Bir aya 20 manat xərc: Azərbaycanlılar niyə elektromobilə keçmirlər?
İqtisadiyyat
Oxunub: 357
12 Ock 2019 | 13:27
Bir aya 20 manat xərc: Azərbaycanlılar niyə elektromobilə keçmirlər?
2018-ci ildə dünya elektromobil bazarında sıçrayışlı artım qeydə alınıb və 1.9 mln. ədədə yaxın elektromobil satılıb.

capar.info xəbər verir ki, artıq 2019-cu ildən Azərbaycana elektrik avtomobillərinin idxalı ƏDV-dən azad edilib.

Bununla yanaşı, elektrik avtomobili idxal edərkən indi yalnız avtomobilin dəyərinin 15 faizi həcmində rüsum ödəmək lazım olacaq.

Elektromobillərə maraq azdır

Qeyd edək ki, son illər bütün dünya ekologiyaya maksimum az zərər verməklə yaşamağa çalışır. Bu yolda atılan addımlardan biri də benzinlə işləyən avtomobillərin əvəzinə elektromobillərdən istifadənin genişləndirilməsidir.

Ətraf mühitə zərər vermədən işləyən bu avtomobillər artıq bir çox ölkələrdə geniş populyarlıq qazansa da, hələ ki, Bakı küçələrində gözə dəymir. Halbuki ən bahalı avtomobilləri istehsal olunandan bir müddət sonra dərhal şəhərimizdə görmək mümkündür. Artıq bir çox ölkələr avtomobil parkını elektromobillərlə yeniləməyi qarşısına məqsəd qoyub.

Azərbaycana gəlincə, bu avtomobillərin sayının 100-ə çatdığı qeyd edilir və səbəb olaraq, elektromobillərin inkişafı üçün müvafiq strukturun, enerjidoldurma stansiyalarının sayının azlığı, eləcə də, qiymətlərinin baha olması göstərilir.

Klassik avtomobil bazarının böyüməsi dayandı

İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, 2018-ci ildə 2017-ci illə müqayisədə, təxminən 70%-lik artım qeydə alınıb və ümumi satışın həcmi 1.9 mln. ədədə yaxın olub. 2017-ci ildə isə elektromobil satışının həcmi 1.2 mln. ədəd olmuşdu. Elektromobil inqilabı artıq sərhədlərimizə də çatıb, belə ki, Rusiyada 2018-ci ildə elektromobil satışı 72% artıb.

Ən son məlumata görə, hazırda ABŞ və Kanadada istifadəyə verilmiş bir elektrik stansiyasına orta hesabla 30 elektromobil düşür, Rusiyada isə bu göstərici altı ədəddir.

Başqa maraqlı məlumat odur ki, daxili yanma mühərriki ilə işləyən klassik avtomobil bazarının böyüməsi 2018-ci ildə artıq başa çatıb, halbuki 1-2 il əvvələ qədər bu prosesin 2022-ci ildə baş verəcəyi proqnozlaşdırılırdı.

“Bu, o deməkdir ki, bundan sonra dünyada avtomobil bazarının böyüməsi yalnız elektromobillər hesabına baş verəcək və nəticədə, yaxın 10 ildə dünya üzrə avtomobil parkında elektromobillərin payının hazırkı 3%-dən ən azı 15-20%-ə çatması mümkün olacaq.

Daha bir ümidverici proqnoz odur ki, artıq 2025-ci ildə elektromobillərin qiyməti ənənəvi avtomobillərdən ucuz olacaq. Nəzərə alsaq ki, neft istehlakının az qala yarısı avtomobil sənayesi ilə bağlıdır, neftə qlobal tələbatı da bu bazarda baş verənlər əhəmiyyətli dərəcədə həll edəcək”.

Aylıq xərc 15-20 manat

Ekspertlərin fikrincə, elektromobillərin Azərbaycana gətirilməsi üçün böyük bir infrastruktur qurulmalıdır ki, bu da böyük vəsait tələb edir.

Avropada bu bir tələbdir və xidmət, eləcə də, ticarət mərkəzləri 30 avtomobil üçün enerjidoldurma stansiyası qurmağı öz üzərinə götürür. Üstəlik, elektromobillərin qiyməti neft məhsulları ilə işləyən avtomobillərdən təxminən iki dəfə bahadır, ona görə də bu avtomibillərin alıcısı da müəyyən kateqoriyadır.

Buna baxmayaraq, artıq bəzi tanınmış markaların Bakı nümayəndəlikləri elektromobil satışı ilə bağlı fəaliyyətlərini aktivləşdiriblər. Məsələn, Bakıda 165 km/saat sürətə malik “İONİQ Electric” markalı avtomobil satılır, qiyməti isə 64 min 600 manatdır. Deyilənə görə, avtomobilin idarə edilməsi üçün enerji üzrə aylıq xərc 15-20 manatdan yüksək deyil.

“Yol xəritəsi”nə salınıb

Azərbaycanda elektrik mühərriki ilə işləyən avtomobillərin istifadəsi üçün infrastruktur yaradılması nəzərdə tutulub. Bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"ndə bildirilir.

Sənəddə qeyd olunub ki, elektrik enerjisi sektorunun pərakəndə satış komponenti ilə bağlı iki mühüm məqsəd prioritetləşdiriləcək:

“Birincisi, sənaye və kommersiya sahəsində Avropanın enerji səmərəliliyi səviyyələrinə çatmaqdır. Hər iki sahədə dövlət müxtəlif enerji səmərəlilik metodologiyalarını stimullaşdıracaq. Məsələn, enerjidən səmərəli istifadə edən binaların və məhsulların təbliği həyata keçiriləcək.

İkincisi, elektrik mühərriki ilə işləyən avtomobillərin istifadəsi üçün tələb olunan infrastrukturu qurmaqdır. 2020-ci ildən etibarən respublikada elektrik mühərriki ilə işləyən avtomobillərdən istifadə edilməsi gözlənilir.

Azərbaycanda bunun üçün tam formalaşmış elektrik enerjisi infrastrukturunun yaradılması ilkin şərt kimi nəzərdən keçirilir”.
1-01-2019, 15:39
Neft Fondunun 2019-cu il üçün büdcəsi təsdiqləndi
1-01-2019, 15:36
Azərbaycana idxal olunan avtomobillərin aksiz dərəcələri artırılıb
23-11-2018, 17:18
Abel Məhərrəmovun milyonluq mülkləri və bahalı avtomobilləri...– Akademik də villabaz imiş!
5-11-2018, 18:53
Bakıda avtomobillər niyə parkinqdə saxlanılmır? - REPORTAJ
5-11-2018, 18:50
Maşın bazarında qiymətlər “əl yandırır” - VİDEO
Bugün, 14:33
"iPhone 15 Pro Max" ucuzlaşdı
Bugün, 14:29
"Jirona" bu transferə görə Sequndaya düşəcək
Bugün, 14:25
Bakıda evdən qadın meyiti tapıldı
Bugün, 14:24
Ən çox içki içən uşaqların olduğu ÖLKƏ: Ən çox qızlar...
Bugün, 14:19
60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək
Bugün, 14:16
Alimlər küləkləri olan planet kəşf ediblər
Bugün, 14:13
Salyanda DƏHŞƏT: 22 yaşlı oğlan özünü asdı
Bugün, 14:11
Bakıda "cip" 5-10 km sürətlə kişini vurub öldürdü
Bugün, 14:09
Üç günlük hava ilə bağlı meteohəssas insanlara XƏBƏRDARLIQ
Bugün, 14:07
13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı
Bugün, 14:05
"Bavariya" və "Mançester Yunayted" baş məşqçilərini dəyişir
Dün, 22:14
Dilan Polat həbsxanada özünü doğradı
Dün, 22:12
"Bəziləri efirə özlərinə hədiyyə göndərirlər" – Nura Suri
Dün, 22:09
Polis kapitanı faciəvi şəkildə öldü
Dün, 22:07
Sürücü yol polisinə bıçaq çəkdi
Dün, 22:04
İtkin düşən hamilə qadının meyiti tapıldı
Dün, 21:57
"Mançester Yunayted"dəki gələcəyi ilə bağlı qərar verildi
Dün, 21:53
Bacısının yuxusu gerçək oldu, lotereyada 837 min uddu
Dün, 21:49
Norveçli keçmiş deputat ukraynalı döyüşçü ilə evləndi
Dün, 21:47
Avropanın ən aşağı büdcəli aviasiya şirkəti
Dün, 21:43
Əfsanəvi qapıçının dramı: Qumar oynadı, müflis oldu və...
2-05-2024, 15:30
Körpə yeməkdən sonra qusub öldü
2-05-2024, 15:19
Bu peşələr demensiya riskini artırır
2-05-2024, 15:13
"YouTube"da ən çox baxış rekordu: Castin Biberi üstələdilər
2-05-2024, 15:08
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib
2-05-2024, 15:05
Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ
2-05-2024, 14:56
İranlı narkotacir polisdən qurtulmaq üçün özünü binadan atdı
2-05-2024, 14:53
Alimlər Ayda su ehtiyatları tapdılar
2-05-2024, 14:51
Sərxoş ər-arvad evdə donub öldü
2-05-2024, 14:49
Qadın kişi meyiti tapdı, qatil öz oğlu çıxdı
29-04-2024, 21:45
Avtobus uçuruma düşdü,20-dən çox ölü var
29-04-2024, 21:42
Nazim Bəydəmirlinin məhkəməsi başladı
29-04-2024, 21:38
Həkim qadındırsa, xəstənin sağ qalma ehtimalı daha yüksəkdir
29-04-2024, 21:36
Kişinin gözündə onu əvəzolunmaz edən qadın vərdişləri
29-04-2024, 21:21
“Barselona”ya qayıtmaq istəyir
29-04-2024, 21:17
"Huawei" smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı
29-04-2024, 21:15
Lidersən, yoxsa yaradıcı - Şəxsiyyət testi
29-04-2024, 21:11
Maştağada 33 yaşlı kişi özünü asdı
29-04-2024, 21:10
Sabirabadda DƏHŞƏT: 11-ci sinif şagirdi özünü asdı