamanda qeyd edilməlidir ki, layihə hazırlanarkən bütövlükdə Cinayət-Prosessual Məcəlləsinin hüquq normalarında dəqiqləşdirilmələr və uyğunlaşdırılmalar da aparılıb.
Qanun layihəsində dəyişikliklərin üçüncü istiqamətinə uyğun olaraq Cinayət-Prosessual Məcəlləyə Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraatın prosessual qaydalarını ehtiva edən yeni 59-cu fəslin əlavə edilməsi təklif edilir.
Bu Qanunun 2020-ci il iyul ayının 15-də qüvvəyə minməsi nəzərdə tutulub.
Qanun layihəsinin bir sıra maddələri apelyasiya instansiyası məhkəməsinin bu Qanun layihəsi qüvvəyə mindikdən sonra çıxarılmış yekun qərarlarına münasibətdə tətbiq olunacaq.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
7-06-2020, 12:33
Bu cinayətlərə görə həbs qərarı seçilməsin - Deputatdan TƏKLİF
1-06-2020, 15:59
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi
5-05-2020, 12:33
Milli Məclisin Mətbuat xidmətinin məlumatları
3-05-2020, 09:02
Karantin rejimi ilə bağlı məhkəmələr yeni qaydada keçiriləcək
28-04-2020, 23:07
HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ İCTİMAİ MÜZAKİRƏLƏR KEÇİRİLDİ
13-04-2020, 23:22
Cinayət Məcəlləsinə 200-dək dəyişiklik təklif olunur
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
20-07-2026, 12:58
Biləcəridə hoteldə meyit tapılıb
20-07-2026, 12:32
İranda 5 dəqiqədə 2 güclü zəlzələ...
20-07-2026, 12:14
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
20-07-2026, 12:11
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 11:30
Neft qiymətləri kəskin dönüş etdi
20-07-2026, 11:29
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş
20-07-2026, 11:26
Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək
18-07-2026, 23:21
Bu ölkə tamamən boşaldılır