® “AzerTelecom” Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir

Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və ölkənin tranzit potensialının gücləndirilməsi istiqamətində son illər bir sıra mühüm layihələr icra olunur. Hazırda Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətinin törəmə şirkəti olan “AzerTelecom” Azərbaycanın regionun rəqəmsal mərkəzinə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramının icrasına başlayıb.
“Azerbaijan Digital Hub” proqramının əsas hədəfləri
“Azerbaijan Digital Hub” proqramının əsas hədəfi Azərbaycanın telekommunikasiya ekosisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə qalxması, ölkənin internetin alışında xarici ölkələrdən asılılığının minimuma endirilməsi, perspektivdə isə Azərbaycanın regionda internetin satışında mərkəzi ölkəyə çevrilərək, rəqəmsal xidmətlər idxal edən tərəfdən “Made in Azerbaijan” brendi altında bu xidmətləri istehsal və qonşu regionlara ixrac edən ölkəyə transformasiya olunmasıdır.
Proqram çərçivəsində Azərbaycanın gələcəkdə Qafqaz, Yaxın Şərq, Orta Asiya və Cənub Asiya ölkələrini əhatə edən böyük bir regionun rəqamsal mərkəzinə çevrilməsi bu regionlarda yaşayan 1,8 milyard əhalinin (dünya əhalisinin dörddə biri) müxtəlif rəqəmsal xidmətlərlə daha yaxşı təmin edilməsinə şərait yaradacaq. Ölkəmizin regionda internetin təkcə tranzitində deyil, həmçinin də satışında mərkəzi ölkəyə çevrilməsi isə dünyanın internet xəritəsinə London, Frankfurt, Sofiya, İstanbul, Moskva, Amsterdam və Dubay kimi internet mərkəzlər ilə yanaşı, Bakının da əlavə olunması deməkdir. Bu proqram, həmçinin rəqəmsal mərkəzdə dünya brendlərinin (“Apple”, “Google”, “Amazon”, “Alibaba”, “Facebook”, “Netflix” və sair) cəmləşməsinə də şərait yaradacaq.
“Azerbaijan Digital Hub” proqramı nəticəsində Azərbaycanın regionun rəqəmsal mərkəzinə çevrilməsi hazırda Çin hökumətinin təşəbbüskarı olduğu “Belt and Road Initiative” layihəsində Azərbaycanın da iştirakına töhfə verəcək. “Belt and Road Initiative” layihəsi Avropa, Asiya və Afrika ölkələrində infrastruktur inkişafı, investisiya yatırımlarını özündə ehtiva edir ki, Azərbaycan da rəqəmsal mərkəz kimi “Belt and Road Initative” qlobal layihəsinin bir hissəsinə çevrilir.
Proqramın reallaşması nəticəsində Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində olan böyük magistral fiber-optik şəbəkələr Azərbaycanda birləşəcək. Dünyanın qlobal tranzit magistral şəbəkələrinin Azərbaycanda kəsişməsi ilə yanaşı, Azərbaycanda bu regionun ən böyük data mərkəzi də qurulacaq. “AzerTelecom” artıq “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə ölkə daxilində dəmiryol xətlərinin mühafizə zolağı boyunca yeni dayanıqlı magistral fiber-optik kabel infrastrukturunun tikintisinə başlayıb və müvafiq investisiya qoyuluşları həyata keçirilib. Bu imkan verir ki, Şərq-Qərb, Şimal-Cənub istiqamətlərində olan magistral xətlərin Azərbaycanda kəsişməsi reallaşsın.
Proqram mühüm üstünlüklərə sahibdir
“Azerbaijan Digital Hub” proqramının ölkəmiz üçün mühüm üstünlükləri var. Yuxarıda qeyd olunanlarla yanaşı, bu üstünlüklər həmçinin ondan ibarətdir ki, dövlət investisiyası cəlb olunmadan ölkə iqtisadiyyatının inkişafı üçün yeni imkanlar yaranacaq, regionda rəqəmsal logistik mərkəz qurulacaq, qeyri-neft sektoruna investisiyaların cəlb edilməsinə və onun inkişafına güclü təkan verilməklə rəqəmsal iqtisadiyyata töhfə veriləcək. Proqramın icrası elektron xidmətlərin inkişafına və ölkənin kiber-təhlükəsiziliyinin təmin edilməsinə də töhfə verəcək.
Həmçinin “Azerbaijan Digital Hub” proqramı çərçivəsində rəqəmsal sahədə yeni iş yerləri yaranacaq, hər hansı intellektual beyinlərin axınının qarşısının alınması və xaricdə olan savadlı Azərbaycanlı mütəxəssislərin geri dönüşü üçün yeni imkanlar açılacaq və ölkədə startapların inkişafı və onların ölkədə qalması üçün münbit bir ekosistem formalaşacaq. Proqram, həmçinin kiçik və orta sahibkarlığın inkişafına və Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verəcək.
21-01-2019, 12:43
Dəmir yolları zolağı boyunca yeni fiber-optik infrastrukturun tikintisinə başlanılıb
20-01-2019, 13:57
Son illərdə SOCAR-da həyata keçirilən islahatlar açıqlanıb
19-12-2018, 14:24
Azərbaycanla Rusiyanın Kurqan vilayəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
30-11-2018, 13:26
Azərbaycan məhsulları Nigeriyada satışa çıxarılıb
7-11-2018, 16:16
“Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır
Dün, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
Dün, 23:03
Sabah 40 dərəcə isti olacaq
Dün, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
Dün, 23:00
Putin İlham Əliyevə zəng etdi
Dün, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
Dün, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
Dün, 22:53
Ronaldo serialda rol alacaq
Dün, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
Dün, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
Dün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...