Bakıya axının qarşısını almaq mümkün olacaqmı? – TƏKLİFLƏR
Ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi zəminində qaçqın və məcburi köçkün düşən böyük sayda insanın paytaxtda məskunlaşması, eyni zamanda, 90-cı illərin ortalarında regionlarda yaşanan enerji təchizatındakı problemlərlə bağlı 100 minlərlə insanın Bakıya axışması nəticəsində paytaxtda tıxac, sıxlıq problemi yaşanmağa başladı.Xüsusilə də, yeni iş yerlərinin çoxunu Bakıda açılması, mənzil tikintisinin sürətlənməsi, “tikinti bumu”nun yaşanması (fasilələrlə də olsa) insanların bir növ Bakıda məskunlaşmasını stimullaşdırdı.
Qeyd edək ki, illərdir davam edən tıxac və sıxlıq probleminin həlli ilə bağlı bəzi addımların atılmasına, regionların ayağa qaldırılması istiqamətində bir sıra mühüm işlərin görülməsinə, dövlət proqramlarının icra olunmasına baxmayaraq, problemlər günümüzədək davam etməkdədir.
Onu da qeyd edək ki, əgər 90-cı illərin əvvəllərində Bakıda təxminən milyon yarım-iki milyon arasında əhali məskunlaşmışdısa, indi qeydiyyatlı və qeydiyyatsız paytaxtda təxminən dörd milyon-dörd milyon yarım civarında insan yaşamaqdadır.
Həmçinin, xatırladaq ki, Bakıda tıxac və sıxlıq probleminin aradan qaldırılması üçün hətta, paytaxtın başqa şəhərə (daha çox Gəncə istiqamətinə) köçürülməsi, yaxud, yeni paytaxt şəhərinin və ya Bakıdan üzü Qobustan-Şamaxı və Hacıqabul istiqamətində boş ərazilərdə yeni yaşayış massivlərinin salınması, o cümlədən, bəzi nazirliklərin, dövlət qurumlarının, ali məktəb ocaqlarının regionlara köçürülməsi təklifləri də uzun müddətdir ki, gündəmə daşınmaqdadır.
Bir neçə gün öncə capar.info-a açıqlamasında millət vəkili, akademik Ziyad Səmədzadə öz növbəsində Bakıdakı sıxlıq, tıxac probleminin qismən aradan qaldırılması üçün ölkənin üçüncü şəhəri və paytaxta daha yaxın olanı Sumqayıt şəhərinin 20-25 illik inkişaf konsepsiyasının hazırlanmasını, orada daha yeni iş yerlərinin açılmasını, müəssisələrin yaradılmasını məqsədəuyğun saymışdı.
Eyni zamanda digər millət vəkili Qüdrət Həsənquliyev də parlamentdəki son çıxışında Bakının yükünün azaldılması üçün bir sıra təkliflərini səsləndirmiş və bildirmişdi ki, bu məsələdən əsas çıxış yolu regionların daha da ayağa qaldırılması, insanların yenidən bölgələrə qayıdışının stimullaşdırılmasındadır.
Həmçinin, millət vəkili Fazil Mustafa parlamentin son bir neçə iclasında Bakıda sıxlıq, tıxac və ekoloji durum səbəbindən yaşamağın artıq dözülməz olduğunu bildirmiş, Bakının paytaxt şəhərindən daha çox “məhəllələr şəhəri”nə çevrildiyini qeyd etmiş, regionlara dönüş proqramının hazırlanması və icrasına ehtiyac olduğunu vuğrulamışdı.
Bununla bağlı F. Mustafa capar.info-a açıqlamasında bir daha əvvəlki fikirlərinin üzərində qaldığını və israr etdiyini bildirib.
O, qeyd edib ki, artıq Bakıda normal yaşamaq, normal nəfəs almaq mümkünsüz bir məsələyə çevrilib.
Onun sözlərinə görə, Bakıda tıxac və sıxlıq əlindən az qala tərpənmək mümkün deyil.
“Ona görə hesab edirəm ki, təcili şəkildə regionlara dönüş adlı proqram qəbul edilməli və icra olunmalıdır. İnsanların yenidən bölgələrə qayıdışı üçün bütün lazımi stimullaşdırıcı addımlar atılmalıdır. Yeni iş yerləri, zavod, fabriklər, emal və sənaye müəssisələri açılmalıdır. Həmçinin, səsləndirdiyim bir fikri yenidən dilə gətirmək istəyirəm ki, ölkənin ikinci baş şəhəri olan Gəncə şəhərində BDU tipli universitet açılmalıdır.
Buna çox ciddi ehtiyac var. Düzdür, Gəncədə illərdir 3 ali məktəb- Gəncə Dövlət Universiteti, Texnologiya Universiteti və Aqrar Universitet fəaliyyət göstərir. Amma hesab edirəm ki, bunlar da yetərli deyil. Gəncədə məhz BDU tipli universitetə ehtiyac var. Yəni, bununla həm də Bakıya tələbə axınının qarşısını almaq olar. Bütövlükdə bakının tıxacdan, sıxlıqdan və digər problemlərdən qurtulması üçün çox ciddi və çevik addımlara ehtiyac var”, - deyə, millət vəkili sözlərinə əlavə edib.
27-11-2018, 15:22
Fazil Mustafadan etiraz: Bakı məhəllələr şəhərinə dönüb
23-11-2018, 13:06
BNA rusiyalı bloggerin paytaxtda yol hərəkətinin təşkili ilə bağlı dediklərinə münasibət bildirib
21-11-2018, 13:19
Bakıda kafe sahibi etiraz olaraq qəlyanları sındırdı - VİDEO
19-11-2018, 12:09
Gəncədən Bakıya gələn göygöz gəlin yoxa çıxdı - QAYINANASI AXTARIR
5-11-2018, 18:42
Bakıda ortada qalan 2 milyon manatlıq sərvət: İki iş adamı üz-üzə (VİDEO)
Dün, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
Dün, 23:03
Sabah 40 dərəcə isti olacaq
Dün, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
Dün, 23:00
Putin İlham Əliyevə zəng etdi
Dün, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
Dün, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
Dün, 22:53
Ronaldo serialda rol alacaq
Dün, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
Dün, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
Dün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...