Bakı metrosunda yenilənmiş ilk qatar xəttə buraxılıb
Mədəniyyət
Oxunub: 581
6 Kas 2018 | 16:56
Bakı metrosunda yenilənmiş ilk qatar xəttə buraxılıbBakı Metropoliteninin "Nərimanov" elektrik deposu ərazisində istifadəyə verilmiş vaqonların əsaslı təmiri sexində tamamilə yenilənmiş ilk qatar xəttə buraxılıb.

Bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, ən müasir standartlara uyğun olaraq təchiz edilmiş bu sexdə qatarlar nəinki əsaslı şəkildə təmir olunur, həm də modernləşdirilir: "Bununla “Bakı Metropoliteni” QSC yaradıldıqdan sonra reallaşan ən böyük və tarixi layihələrdən biri həyata vəsiqə alıb. Bu isə vaqon parkının sağlamlaşdırılması, istismar xərclərinin azaldılması, yeni iş yerlərinin açılması, yeni tipli səriştəli kadrların hazırlanması kimi iqtisadi əhəmiyyətli məsələlərdə yüksək səmərəyə nail olunması istiqamətində tarixi addım deməkdir. Nəticədə, qatarlar görkəmini tamamilə dəyişir, ən əsası, onların hərəkət təhlükəsizliyi artırılır, texniki xarakteristikası xeyli yaxşılaşdırılır, istismar və qulluq prosesi asanlaşır, işçi əməyindən daha səmərəli istifadə etməyə şərait yaranır".

B.Məmmədov bildirib ki, əsaslı təmir olunmuş qatarda diqqəti çəkən ilk mühüm yenilik baş vaqonların ön hissəsinin dəyişdirilərək daha keyfiyyətli və zərbəyə davamlı kompozit materialdan hazırlanmasıdır: "Onun digər bir konstruktiv üstünlüyü isə maşinist kabinasını bir qədər genişləndirməklə idarəetmə üçün daha rahat şəraitin yaradılmasıdır. İnformasiya tabloları tam elektronlaşdırılmış, maşinist kabinasının güzgüləri daha funksional, vaqonun ön şüşəsi daha etibarlı və keyfiyyətli, təbii şəraitin təsirlərinə davamlıdır. Mühüm yeniliklərdən biri qatarın idarəetmə pultudur. Elektron əsaslı yeni idarəetmə stansiyası, eləcə də əvvəlki rele sisteminin yeni nəsil analoqları ilə əvəzlənməsi, yumruqcuqlu kontrollerin daha kiçik ölçülü təmassız maşinist kontrolleri ilə əvəzlənməsi idarəetmə sistemini təkmilləşdirməklə, onu daha etibarlı, uzunömürlü və müasir edib. Vaqonlarda köhnə qovşaqlar yeni nəsil avadanlıqları ilə əvəzlənib. Yeniliklər texnoloji baxımdan əhəmiyyətini itirmiş, istifadəsinə ehtiyac qalmayan bir sıra qovşaqları tamamilə aradan çıxarılıb".



Metro rəsmisi bildirib ki, son illərdə istehsaldan çıxarılmış bir sıra detalların yeni nəsil nümunələri ilə əvəzlənməsi qatarların istismar problemlərini azaldaraq, qatarın bir dövrlər xroniki probleminə çevrilmiş xətdə qalmaq təhlükəsini aradan qaldırır. Bu mənada əhəmiyyətli yeniliklərdən biri əvvəlki problemli reostat kontrollerində dəyişiklik edilərək, impulslu addım mühərriki tətbiq edilməsidir. Tez-tez sıradan çıxdığına görə, mütəmadi təmir edilən hava kompressorunun, pnevmatik xəttin kontaktor qutularının əvəzinə, Almaniya və Rusiya istehsalı olan müasir və texniki xidmət tələb etməyən müvafiq avadanlıqlar tətbiq edilib. Köhnə radiostansiyalar daha müasirləri ilə əvəzlənib və təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edən "dispetçer-maşinist" rabitəsini təkmilləşdirib. Modernləşdirmə işləri çərçivəsində idarəetmə sxemində edilən daha 10-dan artıq dəyişiklik nəticəsində qatarın hərəkətini təmin edən qovşaq və detalların sayı azaldılıb, funksionallığı artırılıb. İşin miqyasına nümunə kimi vaqon intiqalının idarəetmə naqillərinin 60 faizinin ixtisar edilməsi qeyd oluna bilər. Ən əsası, bu yeniliklər hazırda istismarda olan və innovasiyalar baxımından ən yüksək - 4-cü nəslə məxsus vaqonlarda tətbiq edilir. Bu xüsusda vaqonların sxemlərindəki nasazlıqlar barədə məlumatın maşinist pultunda əksini tapması, maşinist kontrollerinin və SAT qurğusunun komandalarının emal edilməsi, maşinist kontrollerinin diaqnostikası, yan qapılara ayrı-ayrılıqda nəzarət edilməsi, nasazlıqların arxivləşdirilməsi, baş vaqonların dartı intiqalının işi barədə məlumatın tam alınması və s. qeyd oluna bilər. Ümumiyyətlə, sexin fəaliyyətə başlamasının əhəmiyyətli üstünlüyü təmir həcminin ölkə xaricində deyil, məhz yerli şəraitdə təşkil edilməsidir. Çünki bununla küllü miqdarda vəsaitə qənaət edilir. Uzaq keçmişdən ötən yaxın dövrlərə qədər əsaslı təmir müddəti yetişən vaqonlar Moskva metropoliteninə, Moskva Elektrik Qatarlarının Təmiri Zavoduna və onun Tbilisidəki filialına göndərilirdi. Sovet dönəmində bu məsələ vahid mərkəzdən idarə olunduğundan asanlıqla həll edilirdi. Müstəqillik illərində vəziyyət dəyişdi və dövlətlərarası münasibətlər müstəvisində özünə yer almaqla iqtisadi-siyasi maraqlar, inhisarçılıq niyyətlərinin təsiri ilə üzləşirdi.

Yaranmış çətin durum 2014-cü ildə “Bakı Metropoliteni” QSC yaradılandan sonra aradan qaldırılıb. Əvvəlcə pilot layihə kimi, 10 vaqon yerli şəraitdə qum şırnağı ilə korroziyadan təmizlənərək rənglənib. 2015-ci ildə bu işlərə vaqon salonunun yenilənməsi, o cümlədən döşəmə örtüyünün, daxili plastik təbəqənin, qapı rezinlərinin dəyişdirilməsi və havalandırma xəttinin təmizlənməsi əlavə olunub.Yeniləşmə çərçivəsində 23 vaqon salonunun döşəmə örtüyü və plastik təbəqəsi dəyişdirildi, vaqonların elektrik xətləri və işıqlanma şəbəkəsi yenilənib. 15 vaqonun salonu müasir və qənaətli LED işıqlanma sistemi ilə əvəzlənib. Vaqonların ön hissəsinin yeni dizaynı isə modernləşdirmənin zahirən ən cəlbedici əlamətinə çevrilib.

Əldə olunan nailiyyətlər istehsal sahəsinin genişləndirilməsini tələb etdiyindən yeni sexin inşası zərurətə çevrilmişdi və Bakı metropoliteninin 50 illik yubileyi ərəfəsində sexin inşası başa çatdı.

Sexin illik istehsal gücü 20 vaqondur. Burada vaqonların sökülməsi, quraşdırılması, qaynaq və dəmirçi işləri, antikorroziya tədbirlərinin görülməsi, yuyulması, rənglənməsi üçün nəzərdə tutulan sahələr müasir texniki tələblər səviyyəsində qurulub. Təmir prosesində vaqonlar müasir tələblərə uyğun modernləşdirilir, yeni texnologiyalarla zənginləşdirilir. Bu proseslərin yerinə yetirilməsi üçün sex hər bir şəraitlə, lazımi avadanlıq və ləvazimatla təmin olunub.

Bu günlərdə sexdə daha 5 vaqon üzərində iş başlayıb. Ötən qısa müddətdə əldə olunan təcrübə bu vaqonlarda modernləşdirmənin daha geniş miqyasda tətbiqinə şərait yaradıb. Bu isə istismara verilmiş yeni sahənin imkanlarının get-gedə genişlənəcəyindən xəbər verir. (Trend)
6-11-2018, 16:41
Rauf Vəliyevin ayağındakı KORRUPSİYA – İTTİHAM
5-11-2018, 18:49
Şəki, yoxsa Bakı pitisi? - REPORTAJ
5-11-2018, 18:33
İlahiyyat İnstitutunun məzunları üçün iş imkanları yaradılacaq
5-11-2018, 15:27
Ebrunun Bakı konsertində yer qalmaqalı – Boş oturacaqlar
5-11-2018, 14:25
İlham Əliyev Ağdama getdi – Açılış
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
20-07-2026, 12:58
Biləcəridə hoteldə meyit tapılıb
20-07-2026, 12:32
İranda 5 dəqiqədə 2 güclü zəlzələ...
20-07-2026, 12:14
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
20-07-2026, 12:11
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 11:30
Neft qiymətləri kəskin dönüş etdi
20-07-2026, 11:29
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş
20-07-2026, 11:26
Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək
18-07-2026, 23:21
Bu ölkə tamamən boşaldılır