KOMİTƏDƏ HESABLAMA PALATASININ HESABATI DİNLƏNİLDİ
Aprelin 28-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası oldu. Gündəliyə 4 məsələ daxil edildiyini bildirən komitə sədri Tahir Mirkişili öncə Hesablama Palatasının 2019-cu il üzrə fəaliyyəti haqqında hesabat barədə məlumat verdi.Komitədə hesabatı təqdim edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov vurğuladı ki, sənəd qanunun tələblərinə uyğun hazırlanıb. Mütərəqqi təcrübə öyrənilib, hesabatda 2018-2020-ci illər üzrə qəbul edilmiş Strateji İnkişaf Planı ilə nəzərdə tutulmuş məqsədlərə dair tədbirlər, Hesablama Palatasının ötən ildəki həm nəzarət, həm də inzibati fəaliyyəti üzrə əsas nəticələr əks etdirilib.
Qeyd edildi ki, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının layihəsi, eləcə də dövlət büdcəsinin icrasıyla bağlı Milli Məclisdən daxil olan qanun layihələrinə dair Hesablama Palatasının verdiyi Rəylərdə həm icra, həm də layihə sənədləri ciddi təhlil edilib, mümkün risklər sadalanıb, problemlər göstərilib və onların aradan qaldırılması məqsədilə tövsiyələr verilib. Həmin tövsiyələrin 19-u büdcə qanunvericiliyi, 16-sı gəlirlərin inzibatçılığı, 18-i maliyyə inzibatçılığı və hesabatlılıqla bağlı olub.
Palata sədri məlumat verdi ki, 2019-cu ildə 47 audit və 6 analitik fəaliyyət həyata keçirilib. İlk dəfə olaraq 4 səmərəlilik auditi aparılıb. Hesabatda 43 maliyyə və uyğunluq auditinin nəticələri icmallaşdırılıb, yol verilən pozuntular təsnifləşdirilib. Ötən il Hesablama Palatası 561 nöqsan müəyyən edib. Əsas pozuntular büdcə qanunvericiliyi, dövlət satınalmaları, dövlət əsaslı vəsait qoyuluşları sahələrində baş verib. Mühasibat uçotu və hesabatlılıqla bağlı pozuntular da üstünlük təşkil edib.
Vüqar Gülməmmədov deputatlara həyata keçirilmiş nəzarət tədbirləri, müxtəlif büdcə və hesablara bərpa edilmiş vəsaitlər, nöqsanlara yol vermiş vəzifəli şəxslərə tətbiq edilən inzibati tənbeh tədbirləri, səmərəlilik auditləri nəticəsində aşkar olunmuş səmərəsiz xərclər və s. barədə də məlumat verdi.
Hesabat dinlənildikdən sonra komitədə müzakirələr aparıldı. Deputatlar Vahid Əhmədov, Vüqar Bayramov, Əli Məsimli, Aydın Hüseynov, Məşhur Məmmədov müsbət fikirlərini bildirdilər. Təkliflərini diqqətə çatdırdılar. İclasda iştirak edən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev fikirlərini bölüşdü. Çıxışlarda hesabatın təqdimatındakı yeniliklər və mütərəqqi cəhətlər xüsusi vurğulandı. Komitə sədri Tahir Mirkişili çıxışları yekunlaşdırdıqdan sonra Hesablama Palatasının sədri müzakirədə səslənmiş təkliflərə münasibət bildirdi, suallara cavab verdi.
Yekunda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi müsbət rəylə Hesablama Palatasının 2019-cu ildəki fəaliyyətinə dair hesabatı Milli Məclisin plenar iclasına tövsiyə etdi.
Sonra komitədə gündəlikdəki növbəti məsələlərə münasibət bildirildi. Yekdil qərarla “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisindən tranzit qaydası haqqında 1999-cu il 4 iyun tarixli Sazişdə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında”, “Azad ticarət zonasının yaradılması haqqında Sazişin iştirakçısı olan dövlətlər arasında dövriyyədə olan əmtəələrin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti qaydası haqqında 1999-cu il 8 oktyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədə” Protokolun təsdiq edilməsi barədə” və “1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyanın Sənaye nümunələrin mühafizəsinə dair” Protokolun təsdiq edilməsi haqqında qanun layihələri parlamentin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin Mətbuat xidməti
24-04-2020, 17:03
ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ
21-04-2020, 13:57
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib
8-04-2020, 16:46
Baş nazir Milli Məclisdə necə hesabat verəcək? - AÇIQLAMA
6-01-2019, 14:32
Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərin 1 442 495,1 manat olması proqnozlaşdırılır
28-12-2018, 12:42
Hesablama Palatasının nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
11-12-2018, 13:46
Hesablama Palatası və Dünya Bankı Qarşılıqlı Anlaşma Sazişi bağlayıb
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
20-07-2026, 12:58
Biləcəridə hoteldə meyit tapılıb
20-07-2026, 12:32
İranda 5 dəqiqədə 2 güclü zəlzələ...
20-07-2026, 12:14
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
20-07-2026, 12:11
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 11:30
Neft qiymətləri kəskin dönüş etdi
20-07-2026, 11:29
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş
20-07-2026, 11:26
Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək
18-07-2026, 23:21
Bu ölkə tamamən boşaldılır