Podratçıları Azərbaycanda 11 milyard dollara yaxın məbləğdə sifariş yerinə yetirib
“Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz” yataqlarının işlənməsi layihələri və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi üzrə podratçı şirkətlər 2013-2017-ci illərdə 10 mlrd. 752 mln. Dollar məbləğində sifariş yerinə yetiriblər. Bu barədə “2017-ci ildə BP-nin Azərbaycanda davamlı inkişafı” adlı hesabatda deyilir.“Göstərilən məbləğdən 4 mlrd. 925 mln. Dollar dəyərində sifariş birgə müəssisələr, 805 mln. dollar dəyərində sifariş dövlət müəssisələri, 5 mlrd. 22 mln. dollar dəyərində sifariş kiçik və orta müəssisələr tərəfindən yerinə yetirilib”, - sənəddə bildirilir.
2013-2017-ci illərdə BP şirkətinin və onun Azərbaycandakı tərəfdaşlarının sosial layihələrin həyata keçirilməsinə investisiyaları 20,3 mln. dollar, ümumilikdə ölkədə əməliyyatların başladığı dövrdən etibarən isə 78 mln. dollar təşkil edib.
Layihələrə ümumi investisiyaları 38 mlrd. dollara yaxın təşkil edib
2013-2017-ci illər ərzində “Azəri- Çıraq Günəşli”, “Şahdəniz” yataqlarının, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz magistral boru kəmərlərinə bu günə qədər qoyulan investisiyalar 37,576 mlrd. dollar təşkil edib.
“2013-2017-ci illər ərzində AÇG, “Şahdəniz”, BTC və Cənubi Qafqaz boru kəməri layihələrinin həyata keçirilməsinə yatırılan investisiyaların ümumi həcmi 37 mlrd. 576 mln.dollar, o cümlədən əsaslı investisiyalar 30 mlrd. 531 mln.dollar, istismar üçün qoyulan investisiyalar 7 mlrd. 45 mln. dollar təşkil edib”, - hesabatda deyilir.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. üqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.* Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşları $40 mlrd. həcmində qiymətləndirilir və 500 mln. tondan çox neft hasil olunacağı nəzərdə tutulur.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Bakı-Tbilisi-Ceyhan layihəsinin iştirakçıları BP (30,1%); SOCAR (25%); “Chevron” (8,9%); “Statoil” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); CIECO (2,5%); INPEX (2,5%), “Total” (5%) və ONGC Videsh Limited (2,36%) şirkətləridir.
10-12-2018, 13:27
AZƏRBAYCAN NEFTİ UCUZLAŞDI
4-12-2018, 14:17
Anar Nəcəfli: Müğənnilərə heç 800 dollar da vermərəm - VİDEO
21-11-2018, 13:20
ABƏŞ SOCAR-a verilən səmt qazının həcmini 25% azaldıb
19-11-2018, 11:59
Azərbaycanda 9 ayda 7,5 mlrd. kubmetr qaz istehlak edilib
6-11-2018, 16:55
Azərbaycan nefti yenidən 74 dolları ötüb
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
20-07-2026, 12:58
Biləcəridə hoteldə meyit tapılıb
20-07-2026, 12:32
İranda 5 dəqiqədə 2 güclü zəlzələ...
20-07-2026, 12:14
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
20-07-2026, 12:11
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 11:30
Neft qiymətləri kəskin dönüş etdi
20-07-2026, 11:29
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş
20-07-2026, 11:26
Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək
18-07-2026, 23:21
Bu ölkə tamamən boşaldılır