Sevinc Fətəliyeva: Bütün diplomatik cəbhələrdə uduzan Ermənistanın təcrid vəziyyəti getdikcə dərinləşir
Siyasət
Oxunub: 518
13 Ock 2019 | 13:03
Sevinc Fətəliyeva: Bütün diplomatik cəbhələrdə uduzan Ermənistanın təcrid vəziyyəti getdikcə dərinləşir
Prezident İlham Əliyev yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycanın uğurla, sürətlə inkişaf etdiyini, keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələrin icra olunduğunu, ölkəmizin hərtərəfli dinamik inkişafının təmin edildiyini diqqətə çatdırdı. Dövlətimizin başçısı, həmçinin xarici siyasətdə, beynəlxalq müstəvidə əldə edilən uğurlardan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın qətiyyətli mövqeyindən, prinsipial siyasətindən bəhs etdi. Dövlətimizin başçısı keçən il Ermənistanda böyük dəyişikliklərin baş verdiyini, iyirmi il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejiminin süqut etdiyini də vurğuladı.

Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin iclasındakı çıxışını AZƏRTAC-a şərh edən Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, Ermənistanı 20 il ərzində idarə etmiş kriminal, hərbi xunta rejiminin çökməsi bir sıra məqamlara yenidən aydınlıq gətirmiş oldu. Əvvəla, bu, Azərbaycanın Ermənistanı regionda bütün geostrateji layihələrdən təcrid etmək siyasətinin nəticəsi və Ermənistanın işğalçılıq siyasətinin iflası idi. Ermənistan regionun lider dövləti olan, Avrasiyanın yeni nəqliyyat və enerji xəritəsini yaradan Azərbaycanın təşəbbüsü və liderliyi ilə gerçəkləşdirilən bütün layihələrdən kənarda qalıb. Bütün diplomatik cəbhələrdə uduzmaqda davam edən bu ölkənin bölgədə təcrid vəziyyəti getdikcə dərinləşir. Ona görə də Ermənistanın yeganə çıxış yolu işğalçı siyasətdən əl çəkməkdir. Digər məqam ondan ibarətdir ki, işğalçı ölkədə keçirilən növbədənkənar parlament seçkilərində Sarkisyan rejiminin tərəfdarları seçki baryerini belə aşa bilmədilər. Bu, vaxtilə Serj Sarkisyan hakimiyyətinin qeyri-legitim olduğunu, Sarkisyanın seçkiləri saxtalaşdırmaq yolu ilə hakimiyyətə gəldiyini bir daha göstərdi, eyni zamanda, müxtəlif beynəlxalq təşkilatların ikili standartlar siyasətini ifşa etmiş oldu. Avropa Parlamenti, Avropa Şurası kimi demokratik dəyərlərdən, ədalətdən danışan qurumlar isə ikili standartlara söykənərək obyektiv münasibət ortaya qoymamışdılar. Həmin qurumlarda təmsil olunan azərbaycanlı deputatlar dəfələrlə bu barədə məsələ qaldırmışdılar, lakin sözügedən təşkilatlar Serj Sarkisyan hakimiyyətinin qeyri-legitim olduğunu qəbul etmirdilər. Bu, ikili standartlara əsaslanan qeyri-obyektiv yanaşmanın bariz ifadəsi idi. Eyni zamanda, bu, sözügedən təsisatların erməni lobbisindən çirkli maliyyə almasının, Sarkisyan rejiminin yürütdüyü “konyak diplomatiyası” vasitəsilə müşahidə missiyalarının, müvafiq institutların ələ alınmasının nəticəsi idi. Yəni, işğalçı Ermənistana rəhbərlik edən kriminal rejim rüşvət vasitəsilə bir sıra siyasətçiləri satın alaraq seçki saxtakarlıqlarına, digər antidemokratik proseslərə görə tənqid və qınaq obyektinə çevrilməkdən xilas olmuşdular. Bu, qeyri-leqal və korrupsioner fəaliyyətin, işbirliyinin göstəricisidir. O səbəbdən bu məsələ müvafiq beynəlxalq təsisatlar tərəfindən ciddi şəkildə araşdırılmalı, kriminal rejimə öz dəstəyini vermiş “siyasətçi”lər məsuliyyətə cəlb edilməlidirlər.
14-01-2019, 14:12
Bu il ən azı yeddi min ailə özünüməşğulluq proqramından faydalanacaq
13-01-2019, 13:06
Hikmət Hacıyev: Ermənistanın “konyak diplomatiyası”nın maliyyə mənbəyini kriminal pullar təşkil edir
1-01-2019, 12:06
Prezident İlham Əliyev: Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib
1-01-2019, 11:56
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində prinsipial mövqeyimizdə qalırıq
25-12-2018, 14:36
Prezident: 2019-cu il Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
20-07-2026, 12:58
Biləcəridə hoteldə meyit tapılıb
20-07-2026, 12:32
İranda 5 dəqiqədə 2 güclü zəlzələ...
20-07-2026, 12:14
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
20-07-2026, 12:11
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 11:30
Neft qiymətləri kəskin dönüş etdi
20-07-2026, 11:29
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş
20-07-2026, 11:26
Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək
18-07-2026, 23:21
Bu ölkə tamamən boşaldılır