9

“Can Azərbaycan” Respublikayaradıcılıqmüsabiqəsininyekun virtual sərgisiaçıldı

Mədəniyyət

“Can Azərbaycan” Respublikayaradıcılıqmüsabiqəsininyekun virtual sərgisiaçıldı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “İWS Azerbaijan” (İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2021-ci il 20 aprel tarixində saat 20:00-da “Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsinin yekun virtual sərgisi açıldı.
Xatırladaq ki, müsabiqə akvarel və qrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətlərində çalışan rəssamların yaradıcılığında Azərbaycanın tərənnümü, o cümlədən, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi igidlik, azərbaycançılıq məfkurəsi və milli birliyimizin təsvir müstəvisində nümayişi məqsədilə keçirilmişdir.
Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzi sənətsevərləri virtual sərgini sosial media hesabları vasitəsilə izləməyə dəvət edir:
https://www.facebook.com/ADRQalereya.az/videos/294514242048792
https://www.facebook.com/Xetaisenetmerkezi/videos/2571384193167124
https://www.youtube.com/watch?v=Xm43G6Q3bjU

Oxşar xəbərlər:

Təsisçi: Raqif Nazimoğlu E-mail: [email protected] Tel: (+99450) 542-42-82 © Copyright 2020, Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı