Vətən müharibəsinə həsr olunan “BİZ” tarixi-sənədli filminin təqdimatı olub
Mədəniyyət
Oxunub: 270
29 Haz 2021 | 10:39
Vətən müharibəsinə həsr olunan “BİZ” tarixi-sənədli filminin təqdimatı olub Silahlı Qüvvələr Günündə Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzinin C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə birgə istehsal etdiyi, Azərbaycanın Vətən müharibəsində şanlı Zəfərinə həsr olunan "BİZ" tarixi-sənədli filminin təqdimat mərasimi keçirilib.
İlk olaraq qapalı baş tutan filmin premyerasında mədəniyyət naziri Anar Kərimov, silahlı qüvvələrin müxtəlif qoşun növlərini və hərbi birləşmələrini təmsil edən zabit və əsgər heyəti, Müdafiə Nazirliyinin nümayəndələri iştirak ediblər.
Təqdimat mərasiminə Bakıda səfərdə olan Türkiyə, Rusiya və Avropanın aparıcı kino mütəxəssisləri, o cümlədən Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb.
Tədbirdə mədəniyyət naziri Anar Kərimov Silahlı Qüvvələr Günü münasibətilə əsgər və zabitlərimizi təbrik edərək deyib: “Bu gün Şuşamızda bayramınızı qeyd edirik, azad olunmuş torpaqlarımızda quruculuq işləri görülür. Qırx dörd günlük Vətən müharibəsində qardaş Türkiyə daim yanımızda oldu, həm mənəvi, həm də siyasi dəstək göstərdi. İndi bizim vəzifəmiz 44 günlük müharibədəki Qələbəmizi gələcək nəsillərə çatdırmaqdır.
Ermənilərlə mədəniyyət sahəsində savaşımız hələ davam edir. Məqsədimiz bu savaşda da qalib gəlmək və gücümüzü, birliyimizi dünyaya nümayiş etdirməkdir”.
Mədəniyyət naziri Bakı Media Mərkəzinə belə bir filmin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan iki ölkənin qardaşlığından, Vətən müharibəsində hərbçilərimizin şücaətindən söhbət açaraq Silahlı Qüvvələr Günü münasibətilə xalqımızı təbrik edib.
Sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olunub. Filmin ideya müəllifi və rejissoru, Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev ekran əsərinin ərsəyə gəlməsi ilə bağlı fikirlərini bölüşüb. Bildirilib ki, “BİZ” filmində Vətən müharibəsi dövründə 44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmancasına ön cəbhədə döyüşən Azərbaycan əsgəri ilə yanaşı, arxa cəbhədə onu dəstəkləyən vətənpərvər sadə vətəndaşların da ümumi Qələbədə oynadığı rol göstərilir. Həm əsgərlərimiz, həm də sadə vətəndaşların müharibə dövründə keçirdiyi mənəvi və psixoloji ruh yüksəkliyi, emosiyalar, hisslər, ortaya çıxan yeni müsbət cizgilər və ən əsası hər bir azərbaycanlının Qələbəyə sona qədər inam bəsləməsi filmdə öz əksini tapıb.
Filmdə, eyni zamanda müharibə dövründə fenomenə çevrilən, videosu və fotosu ən çox paylaşılan, ən çox müzakirə olunan sadə insanların müsahibələrinə də yer verilib. Müharibədə baş verən taleyüklü hadisələri məhz onlar və həmin anın şahidləri danışırlar, həmin vaxt keçirdikləri hissləri tamaşaçı ilə bölüşürlər.
Vurğulanıb ki, Azərbaycan Vətən müharibəsindən qalib ayrılmaqla öz gücünü və imkanlarını nümayiş etdirdi. Bu həm də Azərbaycan insanının – yəni “BİZ”lərin gücü idi. Hər bir azərbaycanlı mən yox, məhz “BİZ” deyərək ümumi Qələbədə öz tarixi rolunu oynadı.
Sonra ekran əsəri nümayiş olunub.
Qeyd edək ki, filmin prodüseri C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov, operatorları Əli Əliyev, Ziya Babayev, səs rejissoru Azad Vəliyev, redaktorları Ayaz Mirzəyev və İlham Bərxudar, montajçı Əsgər Rəhimovdur.
28-06-2021, 10:34
Türkiyə mədəniyyət nazirinin müavinin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş Ağdama səfər edib
25-05-2021, 11:51
Şuşa mədəniyyət və turizm məkanına çevriləcək - Nazir
22-02-2021, 10:26
İtaliyalı memarlar Zəfər muzeyinin hazırlanması işlərinə cəlb olunub
25-12-2020, 13:44
Vətən Müharibəsinə həsr olunan sənədli və bədii film çəkiləcək
29-10-2020, 10:19
Zəngilandakı məscidin tövlə kimi istifadə edilməsi islam dünyası üçün təhqirdir - Anar Kərimov
2-12-2018, 12:16
Daşkənddəki Diplomatiya Məktəbində təşkil edilən tədbirdə ölkəmiz də təmsil olunub
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
20-07-2026, 12:58
Biləcəridə hoteldə meyit tapılıb
20-07-2026, 12:32
İranda 5 dəqiqədə 2 güclü zəlzələ...
20-07-2026, 12:14
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
20-07-2026, 12:11
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 11:30
Neft qiymətləri kəskin dönüş etdi
20-07-2026, 11:29
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş
20-07-2026, 11:26
Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək
18-07-2026, 23:21
Bu ölkə tamamən boşaldılır