Gələn ildən etibarən icbari tibbi sığorta bütün ölkə ərazisində tətbiq ediləcək
Gələn ildən bütün ölkə üzrə yeni bir sosial layihə olan icbari tibbi sığorta tətbiq ediləcək. Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə və əlçatanlığa xidmət edən bu sistemə keçid üçün hazırlıq işləri davam edir. Dövlətimizin başçısının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs - TƏBİB-in yaradılması haqqında imzaladığı Fərman və Milli Məclisdə “Tibbi sığorta haqqında” Qanuna edilən dəyişikliklər isə artıq hədəfləri konkretləşdirib.AZƏRTAC xəbər verir ki, gələn ildən etibarən ölkədə yeni bir qurum - TƏBİB fəaliyyətə başlayacaq. Məhz TƏBİB 2020-ci ildə tətbiqi nəzərdə tutulan icbari tibbi sığorta sisteminə keçidi təmin etməlidir. Qurumun əsas məqsədi səhiyyədə mövcud olan maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirməkdir. Qanuna əsasən icbari tibbi sığorta sistemi çərçivəsində xidmətlər zərfi iki hissədən - baza və əlavə hissədən ibarət olacaq. Xidmətlər zərfinin baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəsinə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir. Pulsuz olacaq xidmətlər zərfinin baza hissəsindən Azərbaycan vətəndaşlarından başqa ölkədə daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də istifadə edə biləcəklər. Baza hissəsi üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir. Bu haqq işəgötürən tərəfindən hesablanmış əməyin ödənişi fondunun aylıq 2 faizi, sığortaolunan tərəfindən – işçinin əməkhaqqının aylıq 2 faizi qədər müəyyən edilir. İxtisaslaşmış tibbi yardım haqqını ödəməkdən azad edilən şəxslər, yəni işləməyənlər üçün xidmətlər zərfinin əlavə hissəsi illik 120 manat məbləğində olacaq.
Bundan başqa, icbari tibbi sığorta sisteminin tətbiqi dövlət büdcəsindən ayırmalar, istehsal və xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçiriləcək. Hazırda icbari tibbi sığorta sisteminin məlumat bazasının yaradılması və bütün ölkə üzrə dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin həmin məlumat bazasına inteqrasiyası, TƏBİB-in tabeliyinə verilmiş müəssisələrdə gəlirlərin və xərclərin uçotu da daxil olmaqla onların idarə edilməsini təmin edəcək proqram təminatı hazırlanır.
Qeyd edək ki, icbari tibbi sığorta sistemi artıq iki ildir pilot rayonlar üzrə həyata keçirilir. Nəticələrə əsasən, layihənin əhatə etdiyi ərazilərdə əməliyyatların sayı 52 faizdən çox artıb. Cərrahi müdaxilələr sırasında ürək əməliyyatları üstünlük təşkil edib.
İcbari tibbi sığorta sisteminin tətbiqindən pilot rayonların həkimləri də razıdırlar. Bu ərazilərdə həkimlərin və tibb işçilərinin əməkhaqlarındakı yüksəlişlərdən sonra onlar arasında məvacibləri 5-6 min manatdan çox olanların da sayı artıb.
7-01-2019, 15:04
Pensiya ödənişində yeni qaydalar
7-01-2019, 15:03
Ötən il 142 - Çağrı mərkəzi tərəfindən 160 mindən çox müraciətə cavab verilib
24-12-2018, 13:42
Sübutlara Əsaslanan Tibbi Təlimatlar portalının təqdimatı olub
21-12-2018, 14:53
Azərbaycanda TƏBİB adlı qurum yaradılır
19-11-2018, 12:11
Bakıda Dördüncü Beynəlxalq Tibbi Treninq Günləri keçiriləcək
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...