Elmar Vəliyevin sabiq işçisinin apelyasiya şikayəti təmin edilmədi
Hadisə
Oxunub: 283
31 Ağu 2020 | 14:29
Elmar Vəliyevin sabiq işçisinin apelyasiya şikayəti təmin edilmədi Bakı Apelyasiya Məhkəməsində Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayevin barəsində seçilmiş həbs qətimkan tədbirdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apelyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı, daha sonra isə Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri vəzifəsində işləmiş Məharət Mustafayevin qanunsuz əməlləri ilə əlaqədar vətəndaşların çoxsaylı müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
İstintaq zamanı əldə olunan ilkin sübutlar əsasında müəyyən edilmişdir ki, Məharət Mustafayev Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyərkən qabaqcadan əlbir olduğu Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri Əli Rüstəmli və icra hakimiyyətinin digər vəzifəli şəxsləri ilə cinayətkar əlaqəyə girməklə, onların vasitəsilə ayrı-ayrı şəxslərdən müxtəlif vaxtlarda fərdi yaşayış evlərinin layihələndirilməsi və tikinti işlərinin aparılmasına icazə verilməsi, eləcə də digər qanunsuz məqsədlər üçün ümumilikdə 194 min 300 manat məbləğində pul vəsaitini rüşvət qismində ələ keçirməsinə, həmçinin, istehsal fəaliyyətinin davam etdirilməsinə şərait yaradılmasını vəd etməklə, vətəndaşa məxsus 175 min 500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Məharət Mustafayevin Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində işləyərkən torpaq sahəsinə dair müvafiq sənədləşmənin aparılması üçün rəhbəri olduğu şöbənin mühəndisi vasitəsi ilə vətəndaşdan 9 min manat məbləğdə pul vəsaitini rüşvət qismində istəyərək almasına və qeyd edilən hərəkətləri ilə vətəndaşların qanunla qorunan maraqlarına ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
24 avqust 2020-ci il tarixdə Məharət Mustafayev, Əli Rüstəmli, eləcə də həmin cinayətlərin törədilməsində vasitəçi qismində iştirak etmiş Razin Qəhrəmanov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda təkrar rüşvət alma), 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrikçilik), 29, 178.2 (öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluğa cəhd etmə) və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara qeyd edilən maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, Məharət Mustafayev və Əli Rüstəmli barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs, Razin Qəhrəmanov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, o cümlədən cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
24-08-2020, 16:43
Elmar Vəliyevin işçilərinin nəyə görə həbs edildiyi açıqlandı
19-08-2020, 14:00
Lider TV-nin şikayəti təmin edilmədi
27-07-2020, 11:52
Bakıda karantin rejimi qaydalarını pozan vəkil həbs edildi
28-06-2020, 11:44
Nazirlər Kabinetində koronavirusla bağlı son durum müzakirə olunub
24-06-2020, 10:04
Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi həbs edildi
27-01-2020, 13:10
Eldar Mahmudovun əmisi oğlu hakim qarşısında
Dün, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
Dün, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
Dün, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
Dün, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
Dün, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
Dün, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
Dün, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
Dün, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
25-04-2024, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
25-04-2024, 15:04
Harri Kasparov həbs olundu
25-04-2024, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
25-04-2024, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
25-04-2024, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
25-04-2024, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
25-04-2024, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
25-04-2024, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
25-04-2024, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
25-04-2024, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı
23-04-2024, 14:58
ABŞ senatoru oğurluğa görə həbs olundu
23-04-2024, 14:50
Azərbaycanda zəlzələ oldu
23-04-2024, 14:45
Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var
23-04-2024, 14:40
Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA
23-04-2024, 14:37
Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov
22-04-2024, 14:18
Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...
22-04-2024, 14:12
Vaqif Sadıqov Bakı həbsxanasında öldü
22-04-2024, 14:09
Zəncirvari qəzada 10 nəfər yaralandı
22-04-2024, 13:51
Yük maşını dirəyə çırpıldı, ölənlər var
22-04-2024, 13:49
Daha tez arıqlamağın yolu - SADƏ ÜSUL
22-04-2024, 13:42
"Səhnədə inildəyənə ürəyim parça- parça olur" - Tarın sınsın...
22-04-2024, 13:37
Bu gün Mələkxanım Eyubovanın qızının toyudur
22-04-2024, 13:31
Aytən Səfərovanı efirdə o əvəz etdi
22-04-2024, 13:24
İlham Əliyev Moskvaya getdi
22-04-2024, 13:18
Bakıya yağış, bu ərazilərə qar yağacaq - Sabahın HAVASI
21-04-2024, 15:28
Bir mesajla arvadını aldadıb öldürdü