ABŞ konqresmenləri Stiv Kohen və Stiv Şabot 20 Yanvar faciəsi ilə bağlı bəyanatlar veriblər

AZƏRTAC xəbər verir ki, ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun həmsədri qismində bəyanat verən konqresmen Stiv Kohen Azərbaycan tarixində ən dəhşətli faciələrdən olan Qanlı Yanvar hadisələrinin 29-cu ildönümünün yad edilməsi məqsədilə bəyanat verdiyini diqqətə çatdırır.
Bəyanatda bildirilir ki, 1990-cı il 20 yanvar gecəsi təqribən 26 minlik sovet ordusu tank və zirehli texnika ilə Azərbaycanın paytaxtı Bakı şəhərinə hücum edib. Həmin gecə sovet hərbçiləri silahsız azərbaycanlılara zor tətbiq edib, qadın və uşaqlar da daxil olmaqla dinc nümayiş iştirakçılarını fərq qoymadan atəşə tutub. Bu qəddar hərəkətlər nəticəsində 147 insan həlak olub, 800-ə yaxın insan yaralanıb, 841 nəfər həbs edilib, 5 nəfər isə itkin düşüb.
Konqresmen “Human Rights Watch” təşkilatının “Azərbaycanda Qara Yanvar” adlı hesabatına istinadən vurğulayır ki, Bakıya hücum zamanı ən ciddi insan hüquqları pozuntularına yol verilib. Belə ki, tibb işçilərinə, təcili tibbi yardım avtomobillərinə və hətta xəstəxanalara hücumlar edilib. Hesabatda sovet ordusu tərəfindən törədilmiş zorakılığın kollektiv cəza üsulu olduğu və Azərbaycan da daxil olmaqla SSRİ-nin digər ittifaq respublikalarındakı millətçilik hərəkatları üçün xəbərdarlıq kimi qiymətləndirildiyi Konqresin diqqətinə çatdırılır. Konqresmen Kohen Azərbaycanın müstəqilliyi uğrunda öz həyatlarını qurban verən şəxslərin ailələri ilə öz dualarını və kədərli düşüncələrini bölüşdüyünü bəyanatda xüsusi vurğulayır.
Qeyd edilir ki, strateji müttəfiq olan ABŞ və Azərbaycan regionda və dünyada ortaq maraqlara malikdirlər. Sonda konqresmen Kohen Azərbaycanda azad bazar iqtisadiyyatı və demokratiya istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.
Konqresin digər üzvü Stiv Şabot da bəyanatında 29 il əvvəl sovet qəddarlığı nəticəsində qətlə yetirilmiş insanları xatırlayıb, Azərbaycanın bu tarixi və faciəvi gününü yad edib.
Stiv Şabot bəyanatında 1990-cı ilin 20 yanvar gecəsi 26 minlik sovet qoşunlarının Bakı və ətraf ərazilərdə törədiyi cinayəti qeyd edir, bu faciənin Azərbaycan tarixinə və xalqın yaddaşına Qanlı Yanvar kimi həkk olunduğunu diqqətə çatdırır. Bu hücumu Azərbaycanda müstəqillik hərəkatını boğmağa və sovet ittifaqını qorumağa cəhd kimi dəyərləndirən Stiv Şabot bu faciənin Azərbaycanda və digər respublikalarda müstəqillik hərəkatlarına təkan verdiyini bildirib.
Bəyanatda, həmçinin məlumat verilir ki, Azərbaycan xalqının təzyiqləri ilə 1991-ci il avqustun 30-da "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Soveti Bəyannamə qəbul etdi. Həmin Bəyannaməyə müvafiq olaraq Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. 1991-ci ilin noyabrında etibarən Azərbaycanın müstəqilliyi tanınmağa başlanıb, gənc ölkənin müstəqilliyini tanıyan ilk ölkələrdən olan ABŞ 1992-ci il fevralın 28-də Azərbaycan ilə diplomatik münasibətlər quraraq mart ayında Bakıda səfirlik təsis etdi.
ABŞ və Azərbaycanın region üzrə ortaq maraq və məramlara malik olduğunu, ölkələrin xüsusilə enerji resurslarının inkişafı və təhlükəsizlik təhdidləri ilə mübarizə sahəsində əməkdaşlığını vurğulayan Stiv Şabot digər Konqres üzvlərini Azərbaycanın bu faciəvi gününü yad etməyə çağırıb.
Bəyanatların Konqresin rəsmi gündəliyində qeydiyyata alınmış ingilis dilində mətnləri ilə müvafiq olaraq https://www.congress.gov/116/crec/2019/01/23/CREC-2019-01-23-pt1-PgE75-4.pdf və https://www.congress.gov/116/crec/2019/01/23/CREC-2019-01-23-pt1-PgE81-4.pdf internet səhifələrində tanış olmaq mümkündür.
20-01-2019, 13:41
Şəhidlərimiz İsveçdə yad edilib
27-12-2018, 13:37
Parlamentin Dostluq Qruplarının yeni rəhbərləri seçiləcək
11-12-2018, 13:45
Heydər Əliyevlə bağlı Türkiyə və Gürcüstanda anım tədbiriləri keçiriləcək
29-11-2018, 14:33
Parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü: “Gürcüstandakı seçkilərdə xalqın gözləntilərinin doğrulmasını arzulayırıq”
5-11-2018, 18:31
Ermənistan iriçaplı pulemyotlardan Azərbaycanın mövqelərini atəşə tutub
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
20-07-2026, 12:58
Biləcəridə hoteldə meyit tapılıb
20-07-2026, 12:32
İranda 5 dəqiqədə 2 güclü zəlzələ...
20-07-2026, 12:14
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
20-07-2026, 12:11
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 11:30
Neft qiymətləri kəskin dönüş etdi
20-07-2026, 11:29
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş
20-07-2026, 11:26
Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək
18-07-2026, 23:21
Bu ölkə tamamən boşaldılır