Erməni faşisti Njdenin Rusiyadakı xatirə lövhəsi kimə lazımdır?
Siyasət
Oxunub: 492
7 Ock 2019 | 10:14
Erməni faşisti Njdenin Rusiyadakı xatirə lövhəsi kimə lazımdır? Rusiyanın Armavir şəhərinin prokurorluğu şəhər əhalisinin Zəngəzurda və Dağlıq Qarabağda azərbaycanlıların kütləvi şəkildə öldürülməsində əli olan millətçi Qaregin Ter-Arutyunyanın (Njde) xatirə lövhəsinin ləğv edilməsi ilə əlaqədar müraciətini diqqətsiz qoyub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, xatirə lövhəsi 2012-ci ildə yerli erməni məbədinin ərazisində quraşdırılıb.

Mənbə bildirir ki, müraciətin diyar prokurorluğuna və Baş Prokurorluğa ünvanlanmasından bir il keçsə də, hələlik bir reaksiya yoxdur. "Hakimiyyət Üçüncü reyxə xidmət etmiş Njdenin xatirə lövhəsinin ləğvi məsələsinə barmaqarası baxır. Onun lövhəsi həmin faşist işğalçıları ilə vuruşmuş Sovet İttifaqı qəhrəmanlarının xatirə lövhələri ilə yanaşı asılıb", - mənbə əlavə edir.



Şəhər prokurorluğu sakinlərin müraciətini baxılmaq üçün Armavir şəhər administrasiyasına yollamaqla işini bitmiş hesab edib. Hətta müvafiq yoxlamanın keçirilib-keçirilməməsi belə məlum deyil.

Şəhər administrasiyasının da vəziyyətə yanaşması birmənalı deyil. Mənbə bildirir ki, xatirə lövhəsinin açılışında Armavir şəhər administrasiyasının rəhbərinin müşaviri Vladimir Pavlyuçenkov iştirak edib. Lakin 2017-ci ildə administrasiya bu məsələyə aidiyyatının olmamasını vurğulayıb və əlavə edib ki, lövhə özəl mülkiyyətin ərazisində yerləşir.

Lakin şəhər administrasiyası məsələni diqqətdən tam kənarda da qoymayıb. Rusiya Daxili İşlər Nazirliyinin Baş informasiya-analitik mərkəzinə sorğu göndərilib. Njdenin cinayət işi barədə qeydiyyat olduğu təqdirdə xatirə lövhəsi ləğv edilə bilərdi. Lakin nazirlikdən məlumat verilib ki, Njde barədə onlarda məlumat yoxdur.



Müraciətin müəllifləri aydınlaşdırıblar ki, Njde barəsində cinayət işinin qeydiyyat vərəqəsi Rusiya DİN-in Vladimir vilayəti üzrə idarəsindədir. Oradan isə məlumat verilib ki, erməni faşist 1948-ci ilin aprelində ittiham edilib və 25 il müddətinə həbs cəzasına məhkum olunub. 1955-ci ilin dekabr ayının 21-də Ter-Arutyunyan həbsxanada ölüb. Bildirilib ki, "ölmüş məhbusun vərəqəsinin surəti prokurorluğun müraciəti əsasında təqdim edilə bilər". Lakin prokurorluq bu istiqamətdə hər hansı iş görməyə tələsmir.

Mənbə bildirir ki, vəziyyətdən çıxış yolu yalnız daha yüksək instansiyalara Armavir şəhər prokurorluğu haqqında şikayət etməkdir. "Həmin vərəqənin surəti məhkəmədə əsaslı dəlil ola bilər", - "Krasnaya vesna" yazır.

Maraqlıdır ki, Armavir prokurorluğunun bu məsələdə fəaliyyətsizliyi barədə məqaləni dərc etmiş "Krasnaya vesna" nəşrinin təsisçisi erməni mənşəli rusiyalı siyasi xadim Sergey Kurginyandır.



Kurginyan daha öncə 1988-ci ildə Sumqayıt sakinlərinin "qətlə yetirilməsində" azərbaycanlıların deyil, beynəlxalq özəl qurumların muzdla tutulmuş nümayəndələrinin əli olduğunu bildirmişdi və bu bəyanat ermənilər üçün gözlənilməz olmuşdu. "Bu adamlar erməniləri öldürür, sonra bu işə azərbaycanlıları qoşurdular, sonra azərbaycanlıları öldürür və işə erməniləri qoşurdular. Daha sonra ermənilərlə azərbaycanlıları toqquşdurur və idarə olunan gərginlik başlayırdı. Biz bunların hamısını görmüşük, bunun arxasında nəyin durduğunu görmüşük", - Kurginyan deyirdi.

O, bu sözləri ötən ilin martında - Ermənistanda Sumqayıt hadisələrini "erməni genosidi" kimi qələmə vermək üçün növbəti cəhd edilərkən səsləndirmişdi.

Njde mövzusuna qayıdaraq bildirək ki, 2017-ci ilin sonlarında Rusiya Müdafiə Nazirliyinin rəsmi orqanı olan "Zvezda" telekanalı Njdenin qəhrəmanlaşdırılmasına görə rəsmi Yerevanı kəskin tənqid etmişdi. Erməni faşistinin abidəsinin açılışında Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyan şəxsən iştirak etmişdi.
28-12-2018, 13:15
Bakıda Müşfiqin abidəsi ucaldıldı
14-12-2018, 12:05
Rəşad Sadıqovdan erməni azarkeşə sərt reaksiya - VİDEO
11-12-2018, 13:45
Kanada azərbaycanlıları erməni təxribatı ilə bağlı ölkənin rəsmi qurumlarına etiraz ünvanlayıblar
4-12-2018, 14:27
“Azərbaycan Respublikası Xatirə Kitabı”nın xüsusi buraxılışının təqdimatı olub
12-11-2018, 12:46
6 aydan sonra barışdılar
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...