Siyasətdə təsadüfi heç nə olmur
Siyasət
Oxunub: 414
20 Haz 2020 | 10:42
 Siyasətdə təsadüfi heç nə olmur Millət vəkili Nəsib Məhəməliyev

İyun ayının 18-də Şərq tərəfdaşlığı ölkələrinin videokonfrans formatında sammiti keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitin işində iştirak etmiş və öz çıxışında xalqımızı narahat edən əsas problem, Ermənistan-Dağlıq Qarabağ-Azərbaycan münaqişəsi, Avropa İttifaqı-Azərbaycan münasibətləri, ölkəmizin sosial-iqtisadi inkişafı, koronavirusla mübarizə və digər məsələlərə toxunmuşdur.
Sammitdə diqqətimi çəkən və düşünürəm ki, ölkəmiz üçün tale yüklü məsələlərin bəzi detallarını nəzərinizə çatdırmaq istərdim.
— Ölkə başçısı, Avropa strukturları rəhbərlərinin, İttifaqın üzv və Şərq tərədaşlığı proqramına daxil olan dövlətlərin başçılarının qarşısında bir daha Dağlıq Qarabağ probleminə toxunaraq, BMT, NATO, Avropa Parlamenti, ATƏT, Qoşulmama hərəkatı və digər beynəlxalq təşkilatların qəbul etdikləri hüquqi sənədləri ardıcıllıqla xatırlatdı. Ermənistanın işğalçı dövlət olduğu, müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayınaraq beynəlxalq hüquq prinsiplərini inkar etdiyini açıq şəkildə iştirakçıların nəzərinə çatdırdı.
Bəzən böyük siyasətlə məşğul olan dövlət başçılarının davranışları, intellekti, peşəkarlığı, mədəni səviyyəsi geniş ictimaiyyət tərəfindən müzakirə predmetinə çevrilir və nəticə etibarilə həmin şəxs barədə ictimai rəy formalaşdırılır. Liderin nə dərəcədə sistem yaratma qabiliyyətinə malik olması, mövcud qlobal çağırışlara cavab vermə potensialı olan dövlət xadimi statusuna uyğun gəlməsi tam açıqlığı ilə görünür. Ələlxüsus, bu təzadlıq son vaxtlar, Münhen Təhlükəsizlik konfransında, Soçi ,,Valday,, klubunda, MDB dövlət başçılarının Aşqabadda keçirilən sammitində Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışlarında özünü tam təsdiq etmiş oldu. Küçə ,,demokratı,, olan bu adam, etdiyi populist çıxışları, protokoldan kənar yersiz replikaları, ytopik ideyalara əsaslanan məhdud tarixi bilikləri və əxlaqi keyfiyyətləri ilə, belə yüksək tədbirlər üçün yad bir ünsür təəssüratı bağışlayır. Görünən odur ki, həmin tədbirlərdə iştirak edən dövlət başçıları da bu kəskin təzadı hiss edir və Ermənistanda kadr probleminin olduğunu dərk edirlər. Bu günki, erməni cəmiyyətində baş verənlər isə, Paşinyan hakimiyyətinə adekvatdır. Fikir verin, gündəlikdə olan məsələ, Avropa İttifaqı ilə Şərq tərəfdaşlığını əhatə edən ölkələr arası münasibətlərdən, koronovirus pandemiyası ilə mübarizədən gedir. Paşinyan isə, öz populist ampluasında, uzun illər əvvəl iki nəfər arasında baş vermiş cinayət hadisəsi ilə bağlı Avropa məhkəməsinin çıxardığı hökmü təhrif edərək, xəstə erməni təbliğatı aparır. Siyasi diskussiyada cənab İlham Əliyevin, erməni terrorçuları, rəsmi Yerevanın faşizm ideologiyasını rəsmi dövlət siyasətinə çevirdikləri barədə gətirdiyi əsaslı dəlillərin, tarixi faktların qarşısında aciz qalaraq, diqqəti aktual və qlobal məsələlərdən yayındırmağa cəhd edir. Yəni özü kimi cılız məsələlərlə, həlli vacib problemlərdən diqqəti yayındırmaq məqsədi güdür. Düşünürəm ki, cənab Prezidentin başladığı hücum diplomatiyası davam etdirilməli, düşmən hər addımda ifşa olunmalıdır.
— İkinci məsələ isə, son dövrlər Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərə tam aydınlıq gətirilməsidir. Bu barədə çox saylı şayiələr gəzirdi. Hər iki subyekt arasında, tərəfdaşlıq haqqında saziş 90% razılaşdırılmışdır və Avropa İttifaqı, ölkəmizin ərazi bütövlüyünü tanıyır. Azərbaycan, İttifaqın enerji təchizatında mühüm rol oynayır. Avropa İttifaqı, Azərbaycanın əsas ticarət müttəfiqi hesab olunur və gələcəkdə bu istiqamətdə çox böyük potensial mövcuddur.
— Üçüncü məsələ, ənnənəyə uyğun olaraq, Paşinyanın növbəti dəfə Avropa İttifaqından pul dilənməsi, Azərbaycanın isə, pandemiya ilə əlaqədar 29 ölkəyə və Ümumdünya səhiyyə təşkilatına göstərdiyi yardımlardır. Burada da hər iki ölkənin ümumbəşəri dəyərlərə, insanlığa verdiyi xidmət açıq şəkildə özünü biruzə verir.
Siyasətdə təsadüfi heç nə olmur. Hesab edirəm ki, cənab Prezidentin rəhbərliyi və şəxsi nümunəsi ilə aparılan siyasət, sistemli şəkildə ölkəmizin beynəlxalq səvyyədə daha da güclənməsinə səbəb olmaqla, xalqımızın sülhsevər mahiyyətini təbliğ edir.
19-06-2020, 23:50
Anar Məmmədov: Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində Prezident İlham Əliyev bir daha Ermənistanın işğalçılıq siyasətini ifşa etdi
19-06-2020, 23:30
Milli Məclisin Sədr müavini Adil ƏLİYEV : “Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir”
18-01-2019, 16:14
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiyanın köməyinə ümid bəsləyir
5-01-2019, 12:21
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması “Gate to Heaven” filminin prodüserlərinə etiraz məktubu ünvanlayıb
1-01-2019, 12:06
Prezident İlham Əliyev: Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib
1-01-2019, 11:56
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində prinsipial mövqeyimizdə qalırıq
Bugün, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
Bugün, 23:03
Sabah 40 dərəcə isti olacaq
Bugün, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
Bugün, 23:00
Putin İlham Əliyevə zəng etdi
Bugün, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
Bugün, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
Bugün, 22:53
Ronaldo serialda rol alacaq
Bugün, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
Bugün, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
Bugün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...