Nizami irsi dünya muzeylərində (miniatürlər əsasında)
Mədəniyyət
Oxunub: 393
3 May 2021 | 09:42
Nizami irsi dünya muzeylərində (miniatürlər əsasında) Nizami irsi dünya muzeylərində (miniatürlər əsasında)
Dünyada nə qədər kitab var belə,
Çalışıb,əlləşib gətirdim ələ.
Oxudum, oxudum sonra da vardım,
Hər gizli xəzinədən bir dürr çıxardım.

Nizami Gəncəvi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan mütəfəkkiri və dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə 5 yanvar 2021-ci ildə imzaladığı Sərəncama əsasən 2021-ci ili “Nizami İli” elan edilmişdir.
Nizami Gəncəvi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdən biridir. O, bütün dünyada humanist, mütəfəkkir şair kimi şöhrət qazanmışdır. Doqquz yüz ilə yaxındır ki, əsərləri dünya bədii söz xəzinəsinin incisi kimi bütün nəsillərin, eləcə də bizim mənəvi müasirimizdir. Nizami yaradıcılığı dərindən tədqiq olunduqca, öyrənildikcə, daha böyük tərbiyəvi əhəmiyyət kəsb edir. Bu baxımdan, şairin ədəbi irsinin tədqiqinə, təbliğinə və nəşrinə diqqəti artırmağı tələb edir.
Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan vermişdir. Bu baxımdan Nizami Gəncəvi irsinin geniş təbliği işində mədəniyyət ocaqlarının – muzeylərin üzərinə böyük vəzifə düşür.
Nizami Gəncəvi əlyazmaları demək olar ki, dünyanın ən mötəbər muzeylərində saxlanmaqdadır. Nyu-Yorkdakı Metropoliten muzeyi, Münhen, Dehli, Dublin, Kələküttə, Qahirə, Kopenhagen və s. muzeylərdə, Tehran Milli Kitabxanası, Paris kitabxanası, Vyana Milli kitabxanası, Oxford Qodlian kitabxanası, Kembric, Pəncab və Kabulda, Britaniya muzeyində, Nizami əlyazmalarına rast gəlmək olar. Sevindirici haldır ki, Nizaminin yaşayıb yaratdığı Gəncə şəhərinə 15 ölkədən şairin 870 illik yubileyi ilə əlaqədar olaraq 150 əlyazması gətirilmişdir. Nizami elə bir bitməz-tükənməz xəzinədir ki, nə qədər deyilib-yazılsa da sonu görünməyən bir laləzardır. Bu xəzinədən hamının istifadə etməsi vacibdir.
Nizami Gəncəvinin yaradıcılığı humanizmi və yüksək sənətkarlığı ilə Qafqaz, Yaxın Şərq xalqları ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, əsərləri dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur. Şairin əsərləri dünyanın bir çox xalqlarının dillərinə tərcümə olunmuş, Şərq incəsənətinin, xüsusilə miniatür sənətinin inkişafında mühüm rol oynamışdır. Əsərlərinin nadir əlyazma nüsxələri bir sıra şəhərlərin məşhur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır. Nizaminin Britaniya muzeyində saxlanılan 1539-1543-cü illərə aid əlyazmalarında, dövrün məşhur rəssamları Sultan Məhəmmədin, Mirzə əlinin, Mir Seyid Əlinin çəkdikləri miniatürlər həmin sənətin ən ulu zirvəsini təşkil edir.
1941-ci ildə anadan olmasının 800 illik yubileyi müharibə şəraitində Leninqradda (indiki Sankt-Peterburq) Dövlət Ermitajında qeyd edilmişdir.
Özbəkistan Əlyazmalar İnstitutunun nəzdində fəaliyyət göstərən zəngin muzeyinin ilk otağı klassik ustad Nizamiyə həsr olunub. Hətta Nəvai əlyazmasını əldə edən bu muzeydəki həmin otaqda Nizaminin şəkli, əsərlərindən illüstrasiyalar, ilk "Xəmsə" müəllifinə həsr olunan tablolar, döymə işləri, xalça, bədii yazılar, kitab vitrinləri və başqa eksponatlar vardır.
Nizaminin poemalarının xəttatlar tərəfindən köçürülən əlyazmalarını orta əsrin tanınan rəssam-naqqaşları böyük zövqlə miniatür və naxışlarla bəzəmişlər. Hazırda onlar dünyanın məşhur muzeylərində, kitabxanalarında, eləcə də şəxsi kolleksiyalarda qorunur. Əsərlərində rast gəlinən hikmətli sözlər və nəsihətlər dillər əzbəri olmuşdur. Nizaminin dahiliyini bütün bəşəriyyət tanımışdır.
Nizaminin obrazı və əsərlərinin motivləri əsasında yüksək peşəkarlıqla toxunan xalçalar dünya muzeylərini bəzəyir. Nizami irsinə böyük qayğı sayəsində onun adı rayonlara, kəndlərə, küçələrə, xiyabanlara verilmişdir. Onun adını muzeylər, kinoteatrlar, kitabxanalar, elm, tədris, mədəniyyət və sənət ocaqları daşıyır. Böyük Britaniyanın məşhur Oksford Universitetinin struktur bölümündə Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəz fəaliyyət göstərir. Fransanın Müluz şəhərində yerləşən Yuxarı Elzas Universitetində Nizami adına Ədəbiyyat və Mədəniyyət kafedrası, Berlində Mədəniyyət İnstitutu, baş ofisi Bakıda yerləşən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi yaradılıb. “Nizami Gəncəvi Beynəlxalq Mükafatı” və “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” təsis edilib. 2018-ci ildə isə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı təhsilin və mədəniyyətin inkişafındakı xidmətlərinə görə Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva təltif edilib.
2013-cü ildən dünyanın ən qədim və nüfuzlu universitetlərindən biri olan Oksford Universitetində AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevanın təşəbbüsü ilə Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi fəaliyyət göstərir. Mərkəz Oksford Universitetinin tərkib hissəsi və nadir tədqiqat müəssisəsi olaraq Azərbaycan və onun elmi irsi üçün xüsusi və mühüm əhəmiyyət daşıyır. Mərkəz Oksford Universitetinin qaydaları çərçivəsində mədəni-akademik layihələri də həyata keçirərək dünya elmi-intelektual birliyi ilə əlaqələr yaratmağa çalışır.
Nizami Gəncəvi təkcə Azərbaycan xalqının deyil, bütün dünyanın, bəşəriyyətin ən sevimli şairi olaraq şöhrət qazanmışdır. Onun yaratdığı obrazlar, ideyalar bəşəriyyətin hansı ölkəyə, hansı irqə və hansı millətə mənsub olmasından asılı olmayaraq, onun ruhuna, əqlinə və təfəkkürünə hakim olur. Bu qeydlər bir daha onu göstərir ki, Nizami yaradıcılığı həmişə aktual olmuş, bu gün də vacibdir və gələcəkdə də gərəklidir.
Nizami irsi dünya muzeylərində (miniatürlər əsasında)
Aynur Babayeva
26-01-2021, 13:09
Mədəniyyət Nazirliyi Nizami Gəncəvi ili ilə əlaqədar müvafiq Fəaliyyət Planı hazırlayacaq
7-01-2021, 10:32
Prezident İlham Əliyevin Nizami Gəncəvi irsinin təbliği ilə bağlı təşəbbüsü bütün dünya üçün mühüm əhəmiyyət kəsb edir - Xorvatiyanın sabiq prezidenti
7-01-2021, 09:57
Nizaminin əlyazmalarının tapılmasına böyük diqqət ayırmalıyıq - İnstitut direktoru
26-09-2020, 11:08
Dahi bəstəkar Üzeyir Hacıbəyovun bəstəsinin sədaları Vaşinqton şəhərində
18-08-2020, 11:37
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri G20 liderlərinə müraciət ediblər
20-01-2019, 13:41
Yazıçı: “Nəsimi ili” Azərbaycan mədəniyyətini dünyaya tanıdacaq
Bugün, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
Bugün, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
Bugün, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
Bugün, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
Bugün, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
Bugün, 11:48
Yağış yağacaq – Bu günün havası
Bugün, 11:39
Salah seçimini etdi
Bugün, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
Dün, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
Dün, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
Dün, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
Dün, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
Dün, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
Dün, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
Dün, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU