Fritz Stuxlik: "Xəyalə Əzizlini məlumatlandırmışdıq"
"Xəyalə Əzizli artıq sabiq qadın FİFA referi köməkçisidir. Fakt odur ki, Əzizli iki dəfə fitness-testdən keçə bilməyib. Birinci test zamanı zədə almışdı. İkinci imtahanda isə keçid üçün lazım olan limit balını toplaya bilmədi".AFFA İcraiyyə Komitəsinin sentyabrda keçirilən iclasında Hakimlər və Hakim-İnspektorlar Komitəsinə avstriyalı Fritz Stuxlik təyin olundu. O vaxtdan bəri hakimlərlə bağlı maraqlı proseslərə şahidlik edirik.
Xüsusilə də iki məqam futbol ictimaiyyətində və idman mətbuatında xeyli suallar yaratdı. Bir müddət əvvəl hakimlikdən qalmaqalla uzaqlaşdırılmış Elçin Məmmədovla Anar Salmanov Hakimlər Komitəsinə üzv seçildi. Xanım hakim Xəyalə Əzizlinin adı isə FİFA-ya göndərilən siyahıdan çıxarıldı, onun titulu əlindən alındı. Məhz bu iki məsələ ilə bağlı Stuxlikin münasibətini öyrənmək ehtiyacı yarandığına görə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya müraciət etdik. Bizi maraqlandıran həm də o idi ki, Hakimlər Komitəsinin mətbuatla əlaqəsi bundan sonra necə tənzimlənəcək, ictimaiyyəti maraqlandıran sualların cavabını kimdən alacacağıq. Firuz bəyin də yardımı ilə avstriyalı sədrdən suallara cavab ala bildik.
- Rüşvət ittihamlarına və nəticəyə təsir edən səhvlərinə görə hakimlikdən uzaqlaşdırılan Elçin Məmmədovla Anar Salmanovun yeni komitəyə üzv seçilməsi hansı zərurətdən yarandı? Onların yeni komitədə təmsil olunması ümumi görüntüyə və hakimliyin obyektiv olacağına şübhələr yaradır. İctimaiyyət arasında belə bir fikir formalaşıb ki, rüşvət yenidən hakimliyə ayaq açır...
- Adını çəkdiyiniz hakimlərin heç birinin təqsiri məhkəmədə sübuta yetirilməyib, onlar məhkəmə qarşısına çıxarılmayıb. Belədə biz də onlara təqsirsizlik prezumyasına uyğun olaraq yanaşmalıyıq. Məhz bu səbəbdən onların Hakimlər Komitəsində fəaliyyət göstərməsində hansısa problem və ya uyğunsuzluq görmürük.
- Son günlər xanım referi Xəyalə Əzizli gündəmdədi. Mətbuata müsahibəsində ona qarşı haqsızlıq olduğunu bildirir, ciddi ittihamlar səsləndirir. Bir FİFA refrisinin yetişməsi illər tələb edir. Amma onu bir dəqiqənin içində itiririk. Əzizlinin ittihamları müzakirə olunubmu, hansısa araşdırma aparmısızmı?
- Xəyalə Əzizli artıq sabiq qadın FİFA referi köməkçisidir. Fakt odur ki, Əzizli iki dəfə fitness-testdən keçə bilməyib. Birinci test zamanı zədə almışdı. İkinci imtahanda isə keçid üçün lazım olan limit balını toplaya bilmədi. FİFA-nın qaydaları bizdən bunu tələb edir ki, qadın və ya kişi FİFA referiləri bu fitness-testdən uğurla keçməlidilər. Sizə bir məqamı da deyim ki, mən əvvəlcədən Xəyalə Əzizlini məlumatlandırmışdım ki, testdən uğurla keçmək üçün tam hazır olmalıdır. Əks halda onun adı FİFA-ya təqdim olunan siyahıdan çıxarılacaq.
- Hakimlər Komitəsi sədrinin mətbuatla əlaqələri gələcəkdə necə tənzimlənəcək, ictimaiyyəti maraqlandıran sualların cavabını kimdən ala biləcəyik?
- Biz bu məsələləri FİFA və UEFA-nın təlimatları, qaydaları çərçivəsində tənzimləyirik. Bir çox futbol qurumlarında da məhz belədir. Mətbuat nümayəndələri onları maraqlandıran sualları sorğu şəklində AFFA-nın mətbuat katibliyinə ünvanlamalıdılar, katiblik isə həmin sorğunu mənə yönlədirir.
1-01-2019, 12:23
"Maşın"ın qalibi Xəyalə oldu
30-12-2018, 15:41
"Maşın" iştirakçıları Xəyalənin evində - Video
28-12-2018, 12:55
Oleq Bloxin yeni vəzifəyə təyin olundu
24-12-2018, 13:17
"Səni diri-diri yeyərəm" - Nazilə özündən çıxdı
21-12-2018, 14:51
Məşhur futbolçu Bakıya gəlir
Dün, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
Dün, 23:03
Sabah 40 dərəcə isti olacaq
Dün, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
Dün, 23:00
Putin İlham Əliyevə zəng etdi
Dün, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
Dün, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
Dün, 22:53
Ronaldo serialda rol alacaq
Dün, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
Dün, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
Dün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...