Çay haqqında bilmədiklərimiz: NƏ ZAMAN ZƏRƏRLİDİR?
Çayın keyfiyyətinə torpaq-iqlim şəraiti ilə yanaşı, yığılma müddəti, emal üsulları, saxlanma şəraiti və digər amillər də təsir edir. Çaylar istər rənginə və tamına, istərsə də emal olunma üsullarına görə bir-birindən fərqlənir. Ətirli çayların hazırlanmasında isə aromatizasiya üsulu və əlavə edilən ətirli komponentin miqdarı vacib rol oynayır.Bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Kompleks Tədqiqatlar Laboratoriyasının mütəxəssisləri Fuad Ağayev, Turkan Qəribli tərəfindən hazırlanmış məqalədə məlumat verilib.
Qeyd olunub ki, çaylara əlavə edilən ətirli komponentlər təbii və ya süni ətirləndiricilər ola bilər. Təbii ətirləndiricilərdən olan qurudulmuş meyvələr, çiçəklər, sitrus bitkiləri, kəklikotu, yarpız, darçın, nanə, mixək, itburnu, zəncəfil və digər ətirli bitkilərin yarpaqları və ya ekstraktları orqanizm üçün faydalı hesab edilir. Tərkibinin zənginliyi baxımından bəzi təbii ətirləndiricilər müalicəvi xüsusiyyətlərə də malikdir. Bəzən çayların hazırlanmasında süni ətirləndiricilərdən də istifadə olunur. Süni ətirləndirilmiş çaylardan istifadə orqanizmə mənfi təsir göstərir, allergik reaksiyaların əmələ gəlməsinə səbəb ola bilər. Buna görə də istehlakçıların qablaşdırma üzərindəki məlumatları diqqətlə oxumaları tövsiyə olunur.
Çay düzgün qablaşdırılmadıqda və ya saxlanmadıqda faydalı xüsusiyyətlərini itirir. Çay havanın daxil olmasına mane olan ağzı kip bağlanmış çini qabda saxlanmalıdır. Bu halda çayın ətri itməyəcək, keyfiyyətini uzun müddət saxlayacaq və kənar qoxuları özünə hopdurmayacaqdır. Ağzı kip bağlanmamış qabda saxlanan məhsul faydalı xüsusiyyətlərini və ilkin keyfiyyətini tezliklə itirir. Çayın sərin, quru, təmiz, qaranlıq və havası tez-tez dəyişilən yerdə saxlanması da vacibdir.
Çayın keyfiyyətli olub-olmadığını müəyyən etmək üçün ətrinə fikir verilməlidir. Unutmayın ki, keyfiyyətli çayın qoxusu mülayim olmalıdır. Qoxunun kəskin olması çayın tərkibindəki ətirləndiricilərin miqdarının çoxluğu ilə əlaqədardır.
Çay dəmləyən zaman saxsı və ya şüşə qablardan istifadə etmək tövsiyə olunur. Həmçinin suyu qaynatdıqdan sonra dərhal çayı dəmləmək doğru deyil. Çay dəmlənərkən suyun temperaturu təxminən 75-85o C olmalıdır. Odur ki, ətirli və dadlı çayın hazırlanması üçün hər 200 ml suya təqribən 1 çay qaşığı hesabı ilə quru çay əlavə edib, 5-7 dəqiqə ərzində dəmlənməsini gözləmək lazımdır. Çoxdan dəmlənmiş çayı içmək məsləhət deyil. Bu halda çay bütün faydalı xüsusiyyətlərini itirmiş olur.
Vaxtsız içilən çay orqanizmə mənfi təsir göstərir, çünki onun tərkibindəki kofein və tanin turşusu qida vasitəsilə qəbul etdiyimiz dəmirin bağırsaqlardan sorulmasını ləngidir. Xüsusən də qanazlığı zamanı çox çay içmək tövsiyə edilmir. Ümumiyyətlə, çayı ya yeməkdən 1-2 saat əvvəl, ya da 1-2 saat sonra qəbul etmək məqsədəuyğundur.
Araşdırmalara görə, təbii çay növləri bağırsaq, mədə və ağciyər xərçəngi xəstəliklərinə qarşı qoruyucu təsir göstərir. Çay tərkibindəki polifenol birləşmələr sayəsində antioksidant təsir göstərərək orqanizmi həm də xroniki xəstəliklərdən qorumağa kömək edir.
Çayın orqanizmə faydaları ilə yanaşı, zərərli təsiri də var. Qaraciyər, böyrək daşı, kəskin mədə xəstəliklərindən, həmçinin revmatizm və yüksək təzyiqdən əziyyət çəkənlərin mümkün qədər az çay içməsi tövsiyə edilir. Həddindən artıq çay içmək yuxusuzluğa, başağrısına, ürək döyüntülərinin artmasına və təzyiqin yüksəlməsinə səbəb ola bilər. Çayı qaynar içmək olmaz. Temperaturu 65o C-dən yüksək olan çayın içilməsi qida borusunda və daxili orqanlarda termiki yaralar əmələ gətirir ki, bu da onkoloji xəstəliklərin yaranma riskini artırır.
13-09-2020, 11:27
Səhər yeməyi vacibdirmi?
9-08-2020, 13:19
Balıq yemək nə zaman təhlükəlidir?
3-05-2020, 08:41
Azərbaycan florasında bir çox bitki növlərinin nəsli kəsilmək üzrədir
4-02-2020, 12:40
Hər gün çiy soğan yemək üçün 10 MÜHÜM SƏBƏB
27-01-2019, 14:19
Əzvayın 7 müalicəvi əhəmiyyəti
9-12-2018, 13:59
Quş qripi ilə bağlı növbəti monitorinqlərin nəticələri açıqlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...