Valyuta bazarında tarazlıq qorunur - MÜZAKİRƏLƏR
Maliyyə Sabitliyi Şurasının bu ilin ilk doqquz ayının yekunlarına həsr edilmiş iclası keçirilib. capar.info xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumata görə, iclasa ölkənin baş naziri, Maliyyə Sabitliyi Şurasının sədri Novruz Məmmədov sədrlik edib.
İclasın gündəliyinə uyğun olaraq Maliyyə Sabitliyi Şurasının katibliyi tərəfindən ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində görülmüş işlər barədə icmal-hesabat təqdim edilib.
Müzakirələr zamanı qeyd edilib ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində makroiqtisadi sabitlik qorunub-saxlanıb, qeyri-neft sahələrinin və regionların inkişafı sürətlənib. Cari ilin doqquz ayında ümumi daxili məhsul qeyri-neft sektoru üzrə bir faiz artıb. Qeyri-neft sənayesində 10,8%, kənd təsərrüfatında 4,3%, informasiya və rabitə xidmətlərində 7,7%, ticarətdə 2,7%-lik artıma nail olunub.
İqtisadiyyatın və sosial sahələrin inkişafı istiqamətində bütün maliyyə mənbələri hesabına əsas kapitala 10,1 milyard manat investisiya yönəldilib. Əsas kapitala yönəldilən vəsaitlər keçən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə 20,2%, qeyri-neft sənayesi üzrə isə 24,4% artıb. Əhalinin gəlirləri 9,5% artmaqla inflyasiyanı 6,9% üstələyib.
2018-ci ilin doqquz ayında ölkənin xarici sektor göstəricilərinin yaxşılaşması davam edib. Cari əməliyyatlar hesabının profisiti 5,1 mlrd. ABŞ dolları olmaqla, ÜDM-in 15%-ni təşkil edib. Tədiyyə balansı göstəricilərinin yaxşılaşmasına neftin dünya qiymətinin yüksəlməsi ilə yanaşı, qeyri-neft sektoru üzrə ixracın genişlənməsi də təsir göstərib.
Xarici sektor üzrə fundamental amillərin təsirləri fonunda 2018-ci ilin doqquz ayında valyuta bazarında tarazlıq qorunub, milli valyutanın məzənnəsi sabit qalıb. Ölkənin strateji valyuta ehtiyatları dövr ərzində 7,6% və ya 3,2 mlrd. ABŞ dollar artaraq, 45 mlrd. ABŞ dolları ötüb.
2018-ci ilin doqquz ayında dövlət büdcəsinin gəlirləri 101,3%, xərcləri isə 98% icra olunub. Dövlət büdcəsinin 423,7 mln. manat məbləğində artıqlığı (profisit) yaranıb. Dövlət investisiyalarının artması iqtisadi aktivliyin dəstəklənməsində mühüm rol oynayıb.
2018-ci ilin üçüncü rübündə fiskal islahatlarla bağlı bir sıra mühüm qanunvericilik aktları (“Yeni Büdcə Qaydaları”, “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədi və “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”) təsdiq edilib. 2019-cu il üçün dövlət büdcəsinin layihəsi büdcə qaydalarına uyğun tərtib edilib.
Həyata keçirilən effektli makroiqtisadi siyasət şəraitində 2018-ci ilin doqquz ayında orta illik inflyasiya proqnozlaşdırılandan əhəmiyyətli dərəcədə aşağı olmaqla 2,6% təşkil edib.
Hesabat dövründə makroiqtisadi sabitliyin möhkəmlənməsi və son makroiqtisadi proqnozlar nəzərə alınmaqla, pul siyasəti yumşaldılıb, uçot dərəcəsi mərhələli şəkildə endirilib. Pul təklifinin dinamikası inflyasiya hədəfi nəzərə alınmaqla tənzimlənib, 2018-ci ilin doqquz ayında manatla geniş pul kütləsi 8,3% artıb.
Bank sektoru tərəfindən doqquz ayda iqtisadiyyata kredit qoyuluşları 4,6%, fiziki şəxslərin depozitləri 8,4% artıb.
Yekunda 2019-cu ildə makroiqtisadi sabitliyin qorunması və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işlərin davam etdirilməsi, eləcə də, dayanıqlı makroiqtisadi sabitlik əsasında inklüziv iqtisadi artımın sürətləndirilməsi üçün zəruri islahatların daha da dərinləşdirilməsinin vacibliyi qeyd olunub.
Qeyd edək ki, Maliyyə Sabitliyi Şurası ölkə prezidentinin 15 iyul 2016-cı il tarixli fərmanı ilə ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə yaradılıb.
7-12-2018, 15:36
Nazirin sözlərini devalvasiya anonsu kimi yozmaq təxribatdır - AÇIQLAMA
28-11-2018, 13:21
Vergilər Nazirliyi: Bölgələrdən toplanan vergi 16% artıb
16-11-2018, 16:26
On ayda Azərbaycanın ümumi daxili məhsulu 0,8 faiz artıb
14-11-2018, 12:26
Doqquz ayda Azərbaycandan ixrac olunan məhsulların çeşidi 2753-ə çatıb
12-11-2018, 12:47
Oktyabrda OPEC+ sazişinə 104 faiz əməl olunub
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
20-07-2026, 12:58
Biləcəridə hoteldə meyit tapılıb
20-07-2026, 12:32
İranda 5 dəqiqədə 2 güclü zəlzələ...
20-07-2026, 12:14
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
20-07-2026, 12:11
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 11:30
Neft qiymətləri kəskin dönüş etdi
20-07-2026, 11:29
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş
20-07-2026, 11:26
Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək
18-07-2026, 23:21
Bu ölkə tamamən boşaldılır