Film qəhrəmanı, Bakının əfsanəvi müdafiəçisi, Bayılda gecəyarısı güllələnmə... - TARİX
Mədəniyyət
Oxunub: 130
30 May 2020 | 11:37
Film qəhrəmanı, Bakının əfsanəvi müdafiəçisi, Bayılda gecəyarısı güllələnmə... - TARİX “O olmasın, bu olsun” filmində qoçu obrazı var ha, keçisi də olur - həmin obraz realdır. Yəni Bakıda qoçu Nəcəfqulu adlı birisi yaşayıb - 1920-ci ilin mayın 29-na qədər. Həmin gün adamın başına nə gəlib nəql edəcəm, hələlik onun kimliyindən bəhs edim. Hörmətli adam olub, çünki haqqı nahaqqa verməzmiş. Hətta keçinin belə başqa keçilərdən fərqini tutub onu bir qızıl onluğa çobandan alıb. Çoban şikayət edib ki, bu keçinin əlindən sürünün rahatlığı yoxdur. Özündən böyük heyvanları da buynuzlayıb sürüdən didərgin salır. Yetənə yetir, yetməyə bir daş atır misalı. Qoçu da alıb gətirir keçini, onu qoz-fındıqla bəsləyir. Hara getsə keçi yanında olurmuş, keçi neynəsə gözün üstə qaşın var deyən olmazmış. Qoçu Nəcəfqulunun keçisidir-vəssalam.
Nəcəfqulunun 1918-ci ildə erməni daşnakları ilə döyüşlərdə şücaəti diqqətimi çəkdiyi üçün onun haqqında bilməyənləri də məlumatlandırmağa qərar verdim. Beləliklə, Qoçu Nəcəfqulu Bakı qoçusu olub.
1918-ci ilin martında ermənilər Bakıya hücum edən zaman öz vəsaiti hesabına aldığı silah-sursatı camaata paylayaraq müdafiə dəstələri yaradıb. Daşnaklarla mübarizədə göstərdiyi igidliyə görə Qafqaz-İslam ordusunun generalı Nuru Paşa onu ordenlə təltif edib.
Sovet işğalından sonra onu tutmaq üçün üstünə gələn bolşevik ordusuna təslim olmayıb, atışmada yaralayıb həbs ediblər.
1920-ci ili mayın 21-də isə Mayılov Teatrında qurulan məhkəmədə onu kommunist Əli Bayramovun qətlində ittiham ediblər: “İnqilabi Tribunanın ilk iclasını sədr Teymur Əliyev açır. İttihamçı təzə hökumətin ədliyyə komissarı Əliheydər Qarayev olur. Bunları qoçu Nəcəfqulunun nəvəsi Nailə xanım babası haqqında yazdığı kitabda danışır: “Əliheydər Qarayevin babamla köhnədən ədavəti varmış, babam bir dəfə ona iki sillə çəkibmiş”.
Həmin məhkəmədə Qoçu Nəcəfquludan başqa 19 nəfərin işinə baxılırmış, onlardan 12-si qoçu imiş. O qoçular ki, mart soyqırımında başqa maraqlarını, bir-biriləri ilə rəqib olduqlarını unudub birləşib ümumi düşmənə qarşı mübarizə aparıblar. Məhkəmədəki Nəcəfqulunun son sözü belə olur: “Mən Bakıda bir sıra qanlı hadisələrin törədilməsində iştirak etmişəm, bir sıra cinayətlərdə əlim olub. Hərgah, siz məni bu işlərimə görə mühakimə etsəydiniz, mən sizə minnətdar olardım. Ancaq mən nə Əli Bayramov tanıyıram, nə də onun ölümündə əlim olub. Mən Bakının yarısını erməni daşnaklarından qorumuşam. Ona görə də türklərdən mükafat və orden almışam. Bəs bunlar hara getdi?”
1920-ci il may ayının 28-dən 29-na keçən gecə saat 2.30-da Bayıl qazamatının iç həyətində açılan güllələr 15 kişinin həyatına son qoyur. Daşnaklara qarşı vuruşmuş bakılı kişilərin...
28-05-2020, 15:52
Şərqdə ilk cumhuriyyətin Azərbaycanda qurulması təsadüfi hadisə deyildi
28-05-2020, 12:41
Azərbaycanlı ananın, ərəb atanın qızı... - Məşhur serialın sevilən obrazı
30-04-2020, 20:20
Plyonka vuran sürücülər 150 manat cərimələnəcək? - RƏSMİ CAVAB
9-04-2020, 18:07
Bağırovun İran siqaretinə görə güllələdiyi aktrisa
5-01-2019, 12:15
Tolik "Azəriqaz"ı biabır etdi
15-12-2018, 14:31
Milli Məclisdə “keçi südü” söhbəti
Bugün, 19:40
Arkadi Qukasyanın həbs müddəti uzadıldı
Bugün, 19:37
Dünyanın ən çətin dilləri: İlk 5-lik
Bugün, 19:34
“Microsoft” “Windows 10”da bu versiyanı dəstəkləməyi dayandıracaq
Bugün, 19:32
"Mançester Yunayted"dən getməyə hazırdır
Bugün, 19:26
"Milan"da baş məşqçi postuna YENİ NAMİZƏD
Bugün, 19:22
Daha çox yaşamağa kömək edən QİDALAR
Bugün, 19:19
İtlərin stressdə olduğunu göstərən əlamətlər
Bugün, 19:15
Serxio Ramos tezliklə ABŞ klubuna keçə bilər
Bugün, 18:52
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
Dün, 16:44
“Bozbash Pictures”in Şirini “Şirin” serialı ilə gəlir
Dün, 16:42
Dieqo Simeone La Liqanın rekordçusu oldu
Dün, 16:38
Mbappenin "Real"dakı maaşı bəlli oldu
Dün, 16:32
Rusiyada güclü zəlzələ
Dün, 16:24
İlqar Məmmədovdan AXCP üzvünə MARAQLI CAVAB
Dün, 16:19
Bakıda boğazını kəsən 37 yaşlı kişi öldü
Dün, 16:15
Məşhur dənizkənarı istirahət yeri ən təhlükəli ZONA SEÇİLDİ
Dün, 16:12
Coratda 10 aylıq uşaq yatdığı yerdə boğuldu
Dün, 16:10
Xiyar bitkisinin kifdən təmizlənməsi ÜSULLARI
Dün, 16:03
Dörd bürc üçün möcüzələr və sevinc həftəsi başladı
12-05-2024, 20:52
Daşqınlar nəticəsində 311 nəfər öldü
12-05-2024, 20:47
Makedoniyalı İsgəndərin hamamı tapıldı
12-05-2024, 20:32
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
12-05-2024, 20:28
Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəd bölgələrindən çıxır
12-05-2024, 20:22
Tale may ayında iki bürcün gücünü sınayacaq: Çətinliklərə hazır olun
12-05-2024, 19:57
“Fənərbağça” məşhur məşqçi ilə maraqlanır
12-05-2024, 19:51
Sabahdan Kosovada bu pula qadağa qoyulur
12-05-2024, 19:47
Almaniyanın belə problemi var
12-05-2024, 19:43
Səfir öldü
12-05-2024, 19:39
Donuz böyrəyi köçürülən şəxs öldü
11-05-2024, 21:34
5 dəqiqədə necə dadlı toyuq hazırlamaq olar?
11-05-2024, 21:32
Modriç nömrəsini Mbappeyə verib "Real"dan gedir
11-05-2024, 21:29
Ambulansda oksigen balonu partladı, həkimlər yaralandı
11-05-2024, 21:27
Kredit kartını oğurlayıb 4 milyon qazandılar
11-05-2024, 21:21
Kuryerlik edən tələbəni öldürdülər
11-05-2024, 21:18
Mourinyo "Fənərbaxça"ya gəlir
11-05-2024, 21:13
"Həftə səkkiz mən doqquz" - Belə yaranıb
11-05-2024, 21:11
Gündə cəmi 20 dəqiqə işləyir: Ayda 40 min dollardan çox qazanır
11-05-2024, 21:04
Lənkəranda yenidən zəlzələ oldu
11-05-2024, 21:01
Ən çox ağlayan BÜRCLƏR