Dağlıq Qarabağ münaqişəsinin həlli Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək
İqtisadiyyat
Oxunub: 229
19 Ekm 2020 | 11:28
Dağlıq Qarabağ münaqişəsinin həlli Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək 2020-ci il 06 oktyabr tarixində Bakı-Tbilisi-Ceyhan boru kəməri Ermənistan tərəfindən kaset bombaları ilə atəşə tutuldu. Mərmi qəlpələri boru kəmərinin 10 metrliyinə düşsə də kəmərə ziyan dəymədi. Bununla da, 20-ci əsrin layihəsinin Avropanın enerji resursları ilə təminatında fasilə yaranmadı.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, ancaq bu hadisə Dağlıq Qarabağ münaqişəsinin həssaslığını bir daha göstərərək beynəlxalq ictimaiyyətdən, xüsusi ilə də Avropa ölkələrindən regiona daha diqqətlə yanaşmağı tələb edir. Heç şübhəsiz ki, Ermənistanın Avropanın enerji təhlükəsizliyi siyasəti üçün kritik strateji əhəmiyyət daşıyan Azərbaycana bu formada hücum etməsi münaqişəni həm də Avropanın enerji təhlükəsizliyinə yönəlmiş ciddi təhdidə çevirir.

Münaqişənin başlanğıc nöqtəsi

Əvvəla onu qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi keçmiş Sovet İttifaqının dağılması ilə yaranmış gərginlik ocaqlarından biridir və münaqişənin hərbi, psixoloji və siyasi təsirləri Qafqazda uzun illər ərzində özünəməxsus iqtisadi reallıqlar formalaşdırıb. Dağlıq Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın rəsmi ərazisi kimi tanınır və Ermənistan qoşunlarının işğal olunmuş torpaqları tərk etməsi barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi (822,853,874,884) mövcuddur.

Azərbaycanın mədəni və iqtisadi profili

Müstəqil olduğu ilk illərdən münaqişəyə cəlb olunması, torpaqlarının 20%-nin işğal olunması, 1 milyon vətəndaşının qaçqın və məcburi köçkün düşməsi Azərbaycanın iqtisadi inkişafı üçün çox ciddi çağırışlar formalaşdırmışdır.[3] Buna baxmayaraq, ölkə özünəməxsus iqtisadi idarəetmə modelini formalaşdıra bilmişdir. Məhz bunun səbəbidir ki, Böyük Britaniya, İtaliya, İsveçrə, Türkiyə, Belçika və digər Avropa ölkələrinin BP, Total, Botaş, Fluxys, Enagas, Snam, Axpo və s. kimi iri transmilli korporasiyaları Azərbaycana milyard dollarlarla investisiya qoyurlar.[4] Məsələnin digər bir tərəfi ondan ibarətdir ki, Azərbaycan əhalisinin əksəriyyətini müsəlmanlar təşkil etsə də, ölkə çox zəngin multikultural və dini, mədəni irsə malikdir. Belə ki, Cənubi Qafqaz regionunun ən böyük Yəhudi və Rus icması yaşayan Azərbaycan həm də ölkənin minillik tarixinin zənginliyi hesab olunan qədim Alban xristianlığı irsinə sahibdir.[5] Bütün bu faktlar beynəlxalq təşkilatlar və UNESCO tərəfindən müxtəlif hesabatlarda öz təsdiqini tapmışdır.
Azərbaycan Avropa və Asiya arasında qlobal dəyər zəncirlərinin fəal iştirakçısıdır. Avropa dəyərlərinə inteqrasiyanı əsas inkişaf siyasətlərindən biri kimi müəyyən etmiş Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin mərkəzi subyekti, beynəlxalq nəqliyyat, enerji və logistika qovşağıdır. Gürcüstanın Supsa limanına qədər inşa edilən ilk kəmər Xəzər dənizi ilə Qara dənizi, ardınca realizə olunan Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC) Aralıq dənizini birləşdirdi və nəhayət, daha sonra həmin marşrut boyu qaz kəməri inşa edildi. BTC sayəsində Avropa İttifaqının üzvü olan bəzi dövlətlərin neftə tələbatının böyük hissəsi Azərbaycan tərəfindən təmin edilir. Daşıma gücü on milyon tonlarla ölçülən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi isə Çindən Avropaya daşınma müddətini 30-35 gündən iki həftəyə qədər azaldır və Mərkəzi Asiyanın Avropa bazarına çıxış imkanını təmin edir.

Avropanın təhlükəsiz enerji ekosistemini sağlamlaşdırmaq meyillərində Azərbaycanın rolu

Avropanın enerji təhlükəsizliyinə xidmət edən mega-layihələrin implementasiyasını təmin etməklə Azərbaycanın regionun enerji xəritəsini dəyişmişdir. Avropaya Xəzərin təbii qaz ehtiyatlarına çıxış təmin edən və 31 milyard kubmetrlik potensial daşıma gücü olan “Cənub Qaz Dəhlizi” Avropanın çoxdandır çalışdığı enerji kanallarının diversifikasiyası siyasətinə dəstək vermişdir. İtaliya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Makedoniya, Albaniya və Serbiya kimi Avropa ölkələrini əhatə edən və ümumi kapital qoyuluşu 40 milyard ABŞ dolları olan 4 hissəli bu layihəyə qədər də Avropanın enerji təhlükəsizliyini təmin etmək məqsədilə fərqli platformalarda müxtəlif layihə təklifləri olmuş, ciddi investorlar bu məsələyə qoşulmuşdur. Ancaq reallıq odur ki, məhz bu layihə üzərində uyğun konyuktur şəraiti formalaşdırmağa nail olundu, regional ziddiyətləri əməkdaşlıq platformasına çevirməklə layihənin implementasiyası təmin olundu.
Əlbəttə, enerji resurslarının Avropaya nəqli Azərbaycan üçün də maraq kəsb edir, çünki ölkə bundan əlavə vəsaitlər əldə edir. Ancaq nəzərə alınmalıdır ki, Azərbaycan çox böyük çağırışlar və çətinliklərə baxmayaraq, bu layihələrin icrasından heç bir halda geri çəkilməmişdir. Əks halda bu gün Avropanın enerji xəritəsi indiki qaydada formalaşmaz, Xəzər dənizi isə Türkmənistan, Qazaxıstanın neft və qazının Avropaya istiqamətləndiyi platforma yox, Xəzərin qərbindən Şərqə istiqamətlənən enerji dəhlizi olardı.
Beləliklə, bu gün Azərbaycan karbohidrogen ehtiyatları üçün şaxələnmiş ixrac marşrutlarına malik olmaqla Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir. Ancaq Ermənistan bu layihələrdən kənarda qaldığı üçün bu layihələrə qarşı provokasiya etməkdə maraqlı tərəf kimi görünür. Belə ki, daha öncə də, yəni 2020-ci ilin iyul ayında da Ermənistan münaqişə zonasından xeyli aralıda yerləşən və qeyd olunan nəqliyyat, enerji və logistika dəhlizinin yerləşdiyi regiona (Azərbaycanın Tovuz rayonu) hücum etmiş, faktiki Avropanın gələcək enerji təhlükəsizliyi təhdid altına düşmüşdür. Qafqaz, Mərkəzi Asiya regionu və Türkiyənin Avropa İttifaqı ilə iqtisadi, mədəni bağlılığını, inteqrativ inkişafını gücləndirən bu layihələri hədəf almaqla Ermənistan Avropanın gələcək strateji inkişaf yoluna da ləngidici təsir göstərir.
Buna müvafiq olaraq, Ermənistan qonşu ölkələrə qarşı ərazi iddialarından qurtulmağı bacarmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək öhdəliyinə sadiqlik nümayiş etdirməlidir. Belə olan halda, bu ölkə də regional layihələrdə iştirak edə və Avro-Asiya dəyər axınlarının iştirakçısına çevrilə bilər.
8-10-2020, 17:16
Ərdoğan: “Qarabağ münaqişəsinin həlli üçün işğala son qoyulmalıdır”
7-10-2020, 10:26
Hikmət Hacıyev: “Ermənistanın atdığı raket BTC-nin 10 metrliyinə düşüb”
3-10-2020, 13:57
Ermənistanın təcavüzü həm də Avropanın enerji təhlükəsizliyini təhdid edir – Bəyanat
2-10-2020, 15:10
Qarabağ münaqişəsi Avropa Parlamentində müzakirə olunacaq
11-08-2020, 13:39
"Qarabağ münaqişəsinin həlli yolları bəllidir" - Ceyhun Bayramov
1-01-2019, 11:56
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində prinsipial mövqeyimizdə qalırıq
27-04-2024, 15:44
Ana xəstə oğlunu səhv müalicə ilə öldürdü
27-04-2024, 15:40
Ən çox serial qatillərin olduğu 10 ÖLKƏ
27-04-2024, 15:32
Kişi ondan küsən arvadını bıçaqladı
27-04-2024, 15:28
Britni Spirs əsəbindən maşının şüşəsini sındırdı
27-04-2024, 15:25
Şuşada mina partladı, xəsarət alan var
27-04-2024, 15:22
Bu şəxslərə "Tərəqqi" medalı verildi
27-04-2024, 15:20
Ali Məhkəmənin hakimi özünü öldürdü
26-04-2024, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26-04-2024, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
26-04-2024, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
26-04-2024, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
26-04-2024, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
26-04-2024, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
26-04-2024, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
26-04-2024, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
25-04-2024, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
25-04-2024, 15:04
Harri Kasparov həbs olundu
25-04-2024, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
25-04-2024, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
25-04-2024, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
25-04-2024, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
25-04-2024, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
25-04-2024, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
25-04-2024, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
25-04-2024, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı
23-04-2024, 14:58
ABŞ senatoru oğurluğa görə həbs olundu
23-04-2024, 14:50
Azərbaycanda zəlzələ oldu
23-04-2024, 14:45
Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var
23-04-2024, 14:40
Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA
23-04-2024, 14:37
Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov
22-04-2024, 14:18
Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...
22-04-2024, 14:12
Vaqif Sadıqov Bakı həbsxanasında öldü
22-04-2024, 14:09
Zəncirvari qəzada 10 nəfər yaralandı
22-04-2024, 13:51
Yük maşını dirəyə çırpıldı, ölənlər var