Təbriksiz, qonaqsız, yataqda keçən ad günü - Xalq artisti 72 yaşında
Bu gün Azərbaycan kinosunun rejissoru-aktyoru, Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, estrada və musiqili teatr rejissorluğu kafedrasının yaradıcısı və müdiri, "Şöhrət" ordeni, "Hacı Zeynalabdin Tağıyev" və "Qızıl Buta" mükafatları laureatı Ramiz Əzizbəylinin ad günüdür. Aktyorun 72 yaşı tamam olur.Yuxarıda sadaladıqlarım rəsmi məlumatlardır onun haqqında. Xalqın dilində Ramiz Əzizbəyli “Bəyin oğurlanması” filmində “Tello” mahnısının ifaçısı, “Pirverdinin xoruzu”, “Bəxt üzüyü” kimi komediya filmlərinin rejissorudur. Ramiz Əzizbəyli həm də şeirlər və hekayələr müəllifidir.
“Mozalan” satirik kinojurnalından səsi ilə də yaddaşlarda qalıb Ramiz Əzizbəyli. Əksər süjetlərin qəhrəmanlarını səsləndirib.
Bir müddət teatrda da fəaliyyət göstərib. Oynadığı rollardan biri də “O olmasın, bu olsun” komediyasında Məşədi İbad olub.
Ramiz Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. M.A. Əliyev adına ADİİ-nun mədəni-maarif fakültəsini bitirib. "Azərbaycanfilm" kinostudiyasında işləyir. 1987-ci ildə "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə o, rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə Beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda isə rejissor debütünə görə mükafata layiq görülüb. 1991-ci ildə isə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb.
Rejissoru olduğu "Yalan" bədii filmi isə Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib.
Səhər zəng edib aktyoru təbrik etdim, səhhəti ilə maraqlandım. Çox sevindi, amma “səhhətim yaxşı deyil” - dedi. İki ilə yaxındır, yataq şəraitində müalicə alan aktyor eyni vaxtda bir neçə xəstəlikdən əziyyət çəkir. Yüksək təzyiq və şəkər orqanizmində fəsadlar törədir. Deyir, 72 yaşımı da yataq şəraitində qonaqsız, təbriksiz keçirəcəm: “Eybi yox, buna da dözərəm, təki millətimin başından bəlalar götürülsün, hamının canı sağ olsun”.
Aktyora tezliklə sağlığına qovuşmaq diləyirik.
Ramilə Qurbanlı
21-01-2019, 12:23
Şəfiqə Axundovanın anadan olmasından 95 il ötür
20-01-2019, 13:42
Ofeliya Aslanın 80 illik yubileyi qeyd olunacaq
16-01-2019, 11:39
"Ayağa qalxa bilmirəm" - Ramiz Əzizbəyli
1-01-2019, 12:18
Flora Kərimovadan xalq artisti ilə bağlı etiraf: "Məndən xoşu gəlirdi"
27-12-2018, 13:27
2018-ci il mədəniyyət xadimləri üçün nələrlə yadda qaldı?
27-11-2018, 15:21
"Bozbash pictures" zövqləri korlayır" - xalq artisti
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...